Məhkəmə qərarları › İş №2(043)-325/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-325/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-325/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx/xx/0512- G saylı, xx xxxxxx 2018-ci il tarixli X8 müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 2.836,08 manat, cərimə üzrə 240,46 manat olmaqla, cəmi 3.076,54 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 4,125.00 manat olan iddiaçıya məxsus 1 (bir) ədəd 2018- ci il buraxılışı olan, ATO QAZ 36 kVt markalı divardan asilan məişət qaz qazanı, 132 ədəd radiator, 1 ədəd suşhilka 80 aliminium, 1 ədəd shuşilka 1200, 2 ədəd pol oborot vintil 25 mmlik, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator optimal, 2 ədəd su fıltri bronza, 5 ədəd radiator asqı seti, 24 ədəd radiator vintil köşə, 100 ədəd boru metak 25-lik, 80 ədəd boru metak 20-lik, 60 ədəd dirsək 90*20 mm-lik, 60 ədəd dirsək 90*25 mm-lik, 26 ədəd dirsək 20*45 mm-lik, 20 ədəd dirsək 25*45 mm- lik, 10 ədəd troynik 25 mm-lik, 22 ədəd troynik 25- 20 mm-lik, 8 ədəd keçid 25-20-lik, 24 ədəd rekor düz 20 mm-lik, 4 ədəd amerikanka latun 25*25-lik, 100 ədəd xamut cüt 25 mm-lik, 50 ədəd xamut cüt 20 mm-lik, 1 ədəd tangit ip 160 sm-lik, 150 ədəd probka, 150 ədəd şurup, zəruri sənədləri və ləvazimatları ilə birlikdə cavadeh Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə xx/xx/0512-G saylı X8 müqaviləsi (bundan sonra «Lizinq müqaviləsi») bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 4,125.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2018-ci il buraxılışı olan, ATO QAZ 36 kVt markalı divardan asilan məişət qaz qazanı, 132 ədəd radiator, 1 ədəd suşhilka 80 aliminium, 1 ədəd shuşilka 1200, 2 ədəd pol oborot vintil 25 mmlik, 1 ədəd qaz requlyatoru, 1 ədəd stabilizator optimal, 2 ədəd su fıltri bronza, 5 ədəd radiator asqı seti, 24 ədəd radiator vintil köşə, 100 ədəd boru metak 25-lik, 80 ədəd boru metak 20-lik, 60 ədəd dirsək 90*20 mm-lik, 60 ədəd dirsək 90*25 mm- lik, 26 ədəd dirsək 20*45 mm-lik, 20 ədəd dirsək 25*45 mm-lik, 10 ədəd troynik 25 mm-lik, 22 ədəd troynik 25- 20 mm-lik, 8 ədəd keçid 25-20-lik, 24 ədəd rekor düz 20 mm-lik, 4 ədəd amerikanka latun 25*25-lik, 100 ədəd xamut cüt 25 mm-lik, 50 ədəd xamut cüt 20 mm-lik, 1 ədəd tangit ip 160 sm-lik, 150 ədəd probka, 150 ədəd şurup (bundan sonra «Lizinq obyekti») cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən 16.10.20 tarixinədək, lizinq ödənişləri üzrə 2.836,08 manat, cərimə üzrə 240,46 manat olmaqla, cəmi 3.076,54 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh X8 müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırda Lizinq obyekti cavabdehin qanunsuz sahibliyindədir. Belə ki, cavabdehlə lizinq şirkəti arasında bağlanmış Lizinq müqaviləsi cavabdehin müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən öz hüquqi qüvvəsini itirmiş sayılır. Buna müvafiq olaraq, cavabdehin müqavilənin predmetini əks etdirən Lizinq obyekti üzərində olan mülkiyyətçi tərəfindən verilmiş müvəqqəti istifadə və sahiblik hüquqları da həmçinin əhəmiyyətsiz sayılmalıdır. Lakin bütün bunlara baxmayaraq, cavabdeh bu günə qədər Lizinq obyektindən qanunsuz olaraq istifadə etməkdədir. Belə ki, cavabdeh lizinq obyektinin mülkiyyətçisi olan İddiaçı MMC-nin Lizinq obyektinin geri qaytarılmasının təmin edilməsi barədə tələblərinə məhəl qoymur və Lizinq obyektini geri qaytarmaqdan imtina edir. Cavabdeh tərəfindən yol verilən bu hüquqazidd əməl nəticəsində iddiaçının mülkiyyət hüquq pozulmuşdur. Daha sonra iddiaçı məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, xx/xx/0512-G saylı, xx xxxxxx 2018-ci il tarixli X8 müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 3084,14 manat, dəbbə pulu üzrə 3984,03 manat olmaqla ümumilikdə 7068,17 manat məbləğində borcun və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC nümayəndəsi vasitəsilə məhkəməyə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı əsas borc hissəsində qəbul edərək, müqavilə üzrə hesablanmış dəbbə pulunun məbləğinin azaldılıb, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx.xx.2018-ci il tarixli, xx/xx/0512 saylı X8 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini müqavilənin şərtləri əsasında lizinqə götürməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Müqavilənin 16.1.3-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 (on beş) təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdiribsə lizinq verən müqaviləni icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Lizinq müqaviləsinin 16.2-ci maddəsinə əsasən Lizinq alan Lizinq verənin tələbində göstərilmiş müddət ərzində Lizinq verənə lizinq obyektini və lizinq obyektinin ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh daxili lizinq müqaviləsi üzrə 3084,14 manat əsas borcu və 3984,03 manat cərimə borcu olmaqla, cəmi 7068,17 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2 nömrəli məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdehə yaranmış borcun 7 gün ərzində ödənilməsi, əks təqdirdə lizinq müqaviləsinin ləğvi və borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə vermiş, cavabdeh isə lizinq obyektindən istifadə üçün müqavilənin şərtləri əsasında ödəniş etməklə lizinqə götürməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin pul Cavabdeh tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı lizinq müqaviləsi üzrə yaranmış əsas borcu tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı əmlakı lizinq kimi verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 3984,03 mant məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx/xx/0512-G saylı, xx xxxxxx 2018-ci il tarixli X8 müqaviləsi üzrə yaranmış 3084,14 manat əsas borc və 200 manat cərimə borcu olmaqla, cəmi 3284,14 manat (üç min iki yüz səksən dörd manat on dörd qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar