Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3143/2020 11.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-in Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən vurulmuş ziyana görə 1780 (bir min yeddi yüz səksən) manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci ildə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixdə 414-K əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə öz ərizəsi əsasında 193-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba - Gəncə 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, eyni tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2601 (iki min altı yüz bir) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki,ümumi qalıq borcdan keçən dövr ərzində 821 manat güzəşt edilmiş və qalıq borc 1780 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildiriş verilmiş, lakin heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Rəşad xəstə olduğu üçün insan resusları ona pul verməli idi ancaq vermədilər. Əksik çıxan mallar Rəşada məxsus deyil və təhvil-təslim aktına məcbur olub imza edib. Çünki ona deyiblər ki, yoxsa əmək kitabçası verilməyəcəklər. İddianının təmin olunmamasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2017-ci il tarixli, əmək müqaviləsindən görünür ki, Cavabdeh -İddiaçı MMC-də satıcı-kassir işinə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixli X6 haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X6 haqqında müqavilə bağlanmışdır. xx.xx.2017-ci il tarixli elektron əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə 414-K əmr ilə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli, 193-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçılər Şəbəkəsi arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair yekun aktdan görünür ki, Cavabdeh Oba - Gəncə 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə zərər vurması müəyyən edilmiş yekun ziyan məbləği 2601 (iki min altı yüz bir) manat məbləğində zərər vurması məlum olmuşdur DN-3435 nömrəli, xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq 2601 manat çatışmazlıq müəyyən edilmişdir. 821 manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 1780 manat borcu qalmışdır. İstanbul NS Klinikası tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan və ödəniş qəbzlərindən görünür ki, hemorrodial xəstəlik İV-cü mərhələ, qanama ilə diaqnoz qoyulmuş, bununla bağlı xərclər çəkilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X7” MMC ilə Cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanaraq satıcı kassir işinə, daha sonra administrator işinə qəbul olunmuş və tərəflər arasında “X6” haqqında müqavilə bağlanmışdır. Cavabdeh işlədiyi müddətdə işinin öhdəsindən lazımi qaydada gəlməmiş, nəticədə iddiaçıya 2601 manat məbləğində zərər vurmuşdur.İddiaçı iddia edir ki, borcdan 821 manat güzəşt edilmişdir, qalan 1780 manatını isə cavabdeh ödəməkdən yayınmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin(bundan sonra- Əmək Məcəlləsi) 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində maddi zərəri tələb etməkdə haqlıdır və həmin tələb işin faktiki halları nəzərə alınmaqla təmin edilərək Cavabdeh 1780,00 (bir min yeddi yüz səksən) manat alınaraq İddiaçı MMC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh 1780 (bir min yeddi yüz səksən) manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3143/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3143/2020
11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver