Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3087/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1880,23 ABŞ dolları əsas, 431,97 ABŞ dolları faiz, 226,29 ABŞ dolları cərimə olmaqla cəmi 2538,49 (iki min beş yüz otuz səkkiz ABŞ dolları 49 sent) ABŞ dolları pulun və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3619/2016 saylı qərarı ilə İddiaçı ASC-nin ləğv edilməsi və İddiaçı ASC-yə ləğvedici qismində X1 təyin edilməsi qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 may 2015-ci il tarixli 437 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 24% olmaqla 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 may 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin Bayıl filialından kredit götürmüş Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etmədiyi təqdirdə bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 bu günədək sözügedən kreditdən qismən ödəniş edərək kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirməmişdir.Cavabdehlərə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 18 may 2015-ci il tarixli 437 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmışdır. Kredit borcundan bir qismini ödəmişdir. Kredit müqaviləsi 24 ay müddətinə bağlandığı üçün iddia müddətinin keçməsi ilə bağlı iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında digər Cavabdeh2 iddianı qəbul etməyərək iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 18.05.2015-ci il tarixli, 437 saylı, kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 18.05.2017-ci ilədək illik 24 faizlə 2500 ABŞ dolları məbləğində kredit vermişdir. 18.05.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 İddiaçı ASC qarşısında borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 1880,23 ABŞ dolları əsas, 431,97 ABŞ dolları faiz, 226,29 ABŞ dolları cərimə olmaqla, cəmi 2538,49 (iki min beş yüz otuz səkkiz ABŞ dolları 49 sent) ABŞ dolları kredit borcu vardır. 18.05.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 İddiaçı ASCdən 2500 ABŞ dolları pulu qəbul etmişdir. 07.08.2017-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 2(043)- 909/2018 nömrəli qərarından görünür ki, İddiaçı ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06.08.2021-ci il tarixli, 2(043)-909/2018 nömrəli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanması barədə 09 aprel 2018-ci il tarixli, 2(043)-909/2018 nömrəli qərardad ləğ edilərək mülki iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi ilə təmin edilmiş 18.05.2015-ci il tarixli, 437 saylı kredit müqaviləsi bağlanaraq sonuncuya 24 ay müddətinə, 24 faizlə 2500 ABŞ dolları məbləğində kredit vermişdir. Zamin Cavabdeh2 ilə İddiaçı ASC qarşısında zaminlik müqaviləsi bağlanaraq sonuncu borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddia tələbinə qarşı etiraz edərək iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd olunmasını tələb etmişdir. İşin müəyyən olunmuş hallarından görünürki, tərəflər arasında kredit müqaviləsi 18.05.2015-ci il tarixdə bağlanmış və müqavilənin başa çatması müddəti 18.05.2017-ci ilədək müəyyən edilmişdir. Cavabdehlər müqavilənin şərtlərini pozduqları üçün iddiaçı 21.01.2018-ci il tarixdə məhkəməyə müraciət etməklə hazırki mülki işə məhz 21.01.2018ci il tarixdə verilmiş iddia ərizəsi əsasında baxıldığı üçün cavabdeh tərəfindən iddia müddətinin keçməsi ilə bağlı verilmiş ərizənin hüquqi əsası yoxdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş müqavilə bağlanmış və tərəflər müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, qarşı tərəf aldığı pulu tam olaraq qaytarmayaraq öhdəliyi pozmuşdur. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin ödənilməmiş əsas borcunu və faiz borcunu müqayisəli şəkildə təhlil edərək, cərimə məbləğinin həddindən artıq yüksək olmasını nəzərə alaraq hesab edir ki, tutulmalı olan 226,29 ABŞ dolları cərimə məbləği azaldılaraq 6,29 ABŞ dolları həddində müəyyən edilməlidir. Kredit borcunun borclu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verildiyi üçün iddiaçının müqavilə üzrə öhdəliyin icra edilməsini onların hər birindən tələb etmək hüququ vardır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1880,23 ABŞ dolları əsas, 431,97 ABŞ dolları faiz, 6,29 ABŞ dolları cərimə olmaqla, cəmi 2318,49 (iki min üç yüz on səkkiz ABŞ dolları 49 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə nisbətdə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1,216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.05.2015-ci il tarixli, 437 saylı kredit müqaviləsi 1880,23 ABŞ dolları əsas, 431,97 ABŞ dolları faiz, 6,29 ABŞ dolları cərimə olmaqla, cəmi 2318,49 (iki min üç yüz on səkkiz ABŞ dolları 49 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3087/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3087/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver