Məhkəmə qərarları › İş №2(043)-312/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-312/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-312/2022 21.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən "xxxx" MMC-nin xeyrinə üç müqavilə üzrə 2254 manat ödənilməmiş hissə, 225 manat cərimə, cəmi 2479 manat məbləğində pul və 44,79 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2523,79 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 25.03.2019-cu il tarixli müqaviləyə əsasən sonuncunun alqı-satqı qiyməti 1850 manat (18 ay x 100 manat+50 manat), İMEİ kodu **********31833 olan “Samsung” LED markalı televizor üçün 600 manat ödənilməmiş hissə, 60 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə 05.10.2019-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1160 manat (20 ay x 58) olan “Stul-Pizza 02-Krem” markalı mebel əşyası üçün 940 manat ödənilməmiş hissə, 94 manat cərimə borcu vardır. Cavabdehin "xxxx" MMC ilə 10.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1232 manat (12 ay x 102 manat+8 manat ilkin ödəniş), İMEİ kodu **********31833 “İphone 7” markalı telefon üçün 714 manat ödənilməmiş hissə, 71 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 1988 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 25.03.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1850 manat olan “Samsung” markalı LED televizoru 50 manat ilkin ödəniş etməklə nisyə qaydada almış, malın qiymətini ayda 100 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 05.10.2019-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1160 manat olan İMEİ kodu **********93028 olan “Stul-Pizza 02-Krem”markalı mebel əşyasını ilkin ödənişsiz nisyə qaydada almış, malın qiymətini ayda 58 manat olmaqla, 20 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 10.10.2019-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1232 manat, İMEİ kodu **********31833 “İphone 7” markalı telefon nisyə qaydada almış, malın qiymətini 08 manat ilkin ödəniş edərək ayda 102 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 25.03.2019cu il tarixli müqavilə üzrə əsas məbləğdən 1250 manat ödəmiş, 600 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 60 manat cərimə hesablanmışdır. 05.10.2019ci il tarixli müqavilə üzrə əsas məbləğdən 220 manat ödəmiş, 940 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 94 manat cərimə hesablanmışdır. 10.10.2019-ci il tarixli müqavilə üzrə əsas məbləğdən 518 manat ödəmiş, 714 manat borcu qalmışdır. Ödənişlərin gecikdirilməsinə görə 71 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən üç müqavilə üzrə 2254 manat ödənilməmiş hissə, 225 manat dəbbə pulu olmaqla, cəmi 2479 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 44,79 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 25.03.2019-cu il tarixli müqavilə üzrə 600 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, 05.10.2019-ci il tarixli müqavilə üzrə 940 manat ödənilməmiş hissə, 94 manat dəbbə pulu, 10.10.2019-ci il tarixli müqavilə üzrə 714 manat ödənilməmiş hissə, 71 manat dəbbə pulu olmaqla, ümumilikdə 2479 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44,79 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar