Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3142/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2520 manat ödənilməmiş məbləğ, 294 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 204 manat ödənilməmiş məbləğ, 56 manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 300 manat ödənilməmiş məbləğ, 68 manat cərimə olmaqla, ümumilikdə 3442 (üç min dörd yüz qırx iki) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC-in nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh1 ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə LG markalı soyuducunu 18 ay ərzində hər aya 140 manat ödəmək şərti ilə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********34632 olan X4 4GB markalı telefonu,Mini soba Hoffman 12 ay ərzində hər aya 47 manat ödəmək şərti ilə və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********53600 olan Samsung Galaxy A10s markalı telefonu 12 ay ərzində hər aya 25 manat ödəmək şərti ilə satmışdır. Lakin cavabadeh borcu könüllü ödəməkdən boyun qaçırmış onun müqavilələr üzrə ümumilikdə 3442 (üç min dörd yüz qırx iki) manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə aldığı İMEİ kodu **********34632 olan X4 4GB markalı telefonu 1 gün sonra geri qaytarmışdır və borcundan silinmişdir. Həmçinin müqavilələrin təminatı olaraq xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış, zamin Cavabdeh2 «xxxx» MMC qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.İddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilsə də onlar məlum olan axırıncı yaşayış yerində yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli,00980472 nömrəli müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh «xxxx» MMC-dən hissə-hissə hər ay 140 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə LG markalı soyuducu almışdır. xx.xx.2019-cu il tarixli,00980609 nömrəli müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh «xxxx» MMC-dən hissə-hissə hər ay 47 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə İMEİ kodu **********34632 olan X4 4GB markalı telefonu,Mini soba Hoffman almışdır. xx.xx.2019-cu il tarixli,00983258 nömrəli müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh «xxxx» MMC-dən hissə-hissə hər ay 25 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə İMEİ kodu **********53600 olan Samsung Galaxy A10s markalı telefon almışdır. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, müqavilələrin təmini üsulu kimi Cavabdeh2 «xxxx» MMC qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli xəbərdardıqdan görünür ki, «xxxx» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli, 00980472 müqavilə üzrə 2520 manat ödənilməmiş məbləğ, 294 manat cərimə, xx.xx.2019-cu il tarixli,00980609 müqavilə üzrə 204 manat ödənilməmiş məbləğ, 56 manat cərimə və xx.xx.2019-cu il tarixli, 00983258 nömrəli müqavilə üzrə 300 manat ödənilməmiş məbləğ, 68 manat cərimə olmaqla, ümumilikdə 3442 (üç min dörd yüz qırx iki) manat borcu qalmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya məbləğ-məbləğ icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun məbləğ-məbləğ ödənilməsi nəzərdə tutula bilər, məbləğ-məbləğ ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məbləğ-məbləğ ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərək əti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Borcun borclu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə borclu və zamin iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddia tələbinin cərimə məbləği ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehlərin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli, 00980472 nömrəli müqavilə üzrə tutulmalı olan 294 manat cərimə məbləği azaldılaraq 94 manat, xx.xx.2019-cu il tarixli,00980609 müqavilə üzrə tutulmalı olan 56 manat cərimə məbləği azaldılaraq 6 manat və xx.xx.2019-cu il tarixli,00983258 nömrəli müqavilə üzrə tutulmalı olan 68 manat cərimə məbləği azaldılaraq 8 manat həddində müəyyən edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda 3024 manat ödənilməmiş məbləğ, 108 manat dəbbə pulu olmaqla, ümumilikdə 3132,00 (üç min yüz otuz iki) manat cavabdehlərdən müştərək qaydada tutularaq «xxxx» MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 00980472 nömrəli müqavilə üzrə 2520 manat ödənilməmiş məbləğ, 94 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli,00980609 müqavilə üzrə 204 manat ödənilməmiş məbləğ, 6 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli,00983258 nömrəli müqavilə üzrə 300 manat ödənilməmiş məbləğ, 8 manat dəbbə pulu olmaqla, ümumilikdə 3132,00 (üç min yüz otuz iki) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq «xxxx» MMC-in xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3142/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3142/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver