Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3198/2020 16.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işəməhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehdən 2660,76 manat məbləğində əsas borcun və 317,35 manat faiz borcu olmaqla, ümumilikdə 2978,11 (iki min doqquz yüz yetmiş səkkiz manat 11 qəpik) manat kredit borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun xeyrlərinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddanı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə "İddiaçı" ASC arasında xx.xx.2019 -cu il tarixdə, 800804-424415/1 nömrəli kredit müqaviləsi bağlanaraq cavabdehə 36 ay müddətinə, illik 29 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit vermişdir. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda cavabdehin banka müqaviləüzrə 2660,76 manat əsas, 317,35 manat faiz olmaqla, cəmi 2978,11 (iki min doqquz yüz yetmiş səkkiz manat 11 qəpik) manat məbləğində kredit borcu qalmışdır.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, izahatında göstərdi ki, borcu qəbul edir. Ancaq mövcud vəziyyət ilə əlaqədar olaraq karantin rejimində işləyə bilmədiyindən borcu ödəyə bilməmişdir. İşi bərpa olunana qədər borcunu hissə-hissə olaraq hər ay 50 manat ödəyəcəkdir. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2019 -cu il tarixli, 800804-424415/1 nömrəli kredit müqaviləsidən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 29 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019 -cu il tarixli, 800804-424415/1 nömrəli kredit müqaviləsi üzrə 2660,76 manat əsas, 317,35 manat faiz olmaqla, cəmi 2978,11 (iki min doqquz yüz yetmiş səkkiz manat 11 qəpik) manat məbləğində kredit borcuqalmışdır; xx.xx.2020-ci il tarixli 800/800/0483/2020 nömrəli xəbərdarlıqdan görünürki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xəzinədarlığından 3000 manat pul götürmüşdür. Məhkəməiclasındamüəyyənedildiki, tərəflər arasında bağlanmış xx.xx.2019 -cu il tarixli, 800804-424415/1 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 3000 manat məbləğində kredit verilmişdir.Cavabdeh müqavilənin şərtlərini pozaraq iddiaçıdan aldığı kredit borcunu ödəmədiyi üçün cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh müqaviləüzrəüzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməkləödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanmasıüçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrəüzərlərinəöhdəlik götürmüşlər. İddiaçı cavabdehə illik faiz dərəcəsi 29 faiz olmaqla, 36 ay müddətinə 3000 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işüzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin xx.xx.2019 -cu il tarixli, 800804-424415/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 2660,76 manat əsas, 317,35 manat faiz olmaqla, cəmi 2978,11 (iki min doqquz yüz yetmiş səkkiz manat 11 qəpik) manat kredit borcu cavabdehdən tutularaq İddiaçı xeyrinəödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh xx.xx.2019-cu il tarixli, 800804-424415/1 nömrəli müqavilə üzrə 2660,76 manat əsas, 317,35 manat faiz olmaqla, cəmi 2978,11 (iki min doqquz yüz yetmiş səkkiz manat 11 qəpik) manat kredit borcu vəödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı xeyirinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X4 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3198/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3198/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver