Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3124/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC-in Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işi nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 1198.91 (bir min yüz doxsan səkkiz manat doxsan bir qəpik) manat əsas borcun, 119.89 (yüz on doqquz manat səksən doqquz qəpik) cərimə borcunun, ümumilikdə 1318.80 ( bir min üç yüz on səkkiz manat səksən qəpik) manat borcun və 30 manat dövlət rüsumunun xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə verərək cavabdeh tərəfindən təşkilata olan borcunu ödədiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC-in Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçı iddiadan imtina etdiyi üçün iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC-in Cavabdeh qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində X5 Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3124/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3124/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver