Məhkəmə qərarları › İş №2(043)-3169/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3169/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3169/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı «xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı «xxxxxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İMEİ kodu **********25013 HOFFMAN X MAX markalı telefon üçün 47,00 (qırx yeddi) manat ödənilməmiş məbləğ, 5 manat cərimə, cəmi 52 manat, İMEİ kodu **********17431 X2 7 markalı telefon üçün 310 ( üç yüz on) manat ödənilməmiş məbləğ, 31 (otuz bir) manat cərimə olmaqla, ümumilikdə 393,00 (üç yüz doxsan üç manat) manat və 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh alınaraq «xxxxxxxxxxx» Məhdud Məhsuliyyət Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 46951 nömrəli, xx.xx.2019-cu il tarixli, 00609966 nömrəli müqavilələr bağlanmışdır. İddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 46951 nömrəli müqaviləyə əsasən « MEİ kodu **********25013 HOFFMAN X MAX markalı,xx.xx.2019-cu il tarixli, 00609966 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********17431 X2 7 markalı telefonu cavabdeh iddiaçıdan almışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli, 46951 nömrəli müqavilə üzrə 47 (qırx yeddi) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə, xx.xx.2019-cu il tarixli, 00609966 nömrəli müqavilə üzrə 310 ( üç yüz on) manat ödənilməmiş məbləğ, 31 (otuz bir) manat cərimə olmaqla ümumilikdə 393 (üç yüz doxsan üç) manat borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş 13.02.18-ci il tarixli, 46951 nömrəli və xx.xx.2019-cu il tarixli 00609966 nömrəli müqavilələrdən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən HOFFMAN X MAX markalı telefonu 18 ay müddətinə hər ay 28 manat, X2 7 markalı telefonu 12 ay müddətində hər ay 49 manathissə-hissə ödəmək şərti ilə almışdır. 13.02.18-ci il tarixli, 46951 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən (ödəniş cədvəli) görünür ki, Cavabdeh ona verilmiş avadanlığın əvəzinin ödənilməsini qrafiki üzrə hər ay dəyişilməz olaraq 28 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 00609966 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən (ödəniş cədvəli) görünür ki, Cavabdeh ona verilmiş avadanlığın əvəzinin ödənilməsini qrafiki üzrə hər ay dəyişilməz olaraq 49 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13.02.18ci il tarixli, 46951 nömrəli müqavilə üzrə 47 (qırx yeddi) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, xx.xx.2019-cu il tarixli, 00609966 nömrəli müqavilə üzrə 310 (üç yüz on) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat cərimə olmaqla ümumilikdə 393 (üç yüz doxsan üç) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehə göndərilmiş bildiriş geri qaytarıldığı üçün bildirişin ona təqdim olunması üçün sonuncu yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmişdir. Cavabdeh bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraznı və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli 13.02.18-ci il tarixli, 46951 nömrəli müqavilə üzrə 47,00 (qırx yeddi) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə, xx.xx.2019-cu il tarixli, 00609966 nömrəli müqavilə üzrə 310 ( üç yüz on) manat ödənilməməiş məbləğ, 31 (otuz bir) manat cərimə olmaqla ümumilikdə 393 ( üç yüz doxsan üç) manat borc Cavabdeh alınaraq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh13.02.18-ci il tarixli, 46951 nömrəli müqavilə üzrə 47 (qırx yeddi) manat ödənilməmiş məbləğ, 5 (beş) manat cərimə, xx.xx.2019-cu il tarixli, 00609966 nömrəli müqavilə üzrə 310 ( üç yüz on) manat ödənilməmiş məbləğ, 31 (otuz bir) manat cərimə olmaqla, ümumilikdə 393,00 (üç yüz doxsan üç manat) manat pul və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X1 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar