Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3170/2020 13.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağalı qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxx» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağalı qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə “LG” markalı soyuducu üçün 1671 manat ödənilməmiş hissə, 504 manat dəbbə pulu; xx.xx.2019cıı il tarixli müqavilə üzrə İMEİ kodu **********27838 “Samsung Galaxy A30” markalı telefon üçün 366 manat ödənilməmiş hissə,110 manat dəbbə pulu olmaqla, cəmi 2651 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2681 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, “LG” markalı soyuducu, İMEİ kodu **********27838 “Samsung Galaxy A30” markalı telefon almış və nəticədə 2651 (iki min altı yüz əlli bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 2160 (iki min yüz altmış) manat (18 ay x 120 manat + 0 manat ilkin ödəniş ) olan “LG” markalı soyuducu üçün ümumilikdə 2175 (iki min yüz yetmiş beş) manat olmaqla, ondan, 1671 (min altı yüz yetmiş bir) manat ödənilməmiş hissə, 504 (beş yüz dörd) manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 501 (beş yüz bir) manat (6 ay x 61 manat + 135 manat ilkin ödəniş ), İMEİ kodu **********27838 olan “Samsung Galaxy A30” markalı telefon üçün ümumilikdə 476 (dörd yüz yetmiş altı) manat olmaqla, ondan, 366 (üç yüz altmış altı) manat ödənilməmiş hissə, 110 (yüz on) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 624 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 «xxxxxxxxxxx» MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00491914 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh1 «xxxxxxxxxxx» MMC-dən qiyməti 2160 manat olan“LG” markalı soyuducunu 18 ay ərzində hissəhissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ayın sonuncu günü ayda 120 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00668251 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh1 «xxxxxxxxxxx» MMC-dən qiyməti 501 manat olan“Samsung Galaxy A30” markalı telefonu 135 manat ilkin ödəniş etməklə qalan 366 manat məbləği 6 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 6 ay ərzində hər ayın 25-i tarixində ayda 61 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 489 manat ödəmiş, 1671 manat borcu qalmış, müqavilə üzrə ödənişləri 420 gün gecikdirmiş, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 135 manat ödəniş etmiş, 366 manat borcu qalmış, ödənişləri 180 gün gecikdirmişdir. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Ağali qızı Cavabdeh1 «xxxxxxxxxxx» MMC qarşısında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqavilələridir. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh həmin müqavilələr üzrə aldığı malların qiymətini hissəhissə ödəmək öhdəliyi daşımışdır. Lakin, cavabdeh bu öhdəliyini vaxtında və tam icra etməmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin Cavabdeh2 Ağalı qızı zamin kimi Cavabdeh1 ilə birlikdə «xxxxxxxxxxx» MMC qarşısında xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindənirəli gələn öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti müəyyən edilmişdir. Cavabdeh2 Ağalı qızının zamin kimi məsuliyyəti yalnız xx.xx.2019-cu il tarixli müqavilə üzrə müəyyən edildiyindən, məhkəmə yalnız həmin müqavilə üzrə cavabdehlərdən tələb olunan məbləğin müştərək qaydada tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı müqavilə şərtlərinə istinad edərək gecikdirilmiş ödənişlərə görə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 504 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 110 manat dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləği müqavilənin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehlərdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 50 manat və Cavabdeh1 xx.xx.2019-cu il tarixli müqavilə üzrə 11 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağali qızından müştərək qaydada xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1671 (bir min altı yüz yetmiş bir) manat ödənilməmiş hissə və 50 (əlli) manat dəbbə pulu olmaqla, cəmi 1721 (bir min yeddi yüz iyirmi bir) manat pul tutularaq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh1 xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 366 (üç yüz almış altı) manat ödənilməmiş hissə və 11 (on bir) manat dəbbə pulu olmaqla, cəmi 377 (üç yüz yetmiş yeddi) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3170/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3170/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver