Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-319/2020 29.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, İddiaçı İKB ASC-in («xxxxxxxxx» ASC) etibarnamə üzrə nümayəndəsi x1, Cavabdeh iştirakı ilə, İddiaçı İKB ASC-in («xxxxxxxxx» ASC) Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı İKB ASC («xxxxxxxxx» ASC) iddia ərizəsi ilə sadələşmiş icraat qaydasında məhkəməyə müraciət edərək,Cavabdeh İddiaçı İKB ASC-in xeyrinə 04 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 898,46 manat əsas, 72,99 manat faiz, 6,51 manat cərimə olmaqla cəmi: - 977,96 (doqquz yüz yetmiş yeddi manat 96 qəpik) manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını etmişdir. 16.12.2019-cu il tarixdə işə iddia icraatı qaydasında baxılması haqqında qərardad çıxarılmışdır. Məhkəmə iclasında İddiaçı İKB ASC-in («xxxxxxxxx» ASC) nümayəndəsi x3 iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh 04 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 23 faizlə 36 ay müddətinə 1000 manat kredit götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçıya 898,46 manat əsas, 72,99 manat faiz, 6,51 manat cərimə olmaqla cəmi: - 977,96 (doqquz yüz yetmiş yeddi manat 96 qəpik) manat borcu qalmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, bir müddət işsiz olduğu üçün borcunu ödəyə bilmədiyini, hazırda borcunu hissə-hissə ödəyəcəyini göstərdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-04 yanvar 2019-cu il tarixli, 10-Y-1-0-17-19 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 23 faizlə 1000 manat məbləğində kredit verilmişdir. 14.10.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə kredit borcunun ödənilməsi barədə xəbardarlıq edilmişdir. Kredit borcunun hesablanmasına dair 15.10.2019-cu il tarixli maliyyə arayışından görünür ki, 04 yanvar 2019-cu il tarixli, 10-Y-1-0-17-19 nömrəli nömrəli kredit müqaviləsi üzrə Cavabdehnın İddiaçı İKB ASC-yə 898,46 manat əsas, 72,99 manat faiz, 6,51 manat cərimə olmaqla cəmi: - 977,96 (doqquz yüz yetmiş yeddi manat 96 qəpik) manat borcu qalmışdır. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 22.11.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı x2 x6 adı, “xxxxxxxxx” x4raq dəyişdirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli, 10-Y-1-0-17-19 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 0 faizlə 25 ay müddətinə 1000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçıya 898,46 manat əsas, 72,99 manat faiz, 6,51 manat cərimə olmaqla cəmi:- 977,96 (doqquz yüz yetmiş yeddi manat 96 qəpik) manat məbləğində borcu qalmışdır. Edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməmiş, nəticədə iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. MM-in 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 04 yanvar 2019-cu il tarixli, 10-Y-1-0-17-19 nömrəli kredit müqaviləsi üzrə 898,46 manat əsas, 72,99 manat faiz, 6,51 manat cərimə, cəmi: - 977,96 (doqquz yüz yetmiş yeddi manat 96 qəpik) manat kredit borcu tutularaq İddiaçı İKB ASC-in («xxxxxxxxx» ASC) xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 18 dekabr 2017-ci il tarixli, 10-Y-1-0-17-19 nömrəli kredit müqaviləsi üzrə 898,46 manat əsas, 72,99 manat faiz, 6,51 manat cərimə, cəmi: - 977,96 (doqquz yüz yetmiş yeddi manat 96 qəpik) manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq «xxxxxxxxx» x5 xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-319/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-319/2020
29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver