Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-308/2020 15.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x6 iclas katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «pul» tələbinə dairiddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 6410,52 (altı min dörd yüz on manat əlli iki qəpik) manat, Cavabdeh1 7525,52 (yeddi min beş yüz iyirmi beş manat əlli iki qəpik) manat, Cavabdeh2 2926,60 (iki min doqquz yüz iyirmi altı manat altmış qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli 1(043)-53/2019 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinmiş, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək yaşayış yerini saat 22:00-dan 08:00-dək tərk etməyinə və Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməyinə məhdudiyyət qoyulmuşdur. Sözügedən hökmlə zərərçəkmiş şəxs, mülki iddiaçı “xxxx” MMC-in “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddiası qismən təmin edilərək 28058,58 (iyirmi səkkiz min əlli səkkiz manat əlli səkkiz qəpik) məbləğində maddi ziyanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ondan tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. Həmin maddi ziyanın yaranmasının əsas səbəbi cavabdehlərin qanunsuz fəaliyyətləri olmuşdur. Belə ki, o 21 avqust 2013-cü il tarixdə “xxxx” MMC-ə ekspeditor-sürücü vəzifəsinə işə götürülmüşdür. Ekspeditor işlədiyi dövrdə dislokasiyasına aid olan ərazilər Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarında yerləşən satış nöqtələri olmuşdur. Sonradan “xxxx” MMC-in göndərdiyi malların satışını sürətləndirmək məqsədi ilə Gəncə şəhərinə yaxın ətraf rayonlarda malların satışını səyyar qaydada həyata keçirməyə başlamışlar. Bu məqsədlə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “xxxx” MMC tərəfindən rəsmi əmək müqaviləsi əsasında olmasa da qeyri-rəsmi qaydada işə götürülmüşdürlər. O, “xxxx” MMC-dən qəbul etdiyi malları Gəncə şəhərində və ətraf rayonlarda satmaq üçün cavabdehlərə rəsmi qaimə-fakturalar verirdi. Cavabdehlər də müvafiq sənədlərə imza atmaqla malları ondan təhvil alaraq Ford markalı 90JT605 və 90JZ205 dövlət qeydiyyat nişanlı avtomobillər vasitəsilə satmışlar. Həmin avtomobillər “xxxx” MMC-dən notarial qaydada verilən etibarnamələr vasitəsilə cavabdehlər tərəfindən idarə edilirdi. 2016-cı ilin iyun ayında "xxxx” MMC-dən onun öhdəliyində 57627 manat borcun olduğu bildirildi. O həmin pulun 16627 manatını ödədiyini və öhdəliyində 41000 manatın olması ilə bağlı izahat yazmışdır. Həmin vəsaitin də 22366 manatı 2013-cü ildə əvvəlki ekspeditor Zaur Verdiyevdən ona təhvil verilən borc məbləği idi. Bundan sonra o borclu dükanlarla əlaqə saxlayaraq borcları tələb etdikdə onların əksəriyyəti borclarını ödədiklərini bildirdi. Bundan sonra o qeydiyyat kitabı ilə hesabat aparmışdır və məlum olub ki, Cavabdeh3 6410,52 manat, Cavabdeh1 7525,52 manat, Cavabdeh2 isə 2926,60 manat borc öhdəliyi yaranmışdır. Bundan sonra o cavabdehlərdən izahat tələb etmiş və cavabdehlər 31.12.2016-cı il tarixdə “xxxx” MMC-in direktoru E.Bayramovun adına öz öhdəliklərində yaranmış çatışmazlıqlarla əlaqədar izahat yazaraq yuxarıda qeyd edilən məbləğləri mənimsədiklərini etiraf etmişdirlər. Bu fakt Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli l(043)-53/2019 saylı hökmü ilə bir daha təsdiq olunmuşdur. Belə ki, şahid qismində dindirilən cavabdehlər öz əməllərini etiraf edərək həmin pulları mənimsədiklərini etiraf etmişdirlər. Cavabdehlər “xxxx” MMC-də rəsmi işçi olmadıqlarına görə dəymiş maddi ziyanın hamısının ondan tutulması qət edilmişdir. Buna görə də o reqres qaydasında hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir və yuxarıda qeyd olunan məbləğləri cavabdehlərdən alınaraq ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər işlədikləri dövrdə qazanc əldə etmişlər. Onlar tərəfindən şirkətə məxsus pulların mənimsənilməsindən sonda xəbəri olmuşdur və bu barədə onlarla birlikdə qaimə və fakturalar yoxlanılmış, cavabdehlərin özləri ərizə yazaraq həmin pulları mənimsədiklərini etiraf etmişlər. Onun tərəfindən cavabdehlər tərəfindən xərclənmiş pulların şirkət tərəfindən qarşılanacağı barədə söz verilməmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, İddiaçı ona qarşı qaldırdığı pul tələbi əsassızdır. O, 2013-cü ilin avqust ayında “xxxx” x4 Gəncə şəhəri üzrə nümayəndəliyinə sürücü-ekspeditoru kimi işə qəbul edilmiş, 2013-cü ilin avqust ayından 2016-cı ilin dekabr ayınadək olan müddətdə əmək müqaviləsi olmadan “xxxx” MMC-nin Gəncə nümayəndəliyində sürücü-ekspeditoru işləmişdir. İşlədiyi dövrdə Cəmiyyətin istehsal etdiyi “Qızıl Quyu” markası ilə tanınan sərinləşdirici spirtsiz içkiləri və “xxxxxxx” günəbaxan tumlarını satış üçün ticarət obyektlərinə paylamışdır. Qeyd olunan qida məhsullarını isə o, “xxxx” MMC-nin Gəncə şəhərindəki nümayəndəliyinin anbarından həmin Cəmiyyətin Gəncə şəhəri üzrə ekspeditoru İddiaçı təqdim etdiyi qaimələrə imza etməklə qəbul etmişdir. Müvafiq qaydada qəbul etdiyi həmin qida məhsullarını Gəncə şəhəri və ətraf rayonlara aparıb oradakı ticarət obyektlərinə satış üçün paylamışdır. Satış üçün payladığı qida məhsulları nağd pulla alınan zaman müştərilərdən qəbul etdiyi pulu növbəti gün aparıb İddiaçı qaimə ilə birlikdə təhvil vermişdir. Nisyə verilmiş malların pulunu isə həmin ticarət obyektlərinə mal verən zaman əvvəlki nisyə malların satışından toplanmış pulları qəbul etmiş və qaimə ilə birlikdə günün sonuna kimi İddiaçı çatdıra bilməyəndə, səhəri gün çatdırmışdır. Bu qayda ilə o, sürücü-ekspeditor kimi fəaliyyət göstərsə də, lakin qeyd dövrdə həm ona, həm də digər sürücü-ekspeditorlara “xxxx” x3 əmək haqqı verilməmişdir. Buna baxmayaraq, işlədiyi dövrdə İddiaçıla qarşılıqlı razılaşmaya əsasən, satışdan əldə olunan pulların 5 (beş) faizi əmək haqqı kimi ona verilmişdir.Ekspeditor işlədiyi dövrdə onun dislokasiyasına aid olan ərazilər, yəni qida məhsullarını satış üçün payladığı ərazilər: Gəncə şəhərində, ətraf rayonlardan isə Şəmkirdə, Göygöldə, Gədəbəydə, Samuxda və Yevlaxda yerləşən satış nöqtələri olmuşdur. Ekspeditor işləyərkən, ona köməkçi təhkim olunmadığına görə o, tək işlədiyi üçün yükləri də özü boşaltmışdır. Ekspeditor işlədiyi vaxtlarda satış nöqtələrindən sifarişləri qəbul etdikdən sonra həmin sifarişlərin əsasında iki nusxəli qaimə-faktura sənədləri ilə Cəmiyyətin Gəncə nümayəndəliyinin anbarından qida məhsullarını İddiaçı qəbul edərək avtomaşına yükləmişdir. Bundan sonra isə özü həmin malları ona təhkim olunmuş ərazidəki obyektlərə apararaq sifarişləri qəbul etdiyi ticarət obyektlərinə paylamışdır. İdarə etdiyi avtomaşına görə “xxxx" MMC-dən əvvəllər hər ay 75 manat, sonrakı dövrlərdə isə 100 manat yanacaq pulu verilsə də, həmin vəsaitlə alınan yanacaq da ərazidəki ticarət obyektlərinə mal paylamağa yetərli olmamışdır. Bu səbəbdən də ətraf rayonlara və daha ucqar ərazilərə təkrar getdiyi vaxtlarda yanacaq çatışmazlığı baş verdiyinə görə həmin vaxt satış olunmuş malların pulundan yanacaq almaq üçün xərcləməyə məcbur olmuşdur. Bəzi vaxtlarda isə satış üçün mal verdiyi dükanlar ondan aldıqları malla yanaşı, başqa şirkətlərin də mallarını almışdır. Bu kimi halları aradan qaldırıb müştərini əldə saxlamaq məqsədi ilə işlədiyi dövrdə müştərilərə satış üçün verdiyi “Qızıl Quyu” markası ilə tanınan sərinləşdirici spirtsiz içkilərin və “xxxxxxx” günəbaxan tumlarının üstündə bir neçə ədəd pay verməyə başlamışdır. Müştərilər isə bu kimi diqqəti gördükdə, onunla əməkdaşlıq etməyə çalışmışdır. Ekspeditor işlədiyi dövrdə MMC-nin istehsal etdiyi “Qızıl Quyu” markası ilə tanınan sərinləşdirici spirtsiz içkilərin və “xxxxxxx” günəbaxan tumlarının satışı yay aylarında çox olsa da, lakin başqa vaxtlarda satış zəif olmuşdur. Ona görə də, satış zəif olanda o, ailəsinin gündəlik qida məhsullarına olan ehtiyaclarını təmin etməkdən ötrü satışdan əldə olunan pullardan evinə çörək və digər zəruri qida məhsulları almışdır. Həmin xərclər isə sonda onun öhtəsində 7.525.52 (yeddi min beş yüz iyirmi beş manat əlli iki qəpik) manat çatışmazlıq kimi qalmışdır. Bununla əlaqədar İddiaçı ondan, eləcə də öhtəsində müxtəlif məbləğlərdə çatışmazlıq yaranmış Cavabdeh2 və Ramin Məmmədovdan 31 dekabr 2016-cı il tarixdə “xxxx" MMC-nin direktoru Elman Bayramovun adına izahat almışdır. Həmin izahatlarla hər biri öz öhtəliyindəki çatışmazlığı göstərmişdir. İddiaçı onlara bildirmişdir ki, əmək haqqının azlığı və xərclərin çox olması səbəbindən yaranmış çatışmazlıq şirkət tərəfindən nəzərə alınacaq və hər şey yaxşı olacaqdır. O işlədiyi dövr ərzində borcu olmadığını və iddanı qəbul etmədiyini bildirdi. Məhkəmədən qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, o,17.08.2015-ci il tarixdən 2016-cı ilin axırınadək qeyri-rəsmi qaydada, yəni əmək müqaviləsi olmadan “xxxx” MMCnin sürücü-ekspeditoru işləmişdir. Qeyd olunan dövrdə “xxxx” MMC-nin “xxxxxxxxxxxx” markalı avtomaşını idarə etməklə, Cəmiyyətin istehsal etdiyi qida məhsullarını, o cümlədən “Qızıl Quyu” markası ilə tanınan sərinləşdirici spirtsiz içkiləri və “xxxxxxx” günəbaxan tumlarını Gəncə şəhərindəki anbarından həmin Cəmiyyətin Gəncə şəhəri üzrə nümayəndəliynin ekspeditoru İddiaçı təqdim etdiyi qaimələrə imza etməklə qəbul etmiş, həmçinin də həmin qida məhsullarını Gəncə şəhəri və ətraf rayonlara aparıb oradakı ticarət obyektlərinə satış üçün paylamışdır. Satış üçün payladığı qida məhsulları nağd pulla alınan zaman müştərilərdən qəbul etdiyi pulu növbəti gün aparıb İddiaçı qaimə ilə birlikdə təhvil vermişdir. Nisyədə olan malların pulunu isə həmin ticarət obyektlərinə mal verən zaman əvvəlki nisyə malların satışından toplanmış pulları da qəbul etməklə növbəti gün İddiaçı qaimə ilə birlikdə təhvil vermişdir. Bu qayda ilə o, sürücü-ekspeditor kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə “xxxx” x2 və digər sürücü-ekspeditorlara əmək haqqı verilməsə də, lakin İddiaçıla qarşılıqlı razılaşmaya əsasən, satışdan əldə olunan pulların 5 (beş) faizi əmək haqqı kimi onlara, yəni sürücü-ekspeditorlara verilmişdir. Ekspeditor işlədiyi dövrdə onun dislokasiyasına aid olan ərazilər Gəncə şəhərində, ətraf rayonlardan isə Şəmkirdə, Göygöldə, Gədəbəydə, Tovuzda, bəzi hallarda Ağstafa və Qazax rayonlarında yerləşən satış nöqtələri olmuşdur. Ekspeditor işləyərkən, ona köməkçi təhkim olunmamışdır. Ekspeditor işlədiyi müddətdə onun köməkçiləri olmadığına görə özü tək işləmiş, bəzi hallarda isə yük boşaltmaq üçün öz hesabına fəhlə dəvət edib yükləri boşaldırmışdır. Ekspeditor işlədiyi vaxtlarda satış nöqtələrindən sifarişləri qəbul etdikdən sonra həmin sifarişlərin əsasında iki nusxəli qaimə-faktura sənədləri ilə Cəmiyyətin Gəncə nümayəndəliyinin anbarından qida məhsullarını İddiaçı qəbul edərək avtomaşına yükləmişdir. Bundan sonra isə həmin malları özünə təhkim olunmuş ərazidəki obyektlərə apararaq sifarişləri qəbul etdiyi ticarət obyektlərinə paylamışdır. İdarə etdiyi avtomaşına görə “xxxx" MMC-dən əvvəllər hər ay 75 manat, sonrakı dövrlərdə isə 100 manat yanacaq pulu verilsə də, qeyd olunan vəsaitlə alınan yanacaq ərazidəki ticarət obyektlərinə mal paylamağa yetməmişdir. Ona görə də, uzaq ərazilərə təkrar getdiyi hallarda yanacaq çatışmazlığı olduğundan, əlavə yanacaq almalı olmuşdur. Bunun üçün isə satışdan əldə olunan puldan yanacağa xərcələmişdir. İşlədiyi dövrdə müştərilərdə maraq yaratmaq üçün qız işçi götürmüş və onun əmək haqqını öz vəsaiti hesabına vermiş, qida məhsullarından satış üçün verdiyi vaxt bir neçə ədəd “Qızıl Quyu” markası ilə tanınan sərinləşdirici spirtsiz içkiləri və “xxxxxxx” günəbaxan tumlarını da pay vermişdir. Bu qayda ilə müştəriləri əldə saxlayıb “xxxx" MMC-nin məhsullarının daha çox satışına nail olmuşdur. Həmin ərəfədə satış zəif olanda isə ailəsinin gündəlik qida məhsullarına olan ehtiyaclarını təmin etməkdən ötrü o, satışdan əldə olunan pullardan evinə çörək və digər zəruri qida məhsulları almışdır. Bütün bu vəsaitlər isə üst-üstə yığıldığı üçün sonda onun öhtəsində 2.926.60 (iki min doqquz yüz iyirmi altı manat 60 qəpik) manat çatışmazlıq kimi qalmışdır. Bununla əlaqədar İddiaçı ondan, eləcə də öhtəsində müxtəlif məbləğlərdə çatışmazlıq yaranmış Cavabdeh1 və Ramin Məmmədovdan 31 dekabr 2016-cı il tarixdə “xxxx" MMCnin direktoru Elman Bayramovun adına izahat almışdır. Həmin izahatlarla hər biri öz öhtəliyindəki çatışmazlığı göstərmişdir. İddiaçı onlara bildirmişdir ki, əmək haqqının azlığı və xərclərin çox olması səbəbindən yaranmış çatışmazlıq şirkət tərəfindən nəzərə alınacaq və hər şey yaxşı olacaqdır. Hazırda təxminən 200 manata yaxın məbləğdə pul vəsait onda qalmış ola bilər, o, iddianı qəbul etmir. Məhkəmədən qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 Firuddin oğlu izahatında bildirdi ki, o, özünə iş yeri axtararkən, Gəncə şəhər sakini kimi tanıdığı İddiaçı onu Bakı şəhərindəki “xxxx” x5 Gəncə şəhəri üzrə nümayəndəliyinə işə dəvət etmişdir, daimi iş yerinin olmasını istədiyinə görə həmin MMC-də ekspeditor işləyən x1 işləməyə razı olmuş, bundan sonrao, “xxxx” MMCyə sürücü kimi işə qəbul edilsə də, lakin işə qəbul olunmağına dair əmr olmamış, habelə işçi kimi onunlaəmək müqaviləsi bağlanmamışdır.20.06.2015-ci il tarixdən 2016-cı ilin sonlarına kimi əmək müqaviləsi olmadan “xxxx” MMC-nin sürücü-ekspeditoru işləmişdir. Həmin vaxt ona“xxxx” MMC-nin “xxxxxxxxxxxx” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etməklə, “xxxx” MMC-nin istehsal etdiyi qida məhsullarını, o cümlədən “Qızıl Quyu” əmtəə nişanı ilə tanınan sərinləşdirici spirtsiz içkiləri və “xxxxxxx” əmtəə nişanı ilə tanınan günəbaxan tumlarını həmin MMC-nin Gəncə şəhərindəki anbarından Cəmiyyətin Gəncə şəhəri üzrə nümayəndəliynin ekspeditoru İddiaçı müvafiq qaimələrə imza etməklə qəbul edərək, qida məhsullarını Gəncə şəhəri və ətraf rayonlaraaparıb oradakı xidməti ərazi sayılan yerlərdə olan ticarət obyektlərinə satış üçün paylamışdır. Satış üçün təklif etdiyi qida məhsullarını ticarət obyektlərinin sahibləri nağd pullaalanda, o, müştərilərdən qəbul etdiyi pulu növbəti gün aparıb İddiaçı qaimə ilə birlikdə təhvil vermişdir. Nisyədə olan malların pulunu isə həmin ticarət obyektlərinə mal verən zaman onlardan əvvəlki nisyə malların satışından toplanmış pulları qəbul etmiş və növbəti gün İddiaçı qaimə ilə birlikdə təhvil vermişdir. Qeyd olunan qaydada fəaliyyət göstərdiyi dövrdə onun köməkçiləri olmamış, özü tək işləmişdir. Sürücü-ekspeditor işlədiyi dövrdə satış nöqtələrindən sifarişləri qəbul etdikdən sonra həmin sifarişlərin əsasında iki nusxəli qaiməfaktura sənədləri ilə Cəmiyyətin Gəncə nümayəndəliyinin anbarından qida məhsullarını İddiaçı qəbul edərək avtomaşına yükləmişdir. Anbardan yüklədiyi mallarısifarişlər üzrə ticarət obyektlərinə çatdırmaq məqsədi ilə avtomaşınla xidməti əraziyə apararaq oradakı ticarət obyektlərinə paylamışdır. Gördüyü işin müqabilində isə “xxxx” x2əmək haqqı verilməsə də, lakin İddiaçılaolan razılaşmaya uyğun olaraq, satışdan əldə olunan pulların 5 (beş) faizini zəhmət haqqı kimi almışdır. Ekspeditor işlədiyi dövrdə özünün dislokasiyasına aid olan ərazilər Gəncə şəhərindəki, Şəmkir, Yevlax və Göygöl rayonlarındakı ticarət obyektləri olmuşdur.Ticarət obyektlərinə mal paylamaq üçün ona təhkim olunmuş avtomaşına yanacaq alınması məqsədi ilə “xxxx" MMC-dən əvvəllər hər ay 50 manat, sonrakı dövrdə 75 manat, daha sonra isə 100 manat yanacaq pulu verilmişdir. Buna baxmayaraq, həmin pula görə alınan yanacaq ərazidəki ticarət obyektlərinə mal paylamağa çatmamışdır. Buna da səbəb ticarət obyektlərinin ətraf rayonlarda yerləşənləri üçün mal aparan vaxtlarda uzaq məsəfə qət etməli olduğuna görə yanacaq sərfiyyatında daartımın baş verməsi olmuşdur. Yanacaq üçün verilən pullar isə həmin sərifiyyatla uyğun olmuşdur. Bu səbəbdən də əlavə yanacaq almalı olduğu hallarda, ticarət obyektlərindəki satışdan əldə olunan puldan yanacağa xərcləmişdir. Bununla yanaşı, ətraf rayonlardakı işlək ticarət obyektlərini müştəri kimi cəlb etmək məqsədi ilə onlara mal təklif edərkən, məhsulun dadına baxması məqsədi ilə bir neçə ədəd “Qızıl Quyu” sərinləşdirici spirtsiz içkiləri və “xxxxxxx” günəbaxan tumları pay vermişdir. Bu üsulla müştəriləri cəlb edib satış nöqtələrinin dairəsini genişləndirmişdir. Qeyd olunan ərəfədə satış zəif olan vaxtlardaailəsinin gündəlik qida məhsullarınaolan ehtiyaclarını təmin etməkdən ötrü satışdan əldə olunan pullardan özünün və ailəsinin zəruri ehtiyaclarına xərcləmişdir. Sadalanan xərclər isə üst-üstə yığıldığı üçün sondaonun öhtəsində 6.410.52 (altı min dörd yüz on manat 52 qəpik) manat çatışmazlıq yaranmışdır. Bununla əlaqədar İddiaçı ondan, eləcə də öhtəsində müxtəlif məbləğlərdə çatışmazlıq yaranmış Cavabdeh1 və Cavabdeh2 31 dekabr 2016-cı il tarixdə “xxxx" MMC-nin direktoru Elman Bayramovun adına izahat almışdır. Həmin izahatlarlaonlar öz öhtəliklərindəki çatışmazlığı göstərmişdir. İddiaçı onlara bildirmişdir ki, əmək haqqının azlığı və xərclərin çox olması səbəbindən yaranmış çatışmazlıq şirkət tərəfindən nəzərə alınacaq və hər şey yaxşı olacaqdır. O işlədiyi dövr ərzində borcu olmadığını və iddanı qəbul etmədiyini bildirdi. Məhkəmədən qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iş üzrə iddiaçının və cavabdehlərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, 11 avqust 2015-ci il tarixli “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, “xxxx” MMC-yə məxsus Ford Transit markalı, ** JZ *** DQNN-lı avtomobili idarə etməyi, Cavabdeh2 31.12.2015-ci il tarixədək etibar edilmişdir. İş materiallarına əlavə edilmiş, 02.12.2016-cı tarixli etibarnamənin surətindən görünür ki, “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, “xxxx” MMC-yə məxsus Ford Transit markalı, ** JZ *** DQNN-lı avtomobili idarə etməyi, Cavabdeh2 31.12.2017-ci il tarixədək etibar edilmişdir. İş materiallarına əlavə edilmiş, 11 avqust 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, “xxxx” MMC-yə məxsus Ford Transit markalı, ** JZ *** DQNN-lı avtomobili idarə etməyi, Cavabdeh2 31.12.2015-ci il tarixədək etibar edilmişdir. İş materiallarına əlavə edilmiş, 02 dekabr 2016-cı il tarixli “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, “xxxx” MMC-yə məxsus Ford Transit markalı, ** JZ *** DQNN-lı avtomobili idarə etməyi, Cavabdeh3 Firudun oğluna 31.12.2016-cı il tarixədək etibar edilmişdir. İş materiallarına əlavə edilmiş, 09 fevral 2016-cı il tarixli “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, “xxxx” MMC-yə məxsus Ford Transit markalı, ** JT *** DQNN-lı avtomobili idarə etməyi, Cavabdeh3 Firudun oğluna 31.12.2016-cı il tarixədək etibar edilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh3 Firuddin oğlunun 29 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdi ifadəsindən görünür ki, o, özünə iş yeri axtararkən, Gəncə şəhər sakini kimi tanıdığı İddiaçı onu Bakı şəhərindəki “xxxx” x5 Gəncə şəhəri üzrə nümayəndəliyinə işə dəvət etmişdir, daimi iş yerinin olmasını istədiyinə görə həmin MMCdə ekspeditor işləyən x1 işləməyə razı olmuş, bundan sonrao, “xxxx” MMC-yə sürücü kimi işə qəbul edilsə də, lakin işə qəbul olunmağına dair əmr olmamış, habelə işçi kimi onunlaəmək müqaviləsi bağlanmamışdır. “xxxx” MMC-nin Gəncə şəhəri üzrə nümayəndəliyində işlədiyi dövrdə, eləcə də sonrakı vaxtda “xxxx” MMC-nin direktoru Elman Bayramovla, həmçinin MMC-nin Gəncə nümayəndəliyində ekspeditor işləmiş İddiaçıla və Cəmiyyətin digər məsul əməkdaşları ilə heç bir qohumluğu, ədavəti, düşmənçiliyiolmamışdır.20.06.2015-ci il tarixdən 2016-cı ilin sonlarına kimi əmək müqaviləsi olmadan “xxxx” MMC-nin sürücü-ekspeditoru işləmişdir. Həmin vaxt ona“xxxx” MMC-nin “xxxxxxxxxxxx” markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşını təhkim olunmuş, eyni zamandaavtomaşını idarə etmək üçün qeyd olunan MMC-nin rəhbərliyi tərəfindən müvafiq etibarnamə də verilmişdir. O, etibarnamə ilə avtomaşını idarə etməklə, “xxxx” MMC-nin istehsal etdiyi qida məhsullarını, o cümlədən “Qızıl Quyu” əmtəə nişanı ilə tanınan sərinləşdirici spirtsiz içkiləri və “xxxxxxx” əmtəə nişanı ilə tanınan günəbaxan tumlarını həmin MMC-nin Gəncə şəhərindəki anbarından Cəmiyyətin Gəncə şəhəri üzrə nümayəndəliynin ekspeditoru İddiaçı müvafiq qaimələrə imza etməklə qəbul edərək, qida məhsullarını Gəncə şəhəri və ətraf rayonlaraaparıb oradakı xidməti ərazi sayılan yerlərdə olan ticarət obyektlərinə satış üçün paylamışdır. Satış üçün təklif etdiyi qida məhsullarını ticarət obyektlərinin sahibləri nağd pullaalanda, o, müştərilərdən qəbul etdiyi pulu növbəti gün aparıb İddiaçı qaimə ilə birlikdə təhvil vermişdir. Nisyədə olan malların pulunu isə həmin ticarət obyektlərinə mal verən zaman onlardan əvvəlki nisyə malların satışından toplanmış pulları qəbul etmiş və növbəti gün İddiaçı qaimə ilə birlikdə təhvil vermişdir. Qeyd olunan qaydada fəaliyyət göstərdiyi dövrdə onun köməkçiləri olmamış, özü tək işləmişdir. Sürücü-ekspeditor işlədiyi dövrdə satış nöqtələrindən sifarişləri qəbul etdikdən sonra həmin sifarişlərin əsasında iki nusxəli qaimə-faktura sənədləri ilə Cəmiyyətin Gəncə nümayəndəliyinin anbarından qida məhsullarını İddiaçı qəbul edərək avtomaşına yükləmişdir. Anbardan yüklədiyi mallarısifarişlər üzrə ticarət obyektlərinə çatdırmaq məqsədi ilə avtomaşınla xidməti əraziyə apararaq oradakı ticarət obyektlərinə paylamışdır. Gördüyü işin müqabilində isə “xxxx” x2əmək haqqı verilməsə də, lakin İddiaçılaolan razılaşmaya uyğun olaraq, satışdan əldə olunan pulların 5 (beş) faizini zəhmət haqqı kimi almışdır. Ekspeditor işlədiyi dövrdə özünün dislokasiyasına aid olan ərazilər Gəncə şəhərindəki, Şəmkir, Yevlax və Göygöl rayonlarındakı ticarət obyektləri olmuşdur.Ticarət obyektlərinə mal paylamaq üçün ona təhkim olunmuş avtomaşına yanacaq alınması məqsədi ilə “xxxx" MMC-dən əvvəllər hər ay 50 manat, sonrakı dövrdə 75 manat, daha sonra isə 100 manat yanacaq pulu verilmişdir. Buna baxmayaraq, həmin pula görə alınan yanacaq ərazidəki ticarət obyektlərinə mal paylamağa çatmamışdır. Buna da səbəb ticarət obyektlərinin ətraf rayonlarda yerləşənləri üçün mal aparan vaxtlarda uzaq məsəfə qət etməli olduğuna görə yanacaq sərfiyyatında daartımın baş verməsi olmuşdur. Yanacaq üçün verilən pullar isə həmin sərifiyyatla uyğun olmuşdur. Bu səbəbdən də əlavə yanacaq almalı olduğu hallarda, ticarət obyektlərindəki satışdan əldə olunan puldan yanacağa xərcləmişdir. Bununla yanaşı, ətraf rayonlardakı işlək ticarət obyektlərini müştəri kimi cəlb etmək məqsədi ilə onlara mal təklif edərkən, məhsulun dadına baxması məqsədi ilə bir neçə ədəd “Qızıl Quyu” sərinləşdirici spirtsiz içkiləri və “xxxxxxx” günəbaxan tumları pay vermişdir. Bu üsulla müştəriləri cəlb edib satış nöqtələrinin dairəsini genişləndirmişdir. Qeyd olunan ərəfədə satış zəif olan vaxtlardaailəsinin gündəlik qida məhsullarınaolan ehtiyaclarını təmin etməkdən ötrü satışdan əldə olunan pullardan özünün və ailəsinin zəruri ehtiyaclarına xərcləmişdir. Sadalanan xərclər isə üst-üstə yığıldığı üçün sondaonun öhtəsində 6.410.52 (altı min dörd yüz on manat 52 qəpik) manat çatışmazlıq yaranmışdır. Bununla əlaqədar İddiaçı ondan, eləcə də öhtəsində müxtəlif məbləğlərdə çatışmazlıq yaranmış Cavabdeh1 və Cavabdeh2 31 dekabr 2016-cı il tarixdə “xxxx" MMC-nin direktoru Elman Bayramovun adına izahat almışdır. Həmin izahatlarlaonlar öz öhtəliklərindəki çatışmazlığı göstərmişdir. Qeyd olunan dövrdə maddi çətinliyi olduğu üçün o, öhdəsindəki 6.410.52 (altı min dörd yüz on manat 52 qəpik) manat çatışmazlığı ödəyə bilməmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh2 29 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdi ifadəsindən görünür ki, o,işlədiyi dövrdə və sonrakı vaxtda “xxxx” MMC-nin direktoru Elman Bayramovla, eyni zamanda qeyd olunan MMC-nin Gəncə nümayəndəliyində ekspeditor işləmiş İddiaçıla, habelə həmin Cəmiyyətin digər məsul əməkdaşları ilə heç bir qohumluğu, ədavəti, düşmənçiliyiolmamışdır.17.08.2015-ci il tarixdən 2016-cı ilin axırınadək qeyri-rəsmi qaydada, yəni əmək müqaviləsi olmadan “xxxx” MMC-nin sürücüekspeditoru işləmişdir. Qeyd olunan dövrdə “xxxx” MMC-nin “xxxxxxxxxxxx” markalı avtomaşının idarə etmək üçün həmin MMC-nin rəhbərliyi tərəfindən ona müvafiq etibarnamə verilmişdir. O, da etibarnamə ilə avtomaşını idarə etməklə, Cəmiyyətin istehsal etdiyi qida məhsullarını, o cümlədən “Qızıl Quyu” markası ilə tanınan sərinləşdirici spirtsiz içkiləri və “xxxxxxx” günəbaxan tumlarını Gəncə şəhərindəki anbarından həmin Cəmiyyətin Gəncə şəhəri üzrə nümayəndəliynin ekspeditoru İddiaçı təqdim etdiyi qaimələrə imza etməklə qəbul etmiş, həmçinin də həmin qida məhsullarını Gəncə şəhəri və ətraf rayonlaraaparıb oradakı ticarət obyektlərinə satış üçün paylamışdır. Satış üçün payladığı qida məhsulları nağd pullaalınan zaman müştərilərdən qəbul etdiyi pulu növbəti gün aparıb İddiaçı qaimə ilə birlikdə təhvil vermişdir. Nisyədə olan malların pulunu isə həmin ticarət obyektlərinə mal verən zaman əvvəlki nisyə malların satışından toplanmış pulları da qəbul etməklə növbəti gün İddiaçı qaimə ilə birlikdə təhvil vermişdir. Bu qayda ilə o, sürücü-ekspeditor kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə “xxxx” x2 və digər sürücüekspeditorlaraəmək haqqı verilməsə də, lakin İddiaçıla qarşılıqlı razılaşmayaəsasən, satışdan əldə olunan pulların 5 (beş) faizi əmək haqqı kimi onlara, yəni sürücüekspeditorlaraverilmişdir. Qeyd olunan Cəmiyyətin Gəncə nümayəndəliyində onunla birlikdə əvəllər və eləcə də sonralar işləyən sürücü-ekspeditorlardan Ayxan Hüseynovun, Cavabdeh1, həmçinin də Ramin Məmmədovun əmək müqaviləsi olmadığı üçün onlar da MMC-nin avtomaşınlarını etibarnamə əsasında idarə etməklə həmin Cəmiyyətin qida məhsullarını satış üçün ticarət obyektlərinə paylamış və bu işin müqabilində satışdan əldə olunan puldan beş faiz əmək haqqı almışdır. Ekspeditor işlədiyi dövrdə onun dislokasiyasına aid olan ərazilər Gəncə şəhərində, ətraf rayonlardan isə Şəmkirdə, Göygöldə, Gədəbəydə, Tovuzda, bəzi hallardaAğstafa və Qazax rayonlarındayerləşən satış nöqtələriolmuşdur. Ekspeditor işləyərkən, ona köməkçi təhkim olunamışdır. Ekspeditor işlədiyi müddətdə onun köməkçiləri olmadığına görə özü tək işləmiş, bəzi hallarda isə yük boşaltmaq üçün öz hesabına fəhlə dəvət edib yükləri boşaldırmışdır. Ekspeditor işlədiyi vaxtlardasatış nöqtələrindən sifarişləri qəbul etdikdən sonra həmin sifarişlərin əsasında iki nusxəli qaimə-faktura sənədləri ilə Cəmiyyətin Gəncə nümayəndəliyinin anbarından qida məhsullarını İddiaçı qəbul edərək avtomaşına yükləmişdir. Bundan sonra isə həmin mallarıözünə təhkim olunmuş ərazidəki obyektlərə apararaq sifarişləri qəbul etdiyi ticarət obyektlərinə paylamışdır. İdarə etdiyi avtomaşına görə “xxxx" MMC-dən əvvəllər hər ay 75 manat, sonrakı dövrlərdə isə 100 manat yanacaq pulu verilsə də, qeyd olunan vəsaitlə alınan yanacaq ərazidəki ticarət obyektlərinə mal paylamağa yetməmişdir. Ona görə də, uzaq ərazilərə təkrar getdiyi hallarda yanacaq çatışmazlığı olduğundan, əlavə yanacaq almalı olmuşdur. Bunun üçün isə satışdan əldə olunan puldan yanacağa xərcələmişdir. İşlədiyi dövrdə müştərilərdə maraq yaratmaq üçün qida məhsullarından satış üçün verdiyi vaxt bir neçə ədəd “Qızıl Quyu” markası ilə tanınan sərinləşdirici spirtsiz içkiləri və “xxxxxxx” günəbaxan tumlarını da pay vermişdir. Bu qayda ilə müştəriləri əldə saxlayıb “xxxx" MMC-nin məhsullarının daha çox satışına nail olmuşdur. Həmin ərəfədə satış zəif olanda isə ailəsinin gündəlik qida məhsullarınaolan ehtiyaclarını təmin etməkdən ötrü o, satışdan əldə olunan pullardan evinə çörək və digər zəruri qida məhsulları almışdır. Bütün bu vəsaitlər isə üst-üstə yığıldığı üçün sondaonun öhtəsində 2.926.60 (iki min doqquz yüz iyirmi altı manat 60 qəpik) manat çatışmazlıq kimi qalmışdır. Bununla əlaqədar İddiaçı ondan, eləcə də öhtəsində müxtəlif məbləğlərdə çatışmazlıq yaranmış Cavabdeh1 və Ramin Məmmədovdan 31 dekabr 2016-cı il tarixdə “xxxx" MMC-nin direktoru Elman Bayramovun adına izahat almışdır. Həmin izahatlarla hər biri öz öhtəliyindəki çatışmazlığı göstərmişdir. Qeyd olunan dövrdə maddi çətinliyi olduğu üçün o, öhtəsindəki 2.926.60 (iki min doqquz yüz iyirmi altı manat 60 qəpik) manat çatışmazlığı ödəyə bilməmişdir. Hazırda isə özü 1-ci tip diabet xəstəliyindən əziyyət çəkdiyi üçün İİ qrup əlliyə görə pensiyaalmağa başlamışdır. Himayəsində olan övladlarından 6 yaşlı qızı isə ürək çatışmazılığından əziyyət çəkdiyi üçün cərrahiyyə əməliyyatından sonrao, da əliliyə görə pensiyaalmağa başlamışdır. Hal-hazırkı vaxtda pensiya pulları ilə ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyi üçün öhtəsindəki 2.926.60 (iki min doqquz yüz iyirmi altı manat 60 qəpik) manat çatışmazlığı onun ödəmək imkanı olmamışdır. İş materiallarına əlavə edilmiş, Cavabdeh1 03 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdi ifadəsindən görünür ki, o, 2013-cü ilin avqust ayında Bakı şəhərindəki “xxxx” x4 Gəncə şəhəri üzrə nümayəndəliyinə sürücü-ekspeditoru kimi işə qəbul edilmiş, işlədiyi dövrdə və sonrakı vaxtda “xxxx” MMC-nin direktoru Elman Bayramovla, eyni zamanda qeyd olunan MMC-nin Gəncə nümayəndəliyində ekspeditor işləmiş İddiaçıla, habelə həmin Cəmiyyətin digər məsul əməkdaşları ilə heç bir qohumluğu, ədavəti, düşmənçiliyiolmamışdır. 2013-cü ilin avqust ayından 2016-cı ilin dekabr ayınadək olan müddətdə əmək müqaviləsi olmadan “xxxx” MMC-nin Gəncə nümayəndəliyində sürücü-ekspeditoru işləmişdir. İşlədiyi dövrdə “xxxx” MMC-nin müvafiq etibarnaməsi ilə həmin Cəmiyyətə məxsus “xxxxxxxxxxxx” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomaşınını idarə etmişdir. İşlədiyi dövrdə etibarnamə ilə avtomaşını idarə etməklə, həmçinin də Cəmiyyətin istehsal etdiyi “Qızıl Quyu” markası ilə tanınan sərinləşdirici spirtsiz içkiləri və “xxxxxxx” günəbaxan tumlarını satış üçün ticarət obyektlərinə paylamışdır. Qeyd olunan qida məhsullarını isə o, “xxxx” MMC-nin Gəncə şəhərindəki nümayəndəliyinin anbarından həmin Cəmiyyətin Gəncə şəhəri üzrə ekspeditoru İddiaçı təqdim etdiyi qaimələrə imza etməklə qəbul etmişdir. Müvafiq qaydada qəbul etdiyi həmin qida məhsullarını Gəncə şəhəri və ətraf rayonlaraaparıb oradakı ticarət obyektlərinə satış üçün paylamışdır. Satış üçün payladığı qida məhsulları nağd pullaalınan zaman müştərilərdən qəbul etdiyi pulu növbəti gün aparıb İddiaçı qaimə ilə birlikdə təhvil vermişdir. Nisyə verilmiş malların pulunu isə həmin ticarət obyektlərinə mal verən zaman əvvəlki nisyə malların satışından toplanmış pulları qəbul etmiş və qaimə ilə birlikdə günün sonuna kimi İddiaçı çatdıra bilməyəndə, səhəri gün çatdırmışdır. Bu qayda ilə o, sürücü-ekspeditor kimi fəaliyyət göstərsə də, lakin qeyd dövrdə həm ona, həm də digər sürücü-ekspeditorlara “xxxx” x3 əmək haqqı verilməmişdir. Buna baxmayaraq, işlədiyi dövrdə İddiaçıla qarşılıqlı razılaşmayaəsasən, satışdan əldə olunan pulların 5 (beş) faizi əmək haqqı kimi ona verilmişdir. Qeyd olunan Cəmiyyətin Gəncə nümayəndəliyində onunla birlikdə əvəllər və eləcə də sonralar işləyən sürücüekspeditorlardan Ayxan Hüseynovun, Cavabdeh2, eləcə də Ramin Məmmədovun əmək müqaviləsi olmadığı üçün onlar da MMC-nin avtomaşınlarını etibarnamə əsasında idarə etməklə həmin Cəmiyyətin qida məhsullarını satış üçün ticarət obyektlərinə paylamış və bu işin müqabilində satışdan əldə olunan puldan beş faiz əmək haqqı almışdır. Ekspeditor işlədiyi dövrdə onun dislokasiyasına aid olan ərazilər, yəni qida məhsullarını satış üçün payladığı ərazilər:Gəncə şəhərində, ətraf rayonlardan isə Şəmkirdə, Göygöldə, Gədəbəydə, Samuxda və Yevlaxdayerləşən satış nöqtələriolmuşdur. Ekspeditor işləyərkən, ona köməkçi təhkim olunmadığına görə o, tək işlədiyi üçün yükləri də özü boşaltmışdır. Ekspeditor işlədiyi vaxtlardasatış nöqtələrindən sifarişləri qəbul etdikdən sonra həmin sifarişlərin əsasında iki nusxəli qaimə-faktura sənədləri ilə Cəmiyyətin Gəncə nümayəndəliyinin anbarından qida məhsullarını İddiaçı qəbul edərək avtomaşına yükləmişdir. Bundan sonra isə özü həmin malları onatəhkim olunmuş ərazidəki obyektlərə apararaq sifarişləri qəbul etdiyi ticarət obyektlərinə paylamışdır. İdarə etdiyi avtomaşına görə “xxxx" MMC-dən əvvəllər hər ay 75 manat, sonrakı dövrlərdə isə 100 manat yanacaq pulu verilsə də, həmin vəsaitlə alınan yanacaq da ərazidəki ticarət obyektlərinə mal paylamağa yetərli olmamışdır. Bu səbəbdən də ətraf rayonlara və daha ucqar ərazilərə təkrar getdiyi vaxtlarda yanacaq çatışmazlığı baş verdiyinə görə həmin vaxt satış olunmuş malların pulundan yanacaq almaq üçün xərcləməyə məcbur olmuşdur. Bəzi vaxtlarda isə satış üçün mal verdiyi dükanlar ondan aldıqları malla yanaşı, başqa şirkətlərin də mallarını almışdır. Bu kimi halları aradan qaldırıb müştərini əldə saxlamaq məqsədi ilə işlədiyi dövrdə müştərilərə satış üçün verdiyi “Qızıl Quyu” markası ilə tanınan sərinləşdirici spirtsiz içkilərin və “xxxxxxx” günəbaxan tumlarının üstündə bir neçə ədəd pay verməyə başlamışdır. Müştərilər isə bu kimi diqqəti gördükdə, onunla əməkdaşlıq etməyə çalışmışdır. Ekspeditor işlədiyi dövrdə MMC-nin istehsal etdiyi “Qızıl Quyu” markası ilə tanınan sərinləşdirici spirtsiz içkilərin və “xxxxxxx” günəbaxan tumlarının satışı yay aylarında çox olsa da, lakin başqa vaxtlarda satış zəif olmuşdur. Ona görə də, satış zəif olandao, ailəsinin gündəlik qida məhsullarınaolan ehtiyaclarını təmin etməkdən ötrü satışdan əldə olunan pullardan evinə çörək və digər zəruri qida məhsulları almışdır. Həmin xərclər isə sondaonun öhtəsində 7.525.52 (yeddi min beş yüz iyirmi beş manat əlli iki qəpik) manat çatışmazlıq kimi qalmışdır. Bununla əlaqədar İddiaçı ondan, eləcə də öhtəsində müxtəlif məbləğlərdə çatışmazlıq yaranmış Cavabdeh2 və Ramin Məmmədovdan 31 dekabr 2016-cı il tarixdə “xxxx" MMC-nin direktoru Elman Bayramovun adına izahat almışdır. Həmin izahatlarla hər biri öz öhtəliyindəki çatışmazlığı göstərmişdir. Qeyd olunan dövrdən hal-hazırkı vaxtdadək fərdi əməklə məşğul olub gündəlik çörək pulu qazanmışdır. Hazırkı vaxtadək artıq gəlir əldə edə bilmədiyinə və maddi çətinlik içərsində yaşadığına görə, öhtəsindəki 7.525.52 (yeddi min beş yüz iyirmi beş manat əlli iki qəpik) manat çatışmazlığı ödəyə bilməmişdir. İş materiallarına əlavə edilmiş x10 rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli hökmündən görünür ki, cavabdehlər cinayət işi üzrə məhkəmə prosesi zamanı ibtidai istintaq zamanı verdikləri ifaələri təsdiqləmişlər. İş materiallarına əlavə edilmiş Cavabdeh3 Firuddin oğlunun “xxxx” MMC-nin direktoruna 31.12.2016-cı il tarixdə vermiş olduğu izahatın surətindən görünür ki, “xxxx” MMC-nin Gəncə nümayəndəliyində İddiaçı tabeliyində ekspeditor vəzifəsində işləmiş, həmin vəzifədə işləməsi ilə əlaqədar nümayəndəliyə 6410.52 (altı min dört yüz on manat əlli iki qəpik) manat borcunun olmasını etiraf etmiş, borc məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh1 “xxxx” MMC-nin direktoruna 31.12.2016cı il tarixdə vermiş olduğu izahatın surətindən görünür ki, “xxxx” MMC-nin Gəncə nümayəndəliyində İddiaçı tabeliyində ekspeditor vəzifəsində işləmiş, həmin vəzifədə işləyərkən nümayəndəlikdən 7.525.52 (yeddi min beş yüz iyirmi beş manat əlli iki qəpik) manat borcunun olmasını etiraf etmiş, borc məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh2 “xxxx” MMC-nin direktoruna 31.12.2016cı il tarixdə vermiş olduğu izahatın surətindən görünür ki, “xxxx” MMC-nin Gəncə nümayəndəliyində İddiaçı tabeliyində ekspeditor vəzifəsində işləmiş, həmin vəzifədə işləyərkən nümayəndəlikdən 2926.60 (iki min doqquz yüz iyirmi altı manat altmış qəpik) mənimsədiyini etiraf etmişdir. Mülki işin faktiki hallarından aydın olur ki, İddiaçı «xxxx» MMC-nin ekspeditoru vəzifəsində işləyərkən satışdan əldə olunan 52.058,58 manat (əlli iki min əlli səkkiz manat əlli səkkiz qəpik) pulu cəmiyyətin xəzinəsinə təhvil verməmişdir. Bu səbəbdəndə x10 rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli hökmü iləİddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsinə görə həmin maddə ilə ona cəza təyin edilməmiş və İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cimaddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib,1 (bir) il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) aymüddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxs İddiaçı tərəfindən «xxxx» x5ə vurduğu 52.058,58 (əlli iki min əlli səkkiz) manat, 58 qəpik məbləğində zərərdən zərərçəkənə 24000 (iyirmi dörd min) manatını ödəmiş, qalan 28058.58 (iyirmi səkkiz min əlli səkkiz manat əlli səkkiz qəpik) məbləğində maddi ziyan və ödənilmiş 30 (oyuz) manat dövlət rüsumu İddiaçı tutulub “xxxx” MMC-yə ödənilməsi qərara alınmışdır. Belə ki, İddiaçı ekspeditor işlədiyi dövrdə dislokasiyasına aid olan ərazilər Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarında yerləşən satış nöqtələri olmuşdur. Sonradan “xxxx” MMC-in göndərdiyi malların satışını sürətləndirmək məqsədi ilə Gəncə şəhərinə yaxın ətraf rayonlarda malların satışını səyyar qaydada həyata keçirməyə başlamış, bu məqsədlə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə rəsmi əmək müqaviləsi olmadan şifahi razılaşma əsasında, “xxxx” MMC-dən qəbul etdiyi malları Gəncə şəhərində və ətraf rayonlarda satmaq üçün cavabdehlərə qaimə-fakturalarla vermiş, cavabdehlər də müvafiq sənədlərə imza atmaqla malları ondan təhvil almışdır. Cavabdehlər sürücü-ekspeditor işlədikləri dövrdə satış nöqtələrindən sifarişləri qəbul etdikdən sonra həmin sifarişlərin əsasında iki nusxəli qaimə-faktura sənədləri ilə Cəmiyyətin Gəncə nümayəndəliyinin anbarından qida məhsullarını İddiaçı qəbul edərək sifarişlər üzrə ticarət obyektlərinə çatdırmaq məqsədi ilə avtomaşınla xidməti əraziyə apararaq oradakı ticarət obyektlərinə paylamışlar və satışdan yığılan pulları İddiaçı vermişlər. Cavabdehlərin gördükləri işin müqabilində İddiaçılaolan razılaşmaya uyğun olaraq, satışdan əldə olunan pulların 5 (beş) faizini zəhmət haqqı kimi almışlar. Yekun hesablaşma zamanı cavabdehlər satışdan yığılan pulların tamamını ödəmədikləri müəyyən edilmiş və bundan sonra cavabdehlər iddia tələbində göstərilən məbləğdə pulun onlar tərəfindən mənimsənildiyini və həmin məbləğin onlar tərəfindən qaytarılacağı barədə yazılı izahatlar verərək borcu etiraf etmişlər. Lakin cavabdehlər yaranmış borc məbləğini ödəməməsi səbəbindən İddiaçı həmin məbləğ “xxxx” MMC-nin xeyrinə tutulmuşdur. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən həmin pulu tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. MPM-in 82.4-cü maddəsində göstərilir ki, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. CPM-in 65.4-cü maddəsində qeyd olunur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur (Mülki Məcəllənin 135.1. və 135.2. maddəsi). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmə cavabdehlərinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdehlərin “xxxx” MMC-nin direktoruna ünvanladıqları izahatlarda, ibtidai istintaq zamanı verikləri ifadələrdə və cinayət işi ürə məhkəmə prosesi zamanı verdikləri ifadələrdəsatışdan əldə edilən puldan Cavabdeh3 tərəfindən 6410.52 (altı min dört yüz on manat əlli iki qəpik) manat, Cavabdeh1 tərəfindən 7525.52 (yeddi min beş yüz iyirmi beş manat əlli iki qəpik) manat, Cavabdeh2 tərəfindən isə 2926.60 (iki min doqquz yüz iyirmi altı manat altmış qəpik) manat olmaqla, özlərinin şəxsi ehtiyacları üçün sərf etdiklərini, borclarının olmasını etiraf etmişlər və həmin məbləği ödəyəcəklərini öhdələrinə götürmüşlər. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübütla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. İddiaçının cavabdehə pul verməsinə dair tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi cavabdehin etiraf etməsi ilə başa çatmışdır. Həmin pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılmasına dair iddia tələbinə qarşı etirazının əsası kimi istinad etdiyi halı sübut etmə öhdəliyi cavabdeh daşıdığı halda, sonuncu buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh3 6410,52 (altı min dörd yüz on manat əlli iki qəpik) manat, Cavabdeh1 7525,52 (yeddi min beş yüz iyirmi beş manat əlli iki qəpik) manat, Cavabdeh2 2926,60 (iki min doqquz yüz iyirmi altı manat altmış qəpik) manat alınaraq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə veriməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir və iddiaçı ödənilmiş dövlət rüsumunu cavabdehlərdən tələb etmişdir. Buna görə məhkəmə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3 6410,52 (altı min dörd yüz on manat əlli iki qəpik) manat, Cavabdeh1 7525,52 (yeddi min beş yüz iyirmi beş manat əlli iki qəpik) manat, Cavabdeh2 2926,60 (iki min doqquz yüz iyirmi altı manat altmış qəpik) manat alınaraq İddiaçı verilsin. 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x10 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: iRəşad Mustafayev Əsli ilə düzdür: Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-308/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-308/2020
15.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver