Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3177/2021 30.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı QSCnin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra QSC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı QSC-nin xeyrinə 1060,66 manat məbləğində əsas borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 14.05.2018-ci il tarixli “kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında” 14E**********29 saylı müqavilə əsasında cavabdehə “X6 Cards” növlü kart hesabı açılmışdır. Həmin müqavilə əsasında **********572331 saylı kart üzərində kart istifadəçisi kimi cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və 18.05.2018-ci il tarixində həmin kart cavabdehə təhvil verilmişdir. 2018-ci ilin avqust ayında 4286********2331 saylı kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır, Belə ki, texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 1060 (min altmış) manat 66 (altmış altı) qəpik təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən 06.07.2021-ci il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış 14.05.2018-ci il tarixli 14E**********29 saylı müqavilənin “Əsas anlayışlar” hissəsinə əsasən “texniki (icazə verilməmiş) overdraft” dedikdə tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda. Kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılması başa düşülür. Həmin müqavilənin 4.4.5-ci bəndinə əsasən, texniki overdraft nəticəsində yaranmış borcun 3 (üç) iş günü ərzində Banka ödəməni təmin etməlidir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən “Overdraft nəticəsində yaranmış borc bu Müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş müddətdə Banka qaytarılmadıqda. yaranmış borc üzrə Bank tərəfindən Müştəriyə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə faizlər hesablana bilər. Bu halda Müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən geci 30 (otuz) təqvim günü ərzində Banka ödəməlidir. Faizlərin hesablanması borc tam ödənilən günə qədər davam edir”. Bununla yanaşı, həmin Müqavilənin 3.5-ci bəndinə əsasən Overdraft nəticəsində yaranmış borc bu Müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş müddətdə Banka qaytanlmadıqda, Bank tərəfindən Müştəriyə borcun qalıq məbləğinə 36 (otuz altı) faizi miqdarında dəbbə pulu hesablana bilər. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iş üzrə iddiaçının nümayəndəsini dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı QSC arasında 14.05.2018-ci il tarixli, 14E**********29 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə “X6 Cards” növlü kart hesabı açılmışdır. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən “Overdraft nəticəsində yaranmış borc bu Müqavilənin 3.3-cü bəndində nəzərdə tutulmuş müddətdə Banka qaytarılmadıqda. yaranmış borc üzrə Bank tərəfindən Müştəriyə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə faizlər hesablana bilər. Bu halda Müştəri yaranmış borcu hesablanmış faizlərlə birlikdə ən geci 30 (otuz) təqvim günü ərzində Banka ödəməlidir. Bu müqavilənin 3.5-ci bəndinə əsasən Overdraft nəticəsində yaranmış borc bu Müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş müddətdə Banka qaytanlmadıqda, Bank tərəfindən Müştəriyə borcun qalıq məbləğinə 36 (otuz altı) faizi miqdarında dəbbə pulu hesablana bilər. İş materiallarına əlavə edilmiş 14.08.2018-ci il tarixli kartın açılması üçün sifarişdən görünür ki, Cavabdeh İddiaçı QSC-yə kart hesabının açılması üçün müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 18.05.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı QSC-dən 01 ədəd “4286********2331” nömrəli kartı imza etməklə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 12.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 14.05.2018-ci il tarixli, 14E**********29 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSCyə 1060,66 məbləğində əsas borcu, 0 manat məbləğində faiz borcu və 0 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1060,66 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1060,66 məbləğində əsas kredit borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiaçının xahişini və ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci qismində 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1060,66 (bir min altmış manat altmış altı qəpik) manat məbləğində əsas kredit borcu və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3177/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3177/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver