Məhkəmə qərarları › İş №2(043)-3062/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3062/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3062/2020 03.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Hacıyeva Günel Bayram qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdelər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə, xx xxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 1023,56 ABŞ dolları əsas, 3004,4 ABŞ dolları faiz, 6900,46 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 397,55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 11.325,97 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 20.3 qr çəkidə 1 ədəd boyunbağı, 30.8 qr. çəkidə 1 ədəd qolbağı, 27.2 qr. çəkidə 1 ədəd saatdan ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə, ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən ərizə baxılmamış saxlanılmalıdır. Odur ki, şərh olunanlara əsaslanıb və Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Ərizə baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində bu qərardaddan şikayət verilə bilər. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar