Məhkəmə qərarları › İş №2(043)-3094/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3094/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3094/2020 12.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı LED televizor, Hoffmann markalı musiqi mərkəzi üçün 1430 (bir min dörd yüz otuz) manat ödənilməmiş hissə, 374 (üç yüz yetmiş dörd) manat dəbbə pulu, cəmi 1804 (bir min səkkiz yüz dörd) manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Sonorous markalı televizor altdığı, Acer Aspire 3 markalı kompüter üçün 996 (doqquz yüz doxsan altı) manat ödənilməmiş hissə, 500 (beş yüz) manat dəbbə, cəmi 1296 (bir min iki yüz doxsan altı) manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 6.55» Classic Segway üçün 403 (dörd yüz üç) manat ödənilməmiş hissə, 121 (bir yüz iyirmi bir) manat dəbbə pulu, cəmi 524 (beş yüz iyirmi dörd) manat; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEi kodu **********36496 Samsung Galaxy A7 markalı telefon üçün 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 198 (bir yüz doxsan səkkiz) manat dəbbə pulu, cəmi 858 (səkkiz yüz əlli səkkiz) manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu, Panasonic markalı trimmer üçün 1152 (bir min bir yüz əlli iki) manat ödənilməmiş hissə, 265 (iki yüz altmış beş) manat dəbbə, cəmi 1417 (bir min dörd yüz on yeddi) manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı paltaryuyan üçün 1044 (bir min qırx dörd) manat ödənilməmiş hissə, 209 (iki yüz doqquz) manat dəbbə, cəmi 1253 (bir min iki yüz əlli üç) manat olmaqla ümumilikdə 7152 (yeddi min bir yüz əlli iki) manat borc və 30 manat dövlət rüsumu, cəmi 7182 (yeddi min bir yüz səksən iki) manat Cavabdeh alınaraq, «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,cavabdeh ilə «xxxxxxxxxxx» MMC-nin arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu iltarixli müqavilələrə əsasən, Samsung markalı LED televizor, Hoffmann markalı musiqi mərkəzi, Sonorous markalı televizor altdığı, Acer Aspire 3 markalı kompüter, 6.55» Classic Segway, İMEi kodu **********36496 Samsung Galaxy A7 markalı telefon, Samsung markalı soyuducu, Panasonic markalı trimmer və Samsung markalı paltaryuyanalmış və nəticədə 7152 (yeddi min bir yüz əlli iki) manatborc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1853 (bir min səkkiz yüz əlli üç) manat (18 ay x 96manat+ 125 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor, Hoffmann markalı musiqi mərkəzi üçün 1804 (bir min səkkiz yüz dörd) manat olmaqla, ondan 1430 (bir min dörd yüz otuz) manat ödənilməmiş hissə, 374 (üç yüz yetmiş dörd) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1335 (bir min üç yüz otuz beş) manat (12 ay x 111 manat+3 manat ilkin ödəniş) olan Sonorous markalı televizor altdığı, Acer Aspire 3 markalı kompüter üçün 1296 (bir min iki yüz doxsan altı) manat olmaqla ondan, 996 (doqquz yüz doxsan altı) manat ödənilməmiş hissə, 500 (beş yüz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 465 (dörd yüz altmış beş) manat (15 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan 6.55» Classic Segway üçün 524 (beş yüz iyirmi dörd) manat olmaqla ondan 403 (dörd yüz üç) manat ödənilməmiş hissə, 121 (bir yüz iyirmi bir) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 910 (doqquz yüz on) manat (12 ay x 66 manat+118 manat ilkin ödəniş) olan İMEi kodu **********36496 Samsung Galaxy A7 markalı telefonüçün 858 (səkkiz yüz əlli səkkiz) manat olmaqla ondan 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 198 (bir yüz doxsan səkkiz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1224 (bir min iki yüz iyirmi dörd) manat (18 ay x 68 manat+ 0 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu, Panasonic markalı trimmer üçün 1417 (bir min dörd yüz on yeddi) manat olmaqla ondan, 1152 (bir min bir yüz əlli iki)manat ödənilməmiş hissə, 265 (iki yüz altmış beş) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1064 (bir min altmış dörd) manat (18 ay x 58 manat+ 20 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan üçün 1253 (bir min iki yüz əlli üç) manat olmaqla ondan, 1044 (bir min qırx dörd) manat ödənilməmiş hissə, 209 (iki yüz doqquz) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1166 (bir min bir yüz altmış altı) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış müqavilələrdən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1853 (bir min səkkiz yüz əlli üç) manat (18 ay x 96 manat+ 125 manat ilkin ödəniş) olan Samsung markalı LED televizor, Hoffmann markalı musiqi mərkəzi; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1335 (bir min üç yüz otuz beş) manat (12 ay x 111 manat+ 3 manat ilkin ödəniş) olan Sonorous markalı televizor altdığı, Acer Aspire 3 markalı kompüter; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 465 (dörd yüz altmış beş) manat (15 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan 6.55» Classic Segway; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 910 (doqquz yüz on) manat (12 ay x 66 manat+ 118 manat ilkin ödəniş) olan İMEi kodu **********36496 Samsung Galaxy A7 markalı telefon; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1224 (bir min iki yüz iyirmi dörd) manat (18 ay x 68 manat+ 0 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu, Panasonic markalı trimmer; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1064 (bir min altmış dörd) manat (18 ay x 58 manat+ 20 manat ilkin ödəniş) olan Samsung markalı paltaryuyan almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı LED televizor, Hoffmann markalı musiqi mərkəzi üçün 1430 (bir min dörd yüz otuz) manat ödənilməmiş hissə, 374 (üç yüz yetmiş dörd) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Sonorous markalı televizor altdığı, Acer Aspire 3 markalı kompüter üçün 996 (doqquz yüz doxsan altı) manat ödənilməmiş hissə, 500 (beş yüz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, 6.55» Classic Segway üçün 403 (dörd yüz üç) manat ödənilməmiş hissə, 121 (bir yüz iyirmi bir) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEi kodu **********36496 Samsung Galaxy A7 markalı telefon üçün 660 (altı yüz altmış) manat ödənilməmiş hissə, 198 (bir yüz doxsan səkkiz) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu, Panasonic markalı trimmer üçün 1152 (bir min bir yüz əlli iki) manat ödənilməmiş hissə, 265 (iki yüz altmış beş) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung markalı paltaryuyan üçün 1044 (bir min qırx dörd) manat ödənilməmiş hissə, 209 (iki yüz doqquz) manat dəbbə pulu, ümumilikdə 7152 (yeddi min bir yüz əlli iki) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixli müqaviləsinə Samsung markalı LED televizor, Hoffmann markalı musiqi mərkəzi almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 1430 (bir min dörd yüz otuz) manat əsas borcu qalmış, qalıq borca 374 (üç yüz yetmiş dörd) manat dəbbə pulu hesablanmışdır; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Sonorous markalı televizor altdığı, Acer Aspire 3 markalı kompüter almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 996 (doqquz yüz doxsan altı) manat əsas borcu qalmış, qalıq borca 500 (beş yüz) manat dəbbə pulu hesablanmışdır; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 6.55» Classic Segway almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 403 (dörd yüz üç) manat əsas borcu qalmış, qalıq borca 121 (bir yüz iyirmi bir) manat dəbbə pulu hesablanmışdır; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEi kodu **********36496 Samsung Galaxy A7 markalı telefon almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 660 (altı yüz altmış) manat əsas borcu qalmış, qalıq borca 198 (bir yüz doxsan səkkiz) manat dəbbə pulu hesablanmışdır; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı soyuducu, Panasonic markalı trimmer almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 1152 (bir min bir yüz əlli iki) manat əsas borcu qalmış, qalıq borca 265 (iki yüz altmış beş) manat dəbbə pulu hesablanmışdır; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan almış, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxxxxxxxxx» MMC-nə 1044 (bir min qırx dörd) manat əsas borcu qalmış, qalıq borca 209 (iki yüz doqquz) manat dəbbə pulu hesablanmışdır. Lakin, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 1467 (bir min dörd yüz altmış yeddi) manat məbləğində hesablanmış dəbbə pulu azaldılmalı və 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 5685 (beş min altı yüz səksən beş) manat ödənilməmiş əsas borc, 500 (beş yüz) manat dəbbə pulu olmaqla, cəmi 6185 (altı min bir yüz səksən beş) manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5685 (beş min altı yüz səksən beş) manat ödənilməmiş əsas borc, 500 (beş yüz) manat dəbbə pulu, ümumilikdə 6185 (altı min bir yüz səksən beş) manat pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar