Məhkəmə qərarları › İş №2(043)-3045/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3045/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3045/2021 13.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 24.07.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********76979 olan “Samsung Galaxy A50” markalı telefon üçün 195 manat ödənilməmiş hissə, 0 manat cərimə; 24.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********9591 olan “Samsung Galaxy A50” markalı telefon üçün 112,8 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 307,8 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 24.07.2019-cu il və 24.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********76979 olan “Samsung Galaxy A50” markalı telefon, İMEİ kodu **********9591 olan “Samsung Galaxy A50” markalı telefon almış və nəticədə 307,8 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 1 10.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 880 manat (12 ay x 65 manat + 100 manat ilkin ödəniş) İMEİ kodu **********76979 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə, 195 manat olmaqla ondan, 195 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə; 24.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 700,6 manat (06 ay x 106,6 manat + 61 manat ilkin ödəniş) İMEİ kodu **********9591 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə, 112,8 manat olmaqla ondan, 112,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1272,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 24.07.2019-cu il və 24.12.2019cu il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 880 manat olan İMEİ kodu **********76979 olan “Samsung Galaxy A50” markalı telefon, dəyəri 700,6 manat olan İMEİ kodu **********9591 olan “Samsung Galaxy A50” markalı telefonun dəyərini hissəhissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilələr üzrə sonrakı aylar İMEİ kodu **********76979 olan “Samsung Galaxy A50” markalı telefon üçün hər ay 65 manat və İMEİ kodu **********9591 olan “Samsung Galaxy A50” markalı telefon üçün hər ay 106,6 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 14.07.2021-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 24.07.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEİ kodu **********76979 olan “Samsung Galaxy A50” markalı telefon üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 880 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 195 manat borcunu ödəmədiyindən, həmin məbləğə 0 manat cərimə hesablanmış; həmçinin 24.12.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEİ kodu **********9591 olan “Samsung Galaxy A50” markalı telefon üçün 06 ay müddətinə ödəmək şərti ilə dəyəri 700,6 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 112,8 manat borcunu ödəmədiyindən, həmin məbləğə 0 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh İMEİ kodu **********76979 olan “Samsung Galaxy A50” markalı telefon üçün 195 manat ödənilməmiş hissə, 0 manat cərimə, İMEİ kodu **********9591 olan “Samsung Galaxy A50” markalı telefon üçün 112,8 manat ödənilməmiş hissə, 0 manat cərimə olmaqla, ümumilikdə 307,8 manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 20 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 307,8 (üç yüz yeddi manat səksən qəpik) manat ödənilməmiş əsas borc və məhkəmə xərci qismində ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar