Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3113/2021 13.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 02.08.2019-cu il tarixli müqaviləsinə əsasən, “Hoffmann Led” markalı televizor üçün 371 manat ödənilməmiş hissə, 37 manat cərimə; 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən, “Hoffmann” markalı paltaryuyan üçün 587 manat ödənilməmiş hissə, 58 manat cərimə; 20.01.2020-ci il tarixli müqaviləsinə əsasən “Huawei” markalı qol saatı üçün 376,6 manat ödənilməmiş hissə, 37,4 manat cərimə, ümumilikdə 1467 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 02.08.2019-cu il, 16.10.2019-cu il və 20.01.2020-ci il tarixli müqavilələrinə əsasən, “Hoffmann Led” markalı televizor, “Hoffmann” markalı paltaryuyan, “Huawei” markalı qol saatı almış və nəticədə 1467 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 918 manat (18 ay x 51 manat + 0 manat ilkin ödəniş) olan “Hoffmann Led” markalı televizor üçün ümumilikdə, 408 manat olmaqla ondan, 371 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq, 37 manat cərimə; 16.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 885 manat (18 ay x 49 manat + 3 manat ilkin ödəniş) “Hoffmann” markalı paltaryuyan üçün ümumilikdə, 645 manat olmaqla ondan, 587 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58 manat cərimə; 20.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540,6 manat (12 ay x 41,8 manat + 39 manat ilkin ödəniş) “Huawei” markalı qol saatı üçün ümumilikdə, 414 manat olmaqla ondan, 376,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37,4 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1009 manat təşkil edir. 2-ci bəndə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərilməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 02.08.2019-cu il, 16.10.2019-cu il və 20.01.2020-ci il tarixli müqavilələrdən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 918 manat olan “Hoffmann Led” markalı televizor, dəyəri 885 manat olan “Hoffmann” markalı paltaryuyan, dəyəri 540,6 manat olan “Huawei” markalı qol saatının dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “Hoffmann Led” markalı televizor üçün hər ay 51 manat, “Hoffmann” markalı paltaryuyan üçün hər ay 49 manat və “Huawei” markalı qol saatı üçün hər ay 41,8 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. 13 iyul 2021-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02.08.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən “Hoffmann Led” markalı televizor üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 918 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 371 manat borcunu ödəmədiyindən, həmin məbləğə 37 manat cərimə hesablanmış; 16.10.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən “Hoffmann” markalı paltaryuyan üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 885 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 587 manat borcunu ödəmədiyindən, həmin məbləğə 58 manat cərimə hesablanmış; 20.01.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən “Huawei” markalı qol saatı üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 540,6 manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 376,6 manat borcunu ödəmədiyindən, həmin məbləğə 37,4 manat cərimə hesablanmışdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh “Hoffmann Led” markalı televizor üçün 371 manat ödənilməmiş hissə, 37 manat cərimə, “Hoffmann” markalı paltaryuyan üçün 587 manat ödənilməmiş hissə, 58 manat cərimə, “Huawei” markalı qol saatı üçün 376,6 manat ödənilməmiş hissə, 37,4 manat cərimə, ümumilikdə 1467 manat borc pul tutularaq iddiaçıya qaytarılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə əsas borc üzrə 1334,6 manat ödənilməmiş hissə, 132,4 manat cərimə borcu olmaqla, ümumilikdə 1467 (bir min dörd yüz altmış yeddi) manat borc pul və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3113/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3113/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver