Məhkəmə qərarları › İş №2(043)-3150/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3150/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3150/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı X5 Təşkilatı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT “xxxxxxxx” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi, tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dairiddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı BOKT “xxxxxxxx” MMC Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh əsas məbləğ üzrə 838,94 manat borcunvəödənilmiş 30manatməbləğində dövlət rüsumunun tutularaq, BOKT “xxxxxxxx” MMC-yə ödənilməsi, tutmanın girov predmeti olan 200 ABŞ dolları dəyərində 13 qram çəkidə bir ədəd üzük və bir cüt sırğadan ibarət olan qızıl əşyalara yönəldilməsi, həmin əşyaların hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin vəsait kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 Təşkilatı “X4” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə xx.xx.2019-cu il tarixə qədər faizsiz olaraq 1531,4 manat məbləğində borc verilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi xx xxx 2017-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus olan, 200 ABŞ dolları dəyərində, 13 qram çəkidə bir ədəd üzük və bir cüt sırğadan ibarət olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Cavabdeh BOKT “xxxxxxxx” MMC-yə borcu xx xxxx 2020-ci il tarixli arayışa əsasən 838,94 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, əlavə olaraq bildirdi ki, X5 Təşkilatı “X4” MMC ilə X5 Təşkilatı “xxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən X5 Təşkilatı “X4” MMC-nin Cavabdeh kredit müqaviləsindən irəli gələn tələb hüquqları iddiaçıya güzəşt edilmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, X5 Təşkilatı “X4” MMC-nin Gəncə filialı Cavabdeh aralarında olan xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq 899,55 ABŞ dolları borcun manata konvertasiyası və ödənilməsi məqsədilə 24 ay müddətinə, faizsiz olaraq 1531,4 manat borc vermişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, BOKT “X4” MMC-nin Cavabdeh qarşı kredit müqavilələri üzrə xx xxxxxx 2019-cu il tarixinə mövcud olan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ X5 Təşkilatı “xxxxxxxx” MMC-yə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh BOKT “xxxxxxxx” MMC-yə əsas borc üzrə 838,94 manatborcu vardır. Faiz və dəbbə pulu borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Cavabdeh kredit müqaviləsi üzrə borcunu tam şəkildə xx.xx.2019-cu il tarixədək qaytarmalı olduğu halda öz öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehə qarşı tələb hüququ kreditor tərəfindən iddiaçıya güzəşt olunmuşdur. Buna görə də iddiaçı borc məbləğinin qaytarılmasını cavabdehdən tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1 və 194.2-ci maddələrinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. İddianın borc üzrə tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi tələbi isə əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan xx xxx 2017-ci il tarixli LD/17124/00004 saylı girov müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, Cavabdeh X5 Təşkilatı “X4” MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üsulu kimi özünə məxsus olan 1200 manat dəyərində ev əşyalarını (1 ədəd LG markalı televizor, 1 ədəd “Dnepr” markalı soyuducu, 4 ədəd xalça və 1 ədəd mebel dəstini) girov qoymuşdur. Göründüyü kimi iddiaçının girov predmeti kimi tutmanın yönəldilməsini tələb etdiyi qızılzinət əşyaları girov müqaviləsində və ya girov müqaviləsinin əlavəsində göstərilməmişdir. Bu isə həmin əşyaların girov predmeti olmasını və onlara tutma yönəldilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İşin materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 838,94 (səkkiz yüz otuz səkkiz tam, yüzdə doxsan dörd) manat borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq iddiaçı X5 Təşkilatı İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar