Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-32/2020 30.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x7 iclas katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi x9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dairiddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Talib qızı tərəfindən mənzilə edilən qəsdə son qoyulmasına, cavabdehdən mənzilin təmiri üçün 2000 (iki min) manat, ona vurulmuş mənəvi ziyana görə 500 (beş yüz) manat, dövlət rüsumu 30 (otuz) manat, cəmi 2530 (iki min beş yüz otuz) manat alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, İ,Cəfərov küçəsi,ev- 5, mənzil 34 onun mərhum atası x8 məxsusdur. Atası 1995-ci ildə, anası x16 2011-ci ildə vəfat etmişdir. O, atasından qalmış həmin mənzildə 1963-cü ildən yaşayır və orada qeydiyyatdadır. Həmin mənzili o təmir etdirmişdir. Bütün kommunal xərclərini də özü çəkir. Onun mənzilə etdiyi təmir üstdəki qonşunun səhlənkarlığı ucbatından demək olar ki, tamamilə sıradan çıxmış və o rütubət içərisində yaşamalı olmuşdur. Belə ki, o birinci mərtəbədə yaşayır və onun üst qonşuları, yəni ikinci mərtəbədə yaşayan cavabdeh mənzilin sahibi Cavabdeh Talib qızının həmin mənzildə yaşayan kirayəçisi x5 tərəfindən onun mənzilinə dəfələrlə su axıdılmışdır. Bu hadisələri hər dəfə onun qonşuları da görmüşlər. 25 iyun 2018-ci il, 03 iyul 2018-ci il tarixdə və 20 iyul 2018-ci il tarixdə cavabdehlər onun mənzilinə yenidən su axıtmışlar. O bu barədə 10 saylı Mənzil İstismar Sahəsinə müraciət etmişdir. Sahə rəisinin və qonşuların iştirakı ilə bu barədə akt tərtib edilmişdir. Cavabdeh dəfələrlə onun mənzilinə su axıtmışdır. Hər dəfə də onlara müraciət edərək onun mənzilinə edilən qəsdə son qoymalarını xahiş etmişdir. Lakin bütün bunların heç bir nəticəsi olmayıb. Hər dəfə onlara bu barədə irad tutanda onu ağır sözlərlə təhqir ediblər. Bu barədə Polis İdarəsinə də məlumat vermişdir. Hər dəfə onlara söz veriblər ki, vəziyyəti düzəldərik. Lakin heç bir nəticəsi olmayıb. O, usta gətirib təmirə görə nə qədər xərc çəkiləcəyini soruşub. Usta 2000 (iki min) manat pul hesablayıb. Bundan başqa o uzun müddətdir ki, rütubətli evdə yaşayıb xəstəliyə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdehin nümayəndəsinin məhkəmə iclasında dəymiş zərərə görə 800 manat pul verməsi ilə bu şərtlə razıdır ki, həmin pul tez bir zamanda ona ödənilsin. İddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi x18 iddia tələbini qismən qəbul etdiklərini və dəymiş zərərə görə 800 manatı tez bir zamanda ödəyə biləcəklərini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 10542 nömrəli 02.07.1993-cü il tarixli qeydiyyat şahadətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri, İ,Cəfərov küçəsi,ev-5, mənzil 34 x8 məxsusdur. İş materiallarına əlavə edilmiş, İİ-jq nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, x13 1995-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İHB-nın Mənzil Kommunal İstehsalat birliyinin 10 nömrəli sahə rəisi tərəfindən verilmiş 14.08.2018-ci il tarixli 1740 nömrəli arayışdan görünür ki, Babayeva x20 şəhəri, İ,Cəfərov küçəsi,ev-5, mənzil 34 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş 20.07.2018-ci il tarixli Gəncə şəhəri, İ,Cəfərov küçəsi,ev-5, mənzil 35 də yaşayan x14, Gəncə şəhəri, İ,Cəfərov küçəsi,ev-5, mənzil 24-də yaşayan x19, Gəncə şəhəri, İ,Cəfərov küçəsi,ev-7, mənzil 44 yaşayan x10, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi,ev-15, mənzil 7 yaşayan x3, Gəncə şəhər İHB-nın Mənzil Kommunal İstehsalat birliyinin 10 nömrəli sahə rəisi Məmmədov FAZİL Şəmşəd oğlu tərfindən tərtib olunaraq, imzalanmış aktdan görünür ki, Gəncə şəhəri, İ,Cəfərov küçəsi,ev- 5, mənzil 34 yaşayan İddiaçı Bəhram qızının mənzlinə 2-ci mərtəbədə yaşayan Cavabdeh adına olan mənzildən su axıldığının dəfələrlə şahidi olublar. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı x25 07.08.2018-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, İsax Cəfərov bina 5, 38 saylı mənzil 3 saylı notariat kontorunun 23.10.1992-ci il tarixli 16-685 saylı mənzilin şəxsi mülkiyyətə verilməsi barədə müqaviləsinə əsasən x6 adına özəlləşmişdir və ona 02.11.1992-ci il tarixli 8247 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir, 5 saylı notariat kontorunun 07.04.1993-cü il tarixli 2-2-57 saylı alqı-satqı müqaviləsinə əsasən bu mənzil Gözəlova Könül Elman qızına satılmışdır. 2 saylı notariat kontorunun 25.11.1998-ci il tarixli 3M-2-396 saylı alqı-satqı müqaviləsinə əsasən mənzil x1. 1 saylı notariat kontorunun 21.12.2006-cı il tarixli 4Ə-2-264 saylı alqı-satqı müqaviləsinə bu mənzil (16.6 kvm bir yaşayış otağı, 12.7 kvm köməkçi sahə, 3.9 kvm eyvan) Cavabdeh Talib qızına satılmışdır və ona 01.02.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Məhkəmə-Tikinti-texniki ekspertizasının 25.11.2019-cu il tarixli, 12238 saylı rəyindən görünür ki, Gəncə şəhəri, İ.Cəfərov küçəsi 5 saylı evin 34 saylı mənzilinə Gəncə şəhəri, İ.Cəfərov küçəsi 5 saylı evin 38 saylı mənzildən su axıdılması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 987,0 manat məbləğində olduğu müəyyən edilir. Aparılmış təhqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin məcəllənin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin, qanunla və ya müqavilədə daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin MPM-nin 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı yaşadığı və mərhum atasına məxsus olan Gəncə şəhəri, İ,Cəfərov küçəsi, ev-5, mənzil 34 nömrəli evə 2-ci mərtəbədə yaşayan Cavabdeh adına olan Gəncə şəhəri, İ.Cəfərov küçəsi 5 saylı evin 38 saylı mənzildən su axıdılmış, nəticədə həmin evə maddi ziyan dəymişdir . Bu barədə həmin ərazidə yaşayan qonşular tərəfindən akt tərtib olunmuşdur. Məhkəmə- Tikinti-texniki ekspertizasının 25.11.2019-cu il tarixli, 12238 saylı rəyində Gəncə şəhəri, İ.Cəfərov küçəsi 5 saylı evin 34 saylı mənzilinə Gəncə şəhəri, İ.Cəfərov küçəsi 5 saylı evin 38 saylı mənzildən su axıdılması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 987,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Cavabdeh ona məxsus su borusunun yararsız olmasına diqqət yetirməmiş, nəticədə iddiaçıya ziyan dəymişdir. Məhkəmə hesab edir ki, iddianın vurulmuş maddi zərərlə bağlı hissəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən onun evinə dəymiş maddi ziyanın məbləğini 2000 (iki min) manat olmasını göstərməsinə baxmayaraq, göstərilən məbləğdə maddi ziyan dəyməsinə dair iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa iddiaçının mənzilinə dəymiş maddi zərərin həcmi iddiaçı ilə cavabdehin nümayəndəsinin məhkəmə iclasında razılaşdıqları həcmdə müəyyən edilməli, 800 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsanhüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Yenə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-cü bəndində məhkəmlərə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə hesab edir ki, iddianın mənəvi zərərə dair hissəsi təmin edilməməlidir. Belə ki, mənəvi zərər şəxsin əmlak və ya şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. "Konstitusiya Məhkəməsinin adıçəkilən qərarında qeyd olunur ki, mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir". Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır: "Konstitusiya Məhkəməsinin məlum qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Konstitusiya ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmalı və hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır". İddia tələbinin mənəvi zərərlə bağlı, iddiaçı onun evinə su axıdılması nəticəsində xəstəliyə tutulmasını qeyd etsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübutu təqdim etməmişdir. «x2rşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə məhkəmə, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının pozulduğu müəyyən olunduğundan,iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 800 (səkkiz yüz manat və məhkəmə xərcləri qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 830 (səkkiz yüz otuz) manat pul tutularaq, İddiaçı ödənilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatCavabdeh tutularaq, Dövlət x12 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. İddia qalan hissəsində təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x31 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-32/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-32/2020
30.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver