Məhkəmə qərarları › İş №2(043)-304/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-304/2020

30.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-304/2020 30.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x1 iclas katibliyi, İddiaçı nümayəndəsi x2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 726.40 manat məbləğində pulun və 30.40 manat dövlət rüsumunun, ümumilikdə isə 756.80,80 manat pulun tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə RQİİ-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların üzərində olan xüsusi işarə yoxdur, qaz sayğacının çıxış plastmas borusu deşilmişdir, qaz sayğacına yaddaş arxivinin oxunması mümkün olmamışdır, qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyü sınmışdır və bunun nəticəsində cavabdehin qaz sayğacına öz başına müdaxiləsi halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Gəncə RQİİ-nin işçiləri tərəfindən 29.07.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, 29.07.2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında dəymiş ziyan hesablanması üçün İstehlakçılara satılan qaza nəzarət şöbəsinə göndərilmiş və həmin şöbənin hesablamalarına əsasən cavabdehin mənzilində quraşdırılmış cihazlara uyğun olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş 29.07.2019-cu il tarixli ******* saylı aktda əsasən 7264 m3726.40 (yeddi yüz iyirmi altı manat qırx qəpik) manat itirilmiş təbii qaza görə, borcu yaranmışdır. Cavabdehə 25.10.2019-cu il tarixli FM-01/13- 754 saylı xəbərdarlıq məktubu verilməsinə baxmayaraq bu günədək heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi x4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq məhkəməyə ərizə təqdim edərək bildirdi ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh yaşadığı ünvan Gəncə xidmət sahəsinin əhali sektoru üzrə **********01180 hesab kodu altında qeydiyyatdadır. Həmin hesab kodu üzrə dəymiş ziyanın hesablanması məqsədi ilə akt tərtib edilən zaman istehlakçı kimi hazırda da həmin ünvanda yaşayan Cavabdeh gəlini Xalidə Budaqovanın adı göstərilmişdir. Buna baxmayaraq istehlakçı ilə qaz paylayıcı arasında bağlanmış müqavilə və digər zəruri sənədlərdə istehlakçı kimi Cavabdeh adınadır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi x4 ərizə təqdim edərək, cavabdehin məhkəmə iclasına gəlmədiyindən, işə qiyabi icraat qaydasında baxılıb qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş x3 ifadəsində bildirdi ki, dörd nəfər nəzarət işçiləri getmişlər. Sayğac çıxarılaraq aktlaşdırılmış və yenisi ilə əvəz edilmişdir. İnventar aktını imzalamışlar. Cavabdehin mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və bu zaman qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların üzərində olan xüsusi işarə olmamış, qaz sayğacının çıxış plastmas borusu deşilmişdir, qaz sayğacına yaddaş arxivinin oxunması mümkün olmamışdır, qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyü sınmışdır, bundan sonra qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmiş, çıxarılmış sayğac ekspertizaya təqdim edilmiş və həmin nöqsanların olması təsdiqlənmişdirsayğacda membran deşilmişdir. Həmin vaxt cavabdehin oğlu da evdə olumuşdur. Məhkəmə, iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, eləcə də, təqdim edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 14.03.2019-cu il tarixli AKX-0076010/03-qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-saqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında qaz dair alqı-satqısı barədə müqaviə bağlanmışdır. İş materiallarına əlavə edilmiş, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqda 13.03.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Gəncə Şəhəri S.Vurğun küçəsi ev 188-də quraşdırılmış Qalf tipli G-4 markalı 08 AZ**********0 nömrəli qaz sayğacının sıxış plastmas borusunun deşik olması səbəbi ilə çıxarılmışdır. İş materiallarına əlavə edilmiş, Gəncə RQİİ Gəncə XS qazdan istifadə qaydalarının pozulması haqqında 29.07.2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların üzərində olan xüsusi işarə yoxdur, qaz sayğacının çıxış plastmas borusu deşilmişdir, qaz sayğacına yaddaş arxivinin oxunması mümkün olmamışdır, qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyü sınmışdır, 29.07.2019-cu il tarixli ******* saylı aktda əsasən 7264 m3726.40 (yeddi yüz iyirmi altı manat qırx qəpik) manat itirilmiş təbii qaza görə, borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, iyul 2019-cu il tarixdə 7264 m3qaz sərfiyatına görə qalıq və akt əsasında 726 manat 40 qəpik borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı təşkilatın nümayəndələri tərəfindən cavabdehin mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və bu zaman qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların üzərində olan xüsusi işarə olmamış, qaz sayğacının çıxış plastmas borusu deşik olmuş, qaz sayğacına yaddaş arxivinin oxunması mümkün olmamışdır, qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyü sınmışdır, bundan sonra qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmiş, çıxarılmış sayğac ekspertizaya təqdim edilmiş və həmin nöqsanların olması təsdiqlənmişdir, cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsi nəticəsində 7264 m3 həcmində iddiaçıya zərər dəyməsi müəyyən edilmişdir. Belə olan halda Cavabdeh x8 İstismarı İdarəsinə 726.40 manat dəyərində təbii qazdan qeyri-qanuni istifadə nəticəsində zərər hesablanmışdır. Belə olan halda Cavabdeh iddiaçıya 726.40 manat dəyərində qazdan istifadəyə görə borc öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9cu bəndinə görə İddiaçı İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə «Qazdan istifadə qaydaları»nın 3.2.1-ci bəndinə əsasən qazdan istifadə edən istehlakçılar istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətinə tam həcmdə ödənilməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, vavabdeh Cavabdeh 726.40 (yeddi yüz iyirmi altı manat qırx qəpik) manat zərər məbləği və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 726.40 (yeddi yüz iyirmi altı manat qırx qəpik) manat zərər məbləği və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün x9 Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində x9 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar