Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3091/2021 06.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7880 (yeddi min səkkiz yüz səksən) ABŞ dolları pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh X2 müqavilə üzrə ödənilməmiş aylara görə (8 ayın) 3200 (üç min iki yüz) manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbinə MPM-in 53-cü maddəsinə əsasən iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, cavabdehə borc olaraq 10000 ABŞ dolları pul vermişdir. Həmin borcdan cavabdeh 2120 ABŞ dollarını qaytarmış, yerdə qalan pulu bu günə qədər qaytarmamışdır. 2021-ci ilin mart ayının 5-də cavabdehlə aralarında borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə cavabdeh onun 7880 ABŞ dolları məbləğində pulunu 3 il ərzində hər ayın 28-də 400 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu günə kimi onun pulunu yenə ödəməmişdir. Qaldırdığı iddia üzrə müqavilə müddəti 28.03.2024-cü il tarixdə bitir. Ona görə də cavabdehdən hal-hazıra kimi onun ödəmədiyi, yəni 8 ayın pulunu, hər aya 400 manat olmaqla 3200 manat pulu tələb edir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 izahatında göstərdi ki, 2021-ci ilin mart ayında iddiaçı ilə aralarında borc müqaviləsi bağlanmışdır. O, müqaviləyə əsasən, borclu olduğu 7880 (yeddi min səkkiz yüz səksən) ABŞ dollarını 3 il ərzində hər ayın 28-də 400 manat ödəməyi öhdəsinə götürmüşdür. O, borcundan müxtəlif vaxtlarda 116,05, 116,05, 116,05, 100, 100 və 230 manat imkanı daxilində ödəmişdir. Lakin maddi vəziyyəti pisləşdiyindən borcu hal-hazırda ödəməyə imkanı yoxdur. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 05.03.2021-ci il tarixli borcun etirafı haqqında müqavilədən görünür ki, cavabdeh X1 Cəlal Miri oğluna 7880 ABŞ dolları borcunun olmasını etiraf etmiş və hər ayın 28-də 400 manat olmaqla hissə hissə 3 il müddətində borcu tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 05.03.2021-ci il tarixli, 1(043)-27/2021 saylı hökmünün surətindən görünür ki, X6 9.640 ABŞ dolları məbləğində pulun qətnamə icra olunan günə Azərbaycan manatının məzənnəsi ilə İddiaçı ödənilməsinə dair Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 19 iyul 2013-cü il tarixli, 2(043)-1079/2013 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərin surətlərindən görünür ki, cavabdeh iddiaçıya ayrı ayrı vaxtlarda 116,05, 116,05, 116,05, 100, 100 və 230 manat pul ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məccəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi iddiaçı müqavilə üzrə vaxtı çatmış aylara görə 8 ay ərzində ödənilməmiş 3200 manat pulun ödənilməsini tələb etmişdir, lakin cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən müəyyən olunmuşdur ki, cavabdeh müxtəlif vaxtlarda borcundan 778,15 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borun etirafı barədə müqavilə bağlanaraq borclu iddiaçıya olan borcunu hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin müqavilənin şərtlərini pozaraq, borcunu ödəməli olduğu halda öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla tərəflər arasında bağlanmış 05.03.2021-ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə vaxtı çatmış 8 aya görə 2421,85 (iki min dörd yüz iyirmi bir manat 85 qəpik) manat pul Cavabdeh alınaraq iddiaçı X7 xeyrinə ödənilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh X2 05.03.2021-ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə vaxtı çatmış 8 aya görə 2421,85 (iki min dörd yüz iyirmi bir manat 85 qəpik) manat pul alınaraq İddiaçı xeyrinə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3091/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3091/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver