Məhkəmə qərarları › İş №2(043)-3226/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3226/2021

01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3226/2021 01.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əşyaların oğurlanması nəticəsində dəymiş ziyanın maddi tərəfinin qiymətləndirilməsi, cinayət əməllərinin törədilməsinə qiymət verilməsi və cavabdehlərin cəzalandırılması» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus bütün oğurlanmış əşyaların məhkəmə tərəfindən qiymətləndirilməsini, dəymiş maddi və mənəvi ziyan cavabdehlər tərəfindən ona pul vahidi ilə ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı tələbində cavabdehlərin oğurluq etməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini bildirsə də, ona dəymiş maddi və mənəvi ziyanın miqdarını iddia ərizəsində dəqiq göstərməmiş, bununla da MPM-in 149.2.3-cü maddəsinin tələbin pozmuşdur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələbinə əməl olunmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «ona məxsus cehiz əşyalarının və yoldaşının əşyalarının oğurlanması nəticəsində dəymiş ziyanın maddi tərəfinin qiymətləndirilməsi, cinayət əməllərinin törədilməsinə qiymət verilməsi və cavabdehlərin cəzalandırılması» tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə prosessual qənaət prinsipi baxımından İddiaçı nəzərinə çatdırmaq istəyir ki, mülki mühakimə icraatı qaydasında məhkəmə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması məsələlərini həll etmək səlahiyyətinə malik deyildir. Buna görə də ona məxsus əşyalar həqiqətən də oğurlanmışdırsa, bu barədə hüquq mühafizə orqanlarına (prokurorluq və ya polis orqanına) müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əşyaların oğurlanması nəticəsində dəymiş ziyanın maddi tərəfinin qiymətləndirilməsi, cinayət əməllərinin törədilməsinə qiymət verilməsi və cavabdehlərin cəzalandırılması» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar