Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3211/2021 20.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 25000 (iyirmi beş min) manat pulun müştərək qaydada alınaraq onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bundan başqa iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək cavabdehlərdən Cavabdeh1 onlara qaytarası olduğu 500 manat pulu qaytardığı üçün Cavabdeh1 cavabdeh qismindən çıxarılmasını və Cavabdeh2 24500 (iyirmi dörd min beş yüz) manat pulun alınaraq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edib izahatında göstərdi ki, oğlu Vüqara torpaq almaq niyətində olmuşlar. Oğlu Vüqar dostu Mehmanla görüşərkən Mehman Sadılı qəsəbəsi ərazisində 0,4 ha torpaq sahəsi satıldığını Vüqara bildirmişdir. Vüqar isə torpaq sahəsini satan şəxslərlə maraqlanarkən torpaq sahəsinin Cavabdeh2 məxsus olduğunu bildirmişlər. Həmin vaxt maklerlər bildirmişlər ki, torpaq sahəsi İbrahimin olsa da sonuncu torpağın alqı satqısını bacısı oğlu Faiqə həvalə etmişdir. Onlar torpağa baxmaq məqsədi ilə torpaq sahəsinin olduğu yerə getmişlər və 2020-ci ilin mart ayında torpaq sahəsinin qiymətini 25000 manata razılaşdıqdan sonra elə həmin vaxt torpaq sahəsinin yanında Faiqə 800 manat beh vermişlər, Faiq isə pulu qəbul edərək saydıqdan sonra İbrahimə vermişdir. Bundan sonra Faiqin vasitəsi ilə iki dəfəyə 25000 manat pulu İbrahimə vermişlər. Hər dəfə pulu verəndə Faiqin iştirakı ilə vermişlər.Faiq pulu onlardan qəbul edib sayaraq dayısı İbrahimə vermişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, cavabdehin satdığı torpaq sahəsi cərəncamla başqa şəxsə məxsus olmuş və həmin şəxs torpaq sahəsində ev tikmişdir.Bundan sonra o, İbrahimdən pulunu geri tələb etdikdə sonuncu onun özünün də aldadıldığını bildirərək aldığı pulu evin təmirinə xərclədiyini və evini sataraq onun pulunu qaytaracağına söz vermişdir. Bununla bağlı evinin sənədlərini də ona vermişdir. Lakin hal-hazıradək savabdeh onların pulunu qaytarmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişlər. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında digər iddiaçı İddiaçı2 İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 29 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə isclasında Cavabdeh1 izahatında göstərmişdir ki, iddiaçılardan pulu dayısı İbrahimin göstərişi ilə alıb ona vermişdir. İddiaçılar torpaq sahəsinə görə hissə hissə 25000 manat pul vermişlər, həmin pulu dayısı İbrahimin iştirakı ilə iddiaçılardan alıb iddiaçıların yanında sayıb sonuncuya vermişdir. Özü iddiaçılardan 500 manat almış həmin pulu da iddiaçılara qaytarmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı2 ilə 10 ildən çoxdur ki, dostluq münasibətləri var. 2020-ci ilin mart ayının ortalarından Dəmiryolu vağzalının yaxınlığında yerləşən çayçıda öz aralarında torpaqla bağlı söz düşdükdə o Vüqara Sadıllı qəsəbəsində torpaq sahəsinin olduğunu bildirmişdir. Həmin torpaq sahəsinin satılmasını tanışları Zirəddin və Vəzir adlı şəxslərin ona deməsini bildirmişdir. Vəzir isə ona torpağın sahibinin İbrahim olduğunu demiş və bildirmişdir ki, torpağın sənədi Faiqin adınadır. Vüqar həmin torpaq sahəsinə baxdıqdan sonra ona demişdir ki, torpağın qiymətini öyrən və mənə de almaq istəyirəm. O, torpaq sahəsinin qiymətini öyrənmiş torpaq sahəsinin 25000 manata satıldığını Vüqara demişdir. Vüqar 25000 manat razılaşaraq beh kimi İbrahimə 800 manat pul vermişdir. Sonradan torpaq sahəsini almaq məqsədilə Vüqarın atası İlyas gəlmiş və onlar İbrahimlə tanış çıxmışlar. Onlar torpaq sahəsini 25000 manata razılaşmışlar. İlyas Faiqin vasitəsi ilə İbrahimə torpağın bir hissəsini həmin vaxt qalan hissəsini isə iyun ayına qədər verəcəyini bildirmişdir. Yerdə qalan pulu iyun ayının 8-də Vüqarın atası İlyas onun yanında Faiqə vermiş, Faiq isə pulu saymış və İbrahimə vermişdir. 13.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil vəsatəti ilə İddiaçı2 şikayti əsasında material üzrə Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsindən alınmış və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh2 izahatından görünür ki, Məharət adlı şəxsin ona borclu olduğu 17000 ABŞ dolları borcun əvəzində sonuncunun ona verdiyi torpaq sahəsini bacısı oğlu Faiqin və maklerlərin iştirakı ilə iddiaçılara 25000 manata satdığını, həmin pulun ilkin olaraq 13500 manatını yerdə qalanını isə 2 aydan sonra aldığını göstərmişdir. X1 izahatında göstərmişdir ki, 2020-ci ilin mart ayında Vəzir adlı şəxslə görüşmüşlər, Vəzir ona Sadıllı qəsəbəsində 25000 manata torpaq satıldığını bildirmişdir. Orada Mehman və Vüqar adlı şəxslə görüşmüşlər. Onlar torpağa baxmışlar, Vüqar torpağı bəyənmiş və Mehmanla 800 manat pul gətirib onların yanında İbrahim adlı şəxsə beh kimi vermişlər. Təxminən 2 gün sonra onlar zəngləşib torpaq sahəsinə getmişlər. Vüqarın atası İlyas da həmin yerə gəlmişlər, İbrahim və onun bacısı oğlu Faiq adlı şəxsə maşında 11000 manat pul vermişlər. Yerdə qalan hissəsini isə iyun ayının 10-a kimi çatdıracaqlarını bildirmişlər. Təxminən iyun ayının 8-i onlar yəni Mehman, İbrahim və onun bacısı oğlu Faiq Vüqargilin evinə gəlmişlər həmin vaxt yerdə qalan pul verilmişdir. Sonda cəmi 25000 manat pul vermişlər. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədri sübut növü kimi qəbul edib, həmin sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Göründüyü kimi tərəflər arasında torpaq sahəsinin alqı satqısı ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçılardın 400 kvm torpaq sahəsinə görə 25000 manat məbləğində pul almışdır. Lakin tərəflər rasında olan razılaşma üzrə alqı satqı müqaviləsi baş tutmadığından iddiaçılar cavabdehə verdikləri pulu geri tələb etmişlər. Gavabdeh iddiaçılardan aldığı pulu hüquqi əsas olmadan qaytarmadığı üçün iddiaçılar hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq cavabdehdən 24500 (iyirmi dörd min beş yüz) manat pul alınaraq iddiaçıların xeyrinə ödənilməlidir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tələb olunmadığından iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh2 24500 (iyirmi dörd min beş yüz) manat pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3211/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3211/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver