Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3129/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı kredit borcunun ödənilməsi və borcun girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2017-ci il tarixli, LD********** nömrəli müqavilə üzrə 1890,17 (bir min səkkiz yüz doxsan manat 17 qəpik) manat kredit borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyrlərinə tutulması, tutmanın xx.xx.2017-ci il tarixli girov müqaviləsinə əssən girov qoyulmuş Cavabdeh məxsus 70 ABŞ dolları dəyərində çəkisi 5,5 qr olan 583 əyarlı bir ədəd qızıl üzük əşyasına yönəldilməsi və həmin əşyanın hərracda satılmasına, satışdan əldə olunan vəsaitin İddiaçı xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, BOKT «X4» MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə, LD********** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən BOKT «X4» MMC cavabdehə 48 ay müddətinə aylıq qalıq borcun 0 % faiz dərəcəsini tətbiq etməklə 2417,97 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh arasında xx.xx.2017-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 70 ABŞ dolları dəyərində olan çəkisi 5,5 qr olan 583 əyarlı 1 ədəd qızıl üzük girov qoyulmuşdur. Ləğv prosesində olan (müflis olan) «X4» MMC tələb hüququnu X5 Təşkilatı İddiaçınə güzəşt etmişdir. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda 1890,17 (bir min səkkiz yüz doxsan manat 17 qəpik) manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2017-ci il tarixli, LD17362/00011nömrəli müqavilədən görünür ki, xx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə qalıq borc olan 1422,25 ABŞ dolları 2417,97 Azərbaycan manatına konvertasiya edilərək ödəniş tarixi 48 ay müəyyən olunmuşdur. xx.xx.2017-ci il tarixli, LD********** nömrəli girov müqaviləsindən və ona əlavə olunmuş əlavədən görünür ki, kredit müqaviləsinin təminatı olaraq məişət əşyaları girov qoyulmuşdur. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2017-ci il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə 1890,17 (bir min səkkiz yüz doxsan manat 17 qəpik) manat məbləğində kredit borcu qalmışdır. Tələbin güzəşti haqqında xx xxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, Ləğv prosesində olan «X4» MMC tələb hüququnu X5 Təşkilatı İddiaçınə güzəşt etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ləğv prosesində olan BOKT «X4» MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli, LD********** nömrəli kredit müqaviləsi bağlanaraq, xx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə qalıq borc olan 1422,25 ABŞ dolları 2417,97 Azərbaycan manatına konvertasiya edilərək ödəniş tarixi 48 ay müəyyən olunmuşdur.xx.xx.2017-ci il tarixli, LD********** nömrəli girov müqaviləsinə əsasən kreditin təmin üsulu kimi Cavabdeh özünə məxsus olan məişət əşyalarını kredit təşkilatına girov qoyumuşdur. Ləğv prosesində olan «X4» MMC tələb hüququnu X5 Təşkilatı İddiaçınə güzəşt etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyi icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyy keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin xx.xx.2017-ci il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 1890,17 (bir min səkkiz yüz doxsan manat 17 qəpik) manat kredit borcu cavabdehdən tutularaq X5 Təşkilatı İddiaçı xeyrinə ödənilməlidir. Kredit borcunun qızıl zinət əşyalarına yönəldilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, girov müqaviləsi üzrə girovun predmeti məişət əşyaları göstərildiyindən iddia tələbi həmin hissədə əsassız olduğundan təmin oluna bilməz. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2017-ci il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə 1890,17 (bir min səkkiz yüz doxsan manat 17 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq X3 Kredit Təşkilatı İddiaçı xeyinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3129/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3129/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver