Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3133/2021 20.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı "xxxx" KB ASC-in cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" KB ASC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada "xxxx" KB ASC-in xeyrinə 597,59 manat əsas, 9,85 manat faiz olmaqla, cəmi 607,44 (altı yüz yeddi manat 44 qəpik) manat kredit borcunun və 30 manat rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə mərhum X6 arasında bağlanmış 05.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 30% olmaq şərtilə 84 ay müddətinə kredit ayrılmış, kreditin ilkin limiti 300 manat təyin edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.17-ci maddəsinə əsasən borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1 -ci maddəsinə görə bank “Borcalan”a bank hesabı (cari, ssuda) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Kredit xəttindən istifadəyə görə minimum 3% maksimum 5% komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənilir. Müqavilənin 8.3-cü bəndinə əsasən, “Müştəri krediti bu Müqavilədə nəzərdə tutulmuş ödəmə müddətində və qaydada ödəmədikdə ödəniş müddətin sonundan başlayaraq, bank Müştəriyə qarşı kredit üzrə borcun ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan borc məbləğinin illik 180%-dən-360%-dək miqdarında və kreditdən istifadəyə görə faizlərin ödənilməsinin gecikdirdiyi hər təqvim günü üçün ödənilməli olan kreditdən istifadəyə görə faiz məbləğinin illik 180%-dən 360%-dək miqdarında cərimə tətbiq edir. Gəncə regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 14.02.2019-cu il tarixli cavab məktubu ilə X4 vərəsələrinin Cavabdeh1, X3, Cavabdeh3 olduğu müəyyən edilmişdir. Bu isə borcalan X4 hüquqi varisi kimi Cavabdeh1, X3 və Cavabdeh3 olduğu müəyyən olunması anlamına gəlir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Mülki işə əlavə edilmiş:-05.06.2014-cü il tarixli 3559tkGNDJ/14 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən X5 istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 30% ödəmək şərtilə 300 manat kredit limiti ayırmışdır. . 29.06.2021-ci il tarixli BANK/PİKMD/967343 nömrəli maliyyə arayışından görünür ki, X4 "xxxx" KB ASC-yə 29.06.2021-ci il tarixə 597,59 manat əsas, 9,85 manat faiz olmaqla, cəmi 607,44 (altı yüz yeddi manat 44 qəpik) manat borcu vardır. AZ-İ 769994 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 oğlu 03.08.2015-ci il tarixdə vəfat etmişdir. Gəncə regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 14.02.2019-cu il tarixli, 325 saylı məktubunun surətindən görünür ki, 30.01.1955-ci ildə Samux rayonunda doğulmuş 03.08.2015-ci il tarixdə vəfat etmiş X4 adına Gəncə regional “Asan Xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Miras əmlaka dair vərəslərdən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1, X3 və Cavabdeh3 vərəsəliyi qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar. 21.11.2019-cu il tarixli və 08.05.2021-ci il tarixli bildirişlərin surətindən görünür ki, borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh1, X2 və Cavabdeh3 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mərhum X4 Unibank KB ASC-yə 05.06.2014-cü il tarixli 3559tkGNDJ/14 nömrəli müqavilə üzrə olan kredit borcu onun mirasını qəbul etmiş vərəsələrindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Buna görə də iddia tələbi təmin edilməli, X4 vərəsələri Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada 05.06.2014-cü il tarixli, 3559tkGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə 597,59 manat əsas, 9,85 manat faiz olmaqla, cəmi 607,44 (altı yüz yeddi manat 44 qəpik) manat kredit borcu tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 216-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 05.06.2014-cü il tarixli, 3559tkGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə 597,59 manat əsas, 9,85 manat faiz olmaqla, cəmi 607,44 (altı yüz yeddi manat 44 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3133/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3133/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver