Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3061/2021 27.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" QSC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 24.02.2020-ci il tarixli, 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehlərdən müştərək qaydada 25000 manat məbləğində əsas, 4548,07 manat faiz və 10200 manat cərimə olmaqla, cəmi 39748,07 (otuz doqquz min yeddi yüz qırx səkkiz manat 07 qəpik) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" QSC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X2 iddianı qismən müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 24.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə aylıq faiz dərəcəsi 1,75% olmaqla 10 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə- hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 30.04.2020-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin müddəti 2 ay uzadılaraq 12 ay müəyyən edilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 27.05.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 25000 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Belə ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 13.07.2021- ci il tarixə 408 gün üçün hesablanmış faiz borcu 4548,07 manat təşkil etmişdir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 13.07.2021-ci il tarixə 408 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 10200 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Hazırda cavabdehlərin 24000,02 manat əsas borcu, müqavilə müddətinin sonunadək 2856,4 manat faiz borcu, 7493,78 manat cərimə olmaqla 34350,2 manat borcu qalmışdır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, "xxxx" QSC ilə oğlu Cavabdeh1 arasında bağlanmış 24.02.2020-ci il tarixli, kredit müqaviləsinə əsasən oğlu Ramil maşınının təmiri üçün bankdan 25000 manat kredit götürmüşdür. Onunla və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Oğlu krediti götürəndən sonra pandemiya ilə əlaqədar sərhədlər bağlandığı üçün oğlunun işi dayandığından borcu ödəyə bilməmişdir. Borcdan müxtəlif vaxtlarda ödənişlər etmişlər. Yerdə qalan borcu Oğlu Ramil maşınını satıb bankın borcunu ödəmək istəyir və yaxın vaxtlarda maşınını sataraq banka olan borcunu ödəyəcəkdir.Cərimə məbləğinin yüksək olduğunu bildirərək cərimənin azaldılmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 24.02.2020-ci il tarixli, 006A********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,75% olmaqla 10 ay müddətinə 25000 manat məbləğində kredit verilmişdir. 24.02.2020-ci il tarixli, 006A********** saylı kredit müqaviləsinə edilən əlavədən görünür ki, cavabdh götürdüyü pulu 24.12.2020-ci il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. 24.02.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" QSC-dən 25000 manat pulu qəbul etmişdir. 24.02.2020-ci il tarixli, 006G**********01 və 006G**********02 saylı zaminlik müqavilələrindən görünür ki, 24.02.2020-ci il tarixli, 006A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh3 borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərilərinə götürmüşlər. 30.04.2020-ci il tarixli kredit müqaviləsinə və zaminlik müqavilələrinə dəyişiklik edilməsinə dair sazişdən görünür ki, 24.02.2020-ci il tarixli, 006A********** saylı kredit müqaviləsinin və24.02.2020-ci il tarixli, 006G**********01 və 006G**********02 saylı zaminlik müqavilələrinin müddəti artırılaraq 12 ay müəyyən edilmişdir. 23.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 24.02.2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 25000 manat məbləğində əsas, 4548,07 manat faiz və 10200 manat cərimə olmaqla, cəmi 39748,07 (otuz doqquz min yeddi yüz qırx səkkiz manat 07 qəpik) manat məbləğində borcu qalmışdır. 06.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 24.02.2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 24000,02 manat məbləğində əsas, 2856,4 manat faiz və 7493,78 manat cərimə olmaqla, cəmi 34350,2 (otuz dörd min üç yüz əlli manat 20 qəpik) manat məbləğində borcu qalmışdır. 12.07.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərə kredit borcunun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cvabdeh Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 24.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 1,75% olmaqla 10 ay müddətinə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 30.04.2020-ci il tarixli sazişə əsasən kredit müqaviləsinin və zaminlik müqavilələrinin müddəti 2 ay uzadılaraq 12 ay müəyyən edilmişdir. İddiaçı ilə Cavabdeh2, Cavabdeh3 arasında zaminlik müqavilələri baclanaraq zaminlər bank qarşısında borcalanla eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Cavabdehlər müqavilə üzrə öhdəli icra etmədikləri üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Belə ki, İddiaçı QSC-in məhkəməyə təqdim etdiyi 24.02.2020-ci il tarixli 006A********** nömrəli kredit müqaviləsindən və sazişdən görünür ki, öhdəliyin icra müddəti 24.03.2021-ci il tarixdə başa çatmaqla, cavabdehin öhdəliyin icra müddəti başa çatanadək ödəməli olduğu faiz məbləği 2856,4 manat müəyyən olunduğu halda 23.07.2021-ci il tarixli maliyyə arayışında cavabdehin 4548 manat hesablanmış faiz borcunun olduğu göstərilmişdir. Göründüyü kimi faizlərin tutulması qarşılıqlı razılıq əsasında qısaldılmış müddətə yəni 24.03.2021-ci il tarixədək müəyyən olunduğu halda 23.07.2021-ci il tarixədək faiz borcu hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur… Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh1 və zaminlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminlərə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zaminlər bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehlərin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edəcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 7493,78 manat cərimə məbləği azaldılaraq 93,78 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etmədikləri üçün iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 24.02.2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 24000,02 manat məbləğində əsas, 2856,4 manat faiz və 93,78 manat cərimə olmaqla cəmi 26950,2 (iyirmi altı min doqquz yüz əlli manat 42 qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" QSC-in xeyrinə ödənilməlidir. Kredit müqaviləsinin ləğv olunmasına gəldikdə isə məhkəmə hesab edir ki, kredit müqaviləsinin 4.1.2-ci bəndində nəzərdə tutulduğundan və cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün iddia tələbi həmin hissədə də təmin olunaraq tərəflər arasında bağlanmış 24.02.2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi ləğv olunmalıdır. (MM mad. 421.2) MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. İddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 24.02.2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi ləğv olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 24.02.2020-ci il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 24000,02 manat məbləğində əsas borc, 2856,4 manat faiz və 93,78 manat cərimə olmaqla cəmi 26950,2 (iyirmi altı min doqquz yüz əlli manat 42 qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" QSC-in xeyirinə ödənilsin İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3061/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3061/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver