Məhkəmə qərarları › İş №2(043)-3082/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3082/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3082/2020 27.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada xx.xx.2016-cı il tarixli, LD********** nömrəli müqavilə üzrə 3007,16 (üç min yeddi manat 16 qəpik) manat əsas borcun, 300,72 (üç yüz manat 72 qəpik) manat faiz borcu olmaqla cəmi 3307,88 (üç min üç yüz yeddi manat 88 qəpik) manat kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyrlərinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, BOKT «X4 MMC-nin Gəncə filialı ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə, LD********** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən BOKT «X4 MMC tərəfinqdən cavabdehə 36 ay müddətinə aylıq qalıq borcun 0 % faiz dərəcəsini tətbiq etməklə 3502,16 manat məbləğində kredit verilmişdir . Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh1 arasında xx.xx.2016-cı il il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Ləğv prosesində olan (müflis olan) «X4 MMC tələb hüququnu X5 Təşkilatı İddiaçınə güzəşt etmişdir. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda 3007,16 manat əsas,300,72 manat faiz olmaqla, cəmi 3307,88 (üç min üç yüz yeddi manat 88 qəpik) manat məbləğində kredit borcu qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərdi ki, «X4 MMC ilə aralarında xx xxxxxxx 2016-cı ildə kredit müqaviləsi bağlanaraq xx xxxxxxxx 2015-ci il tarixli müqavilə üzrə qalıq borc olan kredit məbləği üzrə yeni müqavilə bağlamışlar. Kredit təşkilatı tərəfindən əvvəlcə ona demişlər kredit borcu restrukturizasiya olunduğu üçün borcu qalmamışdır. Sonra isə zəng edərək demişlər ki, borcu ödəməlisiniz. Əsas borcu hissəhissə ödəməyəi qəbul etdiyini, ancaq cərimənin şişirdilmiş olduğunu göstərərək, cərimənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilsə də məlum olan axırıncı yaşayış yerində yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən cavabdehlərdən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-xx.xx.2016-cı il tarixli, LD/16301/00045 nömrəli kredit müqaviləsidən görünür ki, xx.xx.2015-ci il tarixli, LD/15266/00280 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixə qalıq borc olan 2180,44 ABŞ dolları 36 ay müddətinə aylıq qalıq borcun 0 % faiz dərəcəsini tətbiq etməklə 3502,16 Azərbaycan manatına konvertasiya olunmuşdur. xx.xx.2016-cı il tarixli LD/16301/00045 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2016-cı il tarixli, LD/16301/00045 nömrəli kredit müqaviləsi üzrə 3007,16 (üç min yeddi manat 16 qəpik) manat əsas borcu, 300,72 (üç yüz manat 72 qəpik) manat faiz borcu olmaqla cəmi 3307,88 (üç min üç yüz yeddi manat 88 qəpik) manat kredit borcun qalmışdır. Tələbin güzəşti haqqında xx xxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, Ləğv prosesində olan «X4» MMC tələb hüququnu X5 Təşkilatı İddiaçınə güzəşt etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ləğv prosesində olan BOKT «X4» MMC ilə Cavabdeh2 arasında xx xxxxxxx 2016-cı il tarixdə müqavilə bağlanaraq xx.xx.2015-ci il tarixli, LD/15266/00280 nömrəli kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixə qalıq borc olan 2180,44 ABŞ dolları 36 ay müddətinə aylıq qalıq borcun 0 % faiz dərəcəsini tətbiq etməklə 3502,16 Azərbaycan manatına konvertasiya olunmuşdur.Ləğv prosesində olan «X4 MMC tələb hüququnu X5 Təşkilatı İddiaçınə güzəşt etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyi icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyy keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh2 və zamin Cavabdeh1 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 300,72 manat cərimə məbləği azaldılaraq 10 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin xx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 3007,16 (üç min yeddi manat 16 qəpik) manat əsas borc , 10 (on) manat cərimə olmaqla, cəmi 3017,16 (üç min on yeddi manat 16 qəpik) kredit borcu cavabdehlərdən müştərək qaydada tutularaq X5 Təşkilatı İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqavilə üzrə 3007,16 manat əsas, 10 manat cərimə olmaqla, ümumlikdə 3017,16 (üç min on yeddi manat 16 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq X3 Kredit Təşkilatı İddiaçı xeyirinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar