Məhkəmə qərarları › İş №2(043)-3231/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3231/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3231/2020 21.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə 1486, 54 (bir min dörd yüz səksən altı manat 54 qəpik) manat əsas borcun, 134,01 (bir yüz otuz dörd manat 01 qəpik) faiz borcun, 148,65 (bir yüz qırx səkkiz manat 65 qəpik) manat cəriməolmaqla ümumilikdə1769,20 (bir min yeddi yüz altmış doqquz manat 20 qəpik) manat kredit borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq X2 Kredit Təşkilati" Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli qərardadla mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə ərizə verərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan (müflis olan) BOKT «X3 MMC ilə cavabdeh arasında xx.xx.2016 -cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən BOKT «X3 MMC cavabdehə 18 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixə qədər, illik 12% dərəcəsini tətbiq etməklə 1574 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan (müflis olan) «X3 MMC tələb hüququnu X4 Təşkilatı "Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəşt etmişdir. Cavabdehə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq müqaviləüzrəüzərinə götürdüyüöhdəliyi icra etməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə 1486, 54 (bir min dörd yüz səksən altı manat 54 qəpik) manat əsas borcu, 134,01 (bir yüz otuz dörd manat 01 qəpik) faiz borcu, 148,65 (bir yüz qırx səkkiz manat 65 qəpik) manat cərimə olmaqla ümumilikdə1769, 02 (bir min yeddi yüz altmış doqquz manat 20 qəpik) manat borcu qalmışdır. Cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilsə də o, məlum olan axırıncı yaşayış yerində yaşamadığıüçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2016 -cı il tarixli, LD********** nömrəli kredit müqaviləsidən görünür ki, BOKT «X3 MMC tərəfindən cavabdehə 18 ay müddətinə, illik 12% dərəcəsini tətbiq etməklə 1574 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2016 -cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə 1486, 54 (bir min dörd yüz səksən altı manat 54 qəpik) manat əsas, 134,01 (bir yüz otuz dörd manat 01 qəpik) faiz borcu, 148,65 (bir yüz qırx səkkiz manat 65 qəpik) manat cərimə olmaqla, cəmi 1769,20 (bir min yeddi yüz altmış doqquz manat 20 qəpik) manat kredit borcu qalmışdır. xx.xx.2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh iddiaçı X3” MMC-nin xəzinədarlığından 1574 manat pul götürmüşdür. Tələbin güzəşti haqqında xx xxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, Ləğv prosesində olan “X3” MMC tələb hüququnu X4 Təşkilatı "Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəşt etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, BOKT «X3 MMC ilə cavabdeh arasında xx.xx.2016 -cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi bağlanaraq, ləğv prosesində olan BOKT «X3 MMC tərəfindən cavabdehə 18 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixə qədər, illik 12% dərəcəsi ilə 1574 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan «X3 MMC tələb hüququnu X4 Təşkilatı "Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinə güzəşt etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyi tam icra etmədiyi üçün iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanmasıüçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə işüzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin xx.xx.2016 -cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrəöhdəliyini vaxtında icra etməməsi nəticəsində iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 1486, 54 (bir min dörd yüz səksən altı manat 54 qəpik) manat əsas borc, 134,01 (bir yüz otuz dörd manat 01 qəpik) manat faiz borcu, 148,65 (bir yüz qırx səkkiz manat 65 qəpik) manat cərimə olmaqla 1769,20 (bir min yeddi yüz altmış doqquz manat 20 qəpik) manat kredit borcu cavabdehdən tutularaq X4 Təşkilatı "Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinəödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh xx.xx.2016-cı il tarixli, LD********** nömrəli kredit müqaviləsi üzrə 1486,54 (bir min dörd yüz səksən altı manat 54 qəpik) manat əsas borc, 134,01 (bir yüz otuz dörd manat 01 qəpik) manat faiz borcu , 148,65 (bir yüz qırx səkkiz manat 65 qəpik) manat cərimə olmaqla, cəmi 1769,20 (bir min yeddi yüz altmış doqquz manat 20 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq X2 Kredit Təşkilati" Azkredit" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar