Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-316/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh q̇arşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun mənzilinə vurulmuş 157 (bir yü əlli yeddi) manat və 300 (üç yüz) mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Cavabdeh maddi ziyana görə 262,00 (iki yüz altmış iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi ) manat alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkmə iclasında İddiaçı iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri, 4-cü mikrorayon, 3 nömrəli binanın 34 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Həmin binanın 38 nömrəli mənzili Cavabdeh məxsusdur. Uzun müddətdir ki, üst qonşusu sanitar qovşağından axıtdığı su ilə onun mətbəxinə ziyan vurur. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh sanitar qovşağından axan natəmiz suyun qarşısını almamışdır. İddianın təmin olunmasını məhkəmdən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2019-cu il tarixdəmülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Gəncə şəhəri MKTİB tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçı mənzilinə baxış keçirilmiş, həmin mənzilə axıdılan suyun nəticəsində 157 manat zərər dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 1723 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 3 nömrəli binanın 34 nömrəli mənzilinə həmin binanın 38 nömrəli mənzilindən su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 262.0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 217.3cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı Cavabdeh 262,0 (iki yüz altmış iki) manat alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən 20 manat dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh 262,00 (iki yüz altmış iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi ) manat alınaraq İddiaçı xeyirinə ödənilsin. İş üzrə aparılmış ekspetiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində X1 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-316/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-316/2020
02.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver