Məhkəmə qərarları › İş №2(043)-3129/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3129/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3129/2021 27.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-in Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 07 dekabr 2019-cu il tarixli, 063- EMB-0641-19 saylı kredit müqaviləsi üzrə 711 manat əsas borc, 106,65 manat cərimə borcu, 07 dekabr 2019-cu il tarixli 062-EMB-0802-19 saylı kredit müqaviləsi üzrə 3314,55 manat əsas borcun, 28,76 manat faiz borcu olmaqla hər iki müqavilə üzrə 4160,96 (dörd min bir yüz altmış manat 96 qəpik) manat kredit borcunun və 30,40 manat məbləğində dövlət rüsumunun xeyrlərinə ödənilməsi və 07 dekabr 2019-cu il tarixli 062-EMB-0802-19 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin etibranamə üzrə nümayəndəsi X1 məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 1227 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 07 dekabr 2019-cu il tarixli, 063-EMB-0641-19 saylı kredit müqaviləsi bağlanmışdır. X3 Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 07 dekabr 2019cu il tarixli, 062-EMB-0802-19 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə qaytarılmaq şərti ilə 3773 manat məbləğində kredit verilmişdir. Hal-hazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 07 dekabr 2019-ci il tarixli, 063-EMB-0641-19 saylı kredit müqaviləsi üzrə 01.07.2021-ci il tarixə əsas borcu 711 manat, cərimə borcu 106,65 manat, 07 yanvar 2019-cu il tarixli, 062-EMB-0802-19 saylı kredit müqaviləsi üzrə əsas borcu 3314,55 manat, faiz borcu 28,76 manat olmaqla hər iki kredit müqaviləsi üzrə ümumi borcu 4160, 96 (dörd min yüz altmış manat 96 qəpik) manat təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 07 dekabr 2019-cu il tarixli, 063-EMB-0641-19 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə 1227 manat məbləğində kredit verilmişdir. 07 dekabr 2019-cu il tarixli, 062-EMB-0802-19 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 24 faiz dərəcəsi 3773,00 manat məbləğində kredit verilmişdir. 01.07.2021-ci il tarixli, N M0022026-21 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 07 dekabr 2019-cu il tarixli, 063-EMB-0641-19 nömrəli kredit müqaviləsi üzrə 711 manat əsas, 106,65 manat cərimə olmaqla cəmi 817,65 manat borcu vardır. 01.07.2021-ci il tarixli , N MA-0022027-21 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 07 dekabr 2019-cu il tarixli, 062-EMB-0802-19 nömrəli kredit müqaviləsi üzrə 3314,55 manat əsas, 28,76 manat faiz olmaqla cəmi 3343,31 manat borcu vardır. 03.07.2020-ci il tarixli və 06.08.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 1227 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 07 dekabr 2019-cu il tarixli, 063-EMB-0641-19 saylı kredit müqaviləsi bağlanmışdır. X3 Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 07 dekabr 2019-cu il tarixli, 062-EMB-0802-19 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3773,00 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilələrin şərtlərini pozaraq iddiaçıdan aldığı kredit borcunu ödəmədiyi üçün cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 416,5.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı cavabdehə kredit verməklə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416,5.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 07 dekabr 2019-cu il tarixli, 063-EMB-0641-19 saylı kredit müqaviləsi üzrə 711 manat əsas borc, 106,65 manat cərimə borcu, 07 dekabr 2019-cu il tarixli 062-EMB-0802-19 saylı kredit müqaviləsi üzrə 3314,55 manat əsas borcun, 28,76 manat faiz borcu olmaqla hər iki müqavilə üzrə 4160,96 (dörd min bir yüz altmış manat 96 qəpik) manat kredit borcu tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Kredit müqaviləsinin ləğv olunmasına gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq iddiaçını ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2019-cu il tarixli 062-EMB-0802-19 saylı kredit müqaviləsi ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 216,5, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 07 dekabr 2019-cu il tarixli 062-EMB-0802-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 07 dekabr 2019-cu il tarixli, 063-EMB-0641-19 saylı kredit müqaviləsi üzrə 711 manat əsas borc, 106,65 manat cərimə borcu, 07 dekabr 2019-cu il tarixli 062- EMB-0802-19 saylı kredit müqaviləsi üzrə 3314,55 manat əsas borc, 28,76 manat faiz borcu olmaqla hər iki müqavilə üzrə 4160,96 (dörd min bir yüz altmış manat 96 qəpik) manat kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyirinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar