Məhkəmə qərarları › İş №2(043)-3092/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3092/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3092/2020 12.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» MMC-yə qarşı «İcarə haqqının ödənilməsi barədə» müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı cavabdeh «xxxxxxxx» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli “İcarə haqqının ödənilməsi barədə müqavilə”nin şərtlərinə uyğun icarə edilməsinin cavabdeh təşkilata həvalə edilməsi və xx.xx.2020-ci il tarixdən etibarən, xx.xx.2021-ci il tarixə qədər hər ay üçün ödəniləcək 300 (üç yüz) manat məbləğində icarə haqqının cavabdeh təşkilatdan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında MPM-in 184-cü maddəsinin göstərişinə uyğun olaraq işin və mübahisənin vəziyyət müzakirə edilib, bütün sübutların təqdim edilib edilməməsi aydınlaşdırılarkən iddiaçının nümayəndəsi və vəkili X3 iddia həcminin artırılmasına dair ərizə təqdim edərək, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilin işlə bağlı Gəncə şəhərinə gəlib getməsi ilə bağlı çəkilmiş, 350-400 manat yol xərcinin və illik 5% bank uçot dərəcəsini nəzərə alınmaqla əlavə olaraq 500 manat pulun da cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin artırıldığı kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iddianı müdafiə edib izahatında göstərdi ki, nümayəndəsi olduğu iddiaçı Həşimova X2 şəhəri, 16-cı məhəllə, 28/9 nömrəli evin 4 saylı mənzilində yaşamışdır. Cavabdeh təşkilat həmin binanın yerində hündür mərtəbəli binaların tikintisi məqsədi ilə bina sakinləri, o cümlədən iddiaçı ilə xx.xx.2018- ci il tarixində Sumqayıt ”Grand Park” yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə müqavilə bağlayaraq qeyd olunan Sumqayıt şəhər ’’Grand Park” yaşayış kompleksinin ”D” blok , mərtəbə 12-də yerləşən 107 nömrəli mənzilini, iddiaçıya məxsus Sumqayıt şəhəri 16-cı məhəllə, 28/9 nömrəli evin 4 nömrəli mənzili barter etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə cavabdeh təşkilat arasında icarə haqqının ödənilməsi haqqında müqavilə bağlanaraq, müqaviləsinin 1.2-ci bəndinəəsasən, icarə haqqı 36 ay müddətində, aylıq 300 manat olmaqla bir ildə bir dəfə 3600 manat pulun iddiaçıya ödənilməsi şərtləndirilmişdir. Həmin müqavilənin 5.1-bəndinə əsasən, icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyənləşdirilmişdir. Cavabdeh təşkilat müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2019 -cu il tarixə qədər olan dövr üçün 3600 manatı iddiaçıya ödəmişdir. Növbəti il üçün 2019-cu ilin sentyabr ayından 2020-ci ilin sentyabr ayına qədər olan dövr üçün 3600 manat ödəməli olduğu halda cavabdeh təşkilat 4 ayın pulunu yəni 1200 manatınıödəmiş, fevral ayının 1-dən isəödəmələri dayandırmışdır. Bu barədə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət etmişlər, araşdırma aparılıb, lakin mülki məsələ kimi məhkəməyə müraciət etməyi məsləhət görüblər. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxxxxxx» MMC direktoru Səid Məmmədov məhkəməyə ərizə ünvanlayaraq, mübahisəli 4 nömrəli mənzil Sumqayıt şəhəri, 16-cı məhəllədə 9/28 nömrəli evdə yerləşdiyi üçün, habelə cavabdehə qarşı Sumqayıt Şəhər Məhkəməsində müqavilənin ləğv edilməsi tələbinə dair iddia qaldırdıqlarını göstərərək mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir və barədə mübahisəyə Sumqayıt Şəhər Məhkəməsində baxılmasının daha məqsədəuyğun olduğunu göstərərək ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh «xxxxxxxx» MMC-in ərizəsi əsassız olduğundan təmin olunmamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2018-ci il tarixli “İcarə haqqının ödənilməsi haqqında müqavilə”-dən görünür ki, cavabdeh «xxxxxxxx» MMC İddiaçı 36 ay müddətində, aylıq 300 manat olmaqla birildə bir dəfə 3600manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli, Sumqayıt “Grand Park” Yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə müqavilədən və ona əlavə olunmuş 5 nömrəli əlavədən görünür ki, Sumqayıt şəhər ’’Grand Park” yaşayış kompleksinin ”D” blok , mərtəbə 12-də yerləşən 107 nömrəli mənzili ünvan 2 ilə barter olunmuşdur. xx.xx.2020-ci il tarixli, 213 nömrəli X5 Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 3 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Həşimova X2 şəhəri məhəllə 16, ev 28/9, mənzil 4 ünvanda qeydiyyatda olsa da, orada yaşamır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işüçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məccəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görəöhdəliyəəsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi tərəflər arasındaSumqayıt “Grand Park” Yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə müqavilə və «İcarə haqqının ödənilməsi haqqında» müqavilə bağlanmış,Sumqayıt şəhər ’’Grand Park” yaşayış kompleksinin ”D” blok , mərtəbə 12-də yerləşən 107 nömrəli mənzil, ünvan 2 ilə barter edilmiş və cavabdeh «xxxxxxxx» MMC İddiaçı icarə haqqı olaraq 36 ay müddətində, aylıq 300 manat olmaqla bir ildə bir dəfə 3600 ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2019 -cu il tarixə qədər olan dövr üçün iddiaçıya 3600 manat ödəmiş , növbəti il yəni 2019-cu ilin Sentyabr ayından 2020-ci ilin Sentyabr ayına qədər olan dövr üçün ,3600 manat ödəməli olduğu halda 4 ayın pulunu yəni 1200 manatını ödəmiş, fevral ayının 1-dən isə ödəmələri dayandıraraq 2400 manatınıödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunaraq 2400 (iki min dörd yüz) manat məbləgində pul və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbinin çəkilmiş xərclərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə gəldikdə isə məhkəmə hesab edirki, iddiaçı bu barədə öz tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı bir sübut təqdim etmədiyindən həmin hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh «xxxxxxxx» MMC-dən 2400 (iki min dörd yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçı xeyrinə verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar