Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3172/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evlərinin təmir etmək adı ilə Cavabdeh ödədikləri 9060 manat məbləğində pulu və mənəvi zərərə görə 2.000 manat, cəmi 11.060 pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, evlərinin təmiri ilə əlaqədar oğlu İddiaçı1 ilə internet şəbəkəsində usta axtarışında olmuşlar. Bu zaman Cavabdeh ilə tanış olmuşlar. Cavabdeh ilə Həzi Aslanov metrostansiyasının yaxınlığında görüşüb, evə baxmağa getmişlər. Gəncə şəhəri, H/şəh-38 xətt-11 ev 14-də qeydiyyatda olan Bakı şəhərində yaşayan Cavabdeh evlərinin təmiri üçün razılaşmışlar. 20 fevral 2021-ci il tarixdə Cavabdeh adlı şəxs (***-***-**-**) evinin təmiri ilə əlaqədar ondan və oğlu İddiaçı1 9060 manat məbləğində pul almış, evi təmir edəcəyini bildirmişdir. Hal-hazırda o hər vasitə ilə onlardan qaçıb-yayınır. Telefonları nömrələrini bloklayıb. Onların telefon zənglərinə cavab vermir. Cavabdeh aldadıb-aldığı 9060 manat məbləğində pulu qaytarmır. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək bildirdi ki, 2021-ci ilin fevral ayının əvvəlində mənzil almışlar, mənzil yaşayış üçün təmirli olmuş, lakin mənzili yenidən təmir etdirmək istəmişlər ki, bir dəfəlik yeni təmirli mənzilə köçsünlər. O, anası İddiaçı2 demişdir ki, birgə yığdıqları pulla “mühəndis qrupu tapıb bütün işləri ona təhvil versinlər və evi ondan təhvil alsınlar”. Anası onunla razılaşmışdır. O daha sonra “Tap.az” saytında mühəndis qrupu tapmış və telefonla danışıb görüşməkləri barədə razılığa gəlmişlər. O dostu Zahidlə birlikdə biriqada rəhbəri kimi Cavabdeh ilə Bakı şəhəri Həzi Aslanov metrostansiyasının yaxınlığında görüşüb, evə baxmağa getmişlər. O, mənzilin təmiri ilə bağlı Cavabdehlə danışmış və 8000 manata razılığa gəlmişlər. Daha sonra o cavabdehə mənzilin dizaynı ilə bağlı müəyyən göstərişlər vermiş, Ruslan sonradan ona demişdir ki, “9000 manatlıq iş var, çünki cam balkonun qiyməti qalxıb”. Həmin məbləğ 9000 manat olmuşdur. Cavabdeh ona demişdir ki, “narahat olmayın mənzili istəyinizə uyğun təmir ediləcək, novruz bayramınadək köçəcək siz, bayramı yeni mənzildə keçirəcəksiniz”. Cavabdeh 4-5 gün onun mənzilində işləmiş və mənzilin ilkin təmirini sökmüş, lakin heç bir təmir işi görmədən çıxıb getmiş, sonra cavabdeh işləməkdən boyun qaçırmışdır. Cavabdeh işləməməsinin səbəbini soruşduqda ona xəstəliyini, ailə problemlərinin olmasını və başqa bəhanələr etmiş, digər ustalarında onsuz işləyə bilməməsini bildirmiş, bundan sonra onunla əlaqə saxlaya bilməmişdir. O evin təmiri ilə bağlı 2021-ci ilin fevral ayında dostu X1 yanında Cavabdeh şəxsən 3200 manat pul vermiş, bundan sonra özü şəxsən 3000 manatı Cavabdeh vermiş, bundan sonra 1000 manat bir dəfə və 1060 manat məbləğində pulu bir dəfə Cavabdeh adına olan bank kartına milliön elektoron ödəmə sistemi ilə pul köçürmüşdür. Bundan əlavə hissə-hissə olmaqla əlavə pullar vermişdir ki, ümumilikdə Cavabdeh evinin təmir etməsi müqabilində 9060 manat məbləğində pul vermişdir. Mənzil təmir edilmədiyindən anası yenidən öz adına kredit götürərək mənzili təmir etdirmişlər. Onlar Cavabdeh təqsirli hərəkətləri ucbatından uzun müddət kirayədə qalmışlar, yenidən kredit götürüb evi təmir etdirməli olmuşlar, polisə və məhkəməyə şikayət etməli olmuşlar və nəticədə mənəvi zərər çəkmişlər. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək bildirdi ki, 2021-ci ilin fevral ayının əvvəlində yeni mənzil almışlar və mənzili təmir etdirmək istəmişlər. O həmin mənzilin təmir pulunu pensiyası və oğlunun əmək haqqı ilə yığmışdır. Pulu cavabdehə oğlu İddiaçı1 vermişdir. O, cavabdeh olan Ruslana iki dəfə zəng etmişdir. Bu zaman cavabdeh ona demişdir ki, “narahat olmayın ev novruz bayramına hazır olacaq”. Cavabdeh ona son dəfə demişdir ki, “10 günə evə köçəcək siz”. Pulun verilməsində iştirak etməmişdir, oğlu Samir pulu Ruslana vermişdir. Ümumilikdə evinin təmir etməsi müqabilində Cavabdeh 9060 manat məbləğində pul verilmişdir. Mənzil təmir edilmədiyindən o yenidən öz adına kredit götürərək mənzili təmir etdirmişlər. Onlar Cavabdeh təqsirli hərəkətləri ucbatından uzun müddət kirayədə qalmışlar, polisə və məhkəməyə şikayət etməli olmuşlar və nəticədə mənəvi zərər çəkmişlər. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, İddiaçı1 ilə birlikdə “Biznes Place” adlı oteldə əvvəllər birlikdə işləmişlər və həmin vaxtdan ailəvi münasibətləri vardır. Samir Bakı şəhərində Həzi Aslanov metrosunun yanında yeni mənzil almış və mənzil yaşayış üçün təmirli olmuşdur. Samir ona zəng etmişdir ki, “Tap.az” saytında evə gəlib təmir işlərinin aparılması üçün briqada tapmışdır”. O, Samir ilə birlikdə Bakı şəhərində Həzi Aslanov metrosunun yaxınlığında mənzili təmir edəcək briqadanın rəhbəri olaraq Cavabdeh ilə görüşmüşlər, həmin vaxt Ruslan yanında Əli adlı bir nəfərlə gəlmişdir. Onlar birlikdə mənzilə baxış keçirmişlər və təmir məsələsini danışmışlar. Cavabdehlə razılığa əsasən mənzilin bütün təmir işlərini görməli idi. İlkin olaraq 8000 manata danışmışlar. Onun yanında çay evində təmirlə bağlı Samir Ruslana 3200 manat məbləğində pul vermişdir. O Ruslanı tanımamışdır. Bu zaman Ruslanı qırağa çəkib ona demişdir ki, “bu adam kirayədə qalır və təmir işlərini tezləşdir”. O Ruslanla dəfələrlə telefonla danışmışdır. Ruslan ona demişdir ki, “Samir mənə zəng edib hər dəqiqə narahat edir”. O, demişdir ki, “məsələ gecikir bu vaxta danışmamışdıq”. Sonradan ona məlum olmuşdur ki, mənzilin ilkin təmiri sökülmüş, lakin heç bir təmir işi görülməmiş, Ruslanı tapmaq mümkün olmamışdır. Cavabdeh tərəfindən həmin mənzilin divar kağızları sökülmüş, bir hissədə elektirik işləri görülməsi üçün divar çapılmışdır. İlkin olaraq Samir ilə Ruslan 8000 manata razılaşmışlar. Sonradan Samir demişdir ki, “9000 manatlıq iş var, çünki cam balkonun qiyməti qalxıb”. O bunu sonradan Samirin özündən eşitmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş DİN-nin “yaşayış yeri üzrə qeydiyyat” haqqında 23.07.2021-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, xx.xx.1979-cu il tarixli İddiaçı1 və 21.09.1987-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş 13.03.2021-ci il tarixli qəbzinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, 10059 saylı “Milli ön” elektron ödəmə terminalı vasitəsilə 31.08.1985-ci il təvəllüdlü Cavabdeh adına olan, kart nömrəsi “4203 **** ***** 9826” olan hesaba “**********” əməliyyat nömrəsi ilə 13.03.2021-ci il tarixdə saat 12:39:59-da 1.000 (bir min) manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş 14.03.2021-ci il tarixli qəbzinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Mammadov küçəsində yerləşən, “Bizim market” mağasına məxsus olan 01617 saylı “Milli ön” elektron ödəmə terminalı vasitəsilə 31.08.1985-ci il təvəllüdlü Cavabdeh adına olan, kart nömrəsi “4203 **** ***** 9826” olan hesaba “**********” əməliyyat nömrəsi ilə 14.03.2021-ci il tarixdə saat 18:34:05-də 1.060 (bir min altmış) manat pul köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, Yeni qaydalarla: AZ1129, ünvan 3 ünvan İddiaçı2 tam xüsusi mülkiyyətindədir. Məhkəmə iddiaçıların izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı2 adına olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 38, 102 a saylı mənzilin təmir edilməsi üçün İddiaçı1 Cavabdeh ilə mənzilin bütünlüklə təmir edilməsi ilə bağlı razılıq əldə etmişlər, bundan sonra iddiaçıların birgə vəsaiti hesabına yığılmış puldan İddiaçı1 tanışı X1 yanında Cavabdeh 3200 manat məbləğində pul vermiş, sonra iddiaçı “Milli ön” ödəmə terminalı ilə cavabdehin adına olan bank kart hesabına ümumilikdə 2060 manat pul köçürmüşdür. Lakin, cavabdeh həmin mənzildə heç bir təmir işləri aparmamış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iştirak etmədiyindən iddia tələbinə olan münasibətini öyrənmək mümkün olmamışdır. İddiaçıların Cavabdeh 9060 manat məbləğində pul verməsi ilə bağlı iddia tələbinə münasibət bildirərək məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı iddiaçıların cavabdehə 5260 manat pul verməsi öz təsdiqini tapmış, tələbin 3800 manat hissəsi ilə bağlı iddiaçılar məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş və bu hal heç bir sübutla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan şifahi razılaşma mahiyyət etibarı ilə podrat müqaviləsidir. Belə ki, cavabdehə mənzilin təmir edilməsi üçün sifariş verilmiş, iddiaçılar sifariş verdikləri mənzili təmir edilmiş qaydada təhvil almamalarına baxmayaraq razılaşdırılmış dəyərdən 5260 ödəmiş, podratçı öz öhdəliyini icra etməmiş və sifarişin icra edilməsi üçün aldığı pul məbləğini geri qaytarmamış və nəticədə əsassız varlanmışdır. Mülki Məcəllənin 431.1.-ci maddəsinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehə ödənilmiş 5260 manat pul tutularaq iddiaçılara verilməlidir. İddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Yenə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-cü bəndində məhkəmlərə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçılar, cavabdehin hansı hərəkətləri nəticəsində onlara mənəvi ziyanın vurulması ilə bağlı qanunvericiliklə dairəsi müəyyən edilmiş mötəbər sübutlarını iddia ərizəsində əsaslandırmamaqla əlavə etməmiş və həmçinin işə baxılarkən də məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddiaçıların cavabdehdən mənəvi zərər məbləğinin alınaraq onlara ödənilməsini tələb etməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir, Cavabdeh 5260 manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, təmin edilən hissəyə mütənasib olaraq cavabdehdən 14,30 (on dörd manat otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5260 (beş min iki yüz altmış) manat məbləğində pul və məhkəmə xərci qismində 14,30 (on dörd manat otuz qəpik) manat dövlət rüsumu alınaraq, iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3172/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3172/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver