Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3093/2020 09.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X2 qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC cavabdeh X2 qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq «xxxxxxxxxxx» MMC-nin xeyrinə 435 manat borc, 44 manat cərimə, 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 499 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********56940 olan HTC Desire 626 markalı telefon, LG markalı paltaryuyan, İMEİ kodu **********23840 olan Samsung Galaxy J4 markalı telefon almış və nəticədə 479 (dörd yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 432(dörd yüz otuz iki)manat (24 ay x 18 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********56940 olan HTC Desire 626 markalı telefon üçün39 (otuz doqquz)manat olmaqla, ondan 35 (otuz beş) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, xx.xx.2018ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1026 (bir min iyirmi altı) manat (18 ay x 57 manat + 0 manat ilkin ödəniş)olan LG markalı telefon üçün 144 (yüz qırx dörd) manat olmaqla ondan 131 (yüz otuz bir) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 450 (dörd yüz əlli) manat (18 ay x 25 manat + 0 manat ilkin ödəniş),İMEİ kodu **********23840 olan Samsung Galaxy J4 markalı telefon üçün 296 (iki yüz doxsan altı) manat olmaqla ondan 269 (iki yüz altmış doqquz) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1473 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş X4 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, X4 «xxxxxxxxxxx» MMC-dən qiyməti 432 manat olan HTC Desire 626g markalı telefonu, ilkin ödənişsiz, 24 ay ərzində qalan məbləği hər ay 18 manat ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 24 ay ərzində hər ayın 05-i tarixində ayda 18 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş X4 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, X4 «xxxxxxxxxxx» MMC-dən qiyməti 1026 manat olan LG markalı paltaryuyanı, ilkin ödənişsiz, 18 ay ərzində qalan məbləği hər ay 57 manat ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ayın 05-i tarixində ayda 57 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş X4 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, X4 «xxxxxxxxxxx» MMC-dən qiyməti 450 manat olan Samsung Galaxy J4 markalı telefonu, ilkin ödənişsiz,18 ay ərzində qalan məbləği hər ay 25 manat ödəmək şərti ilə almışdır. Müqavilənin əlaca Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, «xxxxxxxxxxx» MMC-nin xeyrinə cavabdeh X1 xx.xx.2018-ci il tarixli müqavilə üzrə 35 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 131 manat ödənilməmiş hissə, 13 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 269 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu olmaqla, cəmi 479 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 20 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh X1 xx.xx.2018-ci il tarixli müqavilə üzrə 35 (otuz beş) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 131 (yüz otuz bir) manat ödənilməmiş hissə, 13 (on üç) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 269 (iki yüz altmış doqquz) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat dəbbə pulu olmaqla, cəmi 479 (dörd yüz yetmiş doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat olmaqla, cəmi 499 (dörd yüz doxsan doqquz) manat məbləğində pul tutularaq iddiaçı ABC X3 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3093/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3093/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver