Məhkəmə qərarları › İş №2(043)-3112/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3112/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3112/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu,iddiaçı X2 Təşkilatı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdim: İddiaçı BOKT «X1 Azərbaycan» MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas məbləğ üzrə 241.37 manat əsas, 1.08 manat faiz, 0.4 manat cərimə, cəmi 242.49 manat kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində pulun tutularaq barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, kreditor "xxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1arasında bağlanmış xx.xx.2019-cuil tarixli kredit (restrukturizasiya) müqaviləsinə əsasən ona 12 aymüddətinə illik 1% ödəmək şərtilə 289.41 AZNməbləğində kredit rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin maddəsinə görə cavabdehlər bu müqavilə əsasında verilmiş kredit və ona hesablanmış faizləri kredit ödənişi cədvəlinə əsasən filialın kassasına nəğd şəkildə, kredit müddətində tamamən qaytarmağı öhdələrinə götürmüşlər. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2ilə təşkilat arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Nəticədə borclunun kredit müqaviləsi üzrə “xxxxxxxxxxxxxxxxxx” MMC-nə 241.37 manat əsas, 1.08 manat faiz, 0.4 manat cərimə, cəmi 242.49 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxxxxxxxxxxxxxxxx” MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməklə bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş göndərməklə onlara iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş, xx xxxx 2019-cu il tarixli, 23313 nömrəli kredit müqaviləsindən (restrukturizasiyadan) görünür ki, kreditor borclu Cavabdeh1 vaxtı keçmiş əsas kredit borcunun xx xxxx 2019-cu il tarixə 289.41 AZN (iki yüzsəksən doqquz manat,41 qəpik) manat qalıq məbləğini ödəməsi məqsədi ilə 289.41 manat məbləğində güzəştli krediti (bundan sonra "Kredit") verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Kredit üzrə faizlər kreditin verildiyi günə faizləri şərti olaraq 360 gün götürülən faiz dövrünün günlərinin faktiki sayma görə illik 1 %-lə günün əvvəlinə olan qalığa hesablanmışdır. Bu müqavilənin 5.2-ci bəndinə əsasən, müəyyənləşdirilən öhdəliyin icra edilməməsi, qismən icra edilməsi və ya lazımınca icra edilməməsi halında bu müqavilə üzrə restruktirizasiya edilən kredit borcunu gecikdirilmiş əsas məbləği üzrə 5 il müddətinə 0,1%-indən çox olmamaqla dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyi Borclu öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli, 23313 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 xx xxxx 2019-cu il tarixli, 23313 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə birgə məsuliyyəti müəyyən edilmişdir. İş materiallarında olan 237 nömrəli maliyyə arayışından görünür ki, xx xxxx 2019-cu il tarixli, 23313 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 X2 Təşkilatı “X1 Azərbaycan” MMC-yə əsas məbləğ üzrə 241.37 manat əsas, 1.08 manat faiz, 0.4 manat cərimə olmaqla, cəmi 242.49 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli, 23313 nömrəli kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 12 aymüddətinə illik 1% ödəmək şərtilə 289.41 AZN məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il və xx.xx.2020-ci tarixli Cavabdeh1 ünvanlanmış bildirişlərin surətlərindən görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, “BOKT X1 Azərbaycan” MMC ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 241.37 manat əsas, 1.08 manat faiz, 0.4 manat cərimə olmaq, cəmi 242.49 manat pul tutularaq, “BOKT X1 Azərbaycan” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 241.37 manat əsas, 1.08 manat faiz, 0.4 manat cərimə, cəmi 242.49 (iki yüz qırx iki manat, qırx doqquz qəpik) manat vədövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat pul tutularaq X2 Təşkilatı İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar