Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-325/2022 14.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh ASC-nin «X19» Törəmə Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin «X19» Törəmə Səhmdar Cəmiyyətinə qarşı «qanunsuz yazılmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-nin «X19» Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən sudan istifadəyə görə hesablanmış 863.16 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ona məxsus olan ünvan 2 saylı evdə yaşayır. X1 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “İİ Qarabağ Müharibəsində” iştirak etmiş və şəhid olmuşdur. Yuxarıda göstərilən ünvanda yerləşən mənzildə onun məlumatı olmadan X9 qeydiyyatda olduğuna görə 2016-cı ildə bu barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin qətnaməsi ilə iddia tələbi təmin edilərək Nazim Qasımovun istifadə hüququna xitam verilmişdir. Evdə qeydiyyatda olan digər şəxslə Nazim Qasımovun ailə üzvləri olduğundan onlar da ona məxsus evində yaşamamışlar. Buna baxmayaraq əsassız olaraq cavabdeh tərəfindən həmin evə dair 863.16 manat məbləğində sudan istifadəyə görə borc hesablanmışdır. Oğlu şəhid olduğu üçün uzun müddət özündə olmamış və bu səbəbdən qeyd etdiyi qətnamənin surətini Azərsu» Açıq Səhmdar Cəmiyyəti «X19» Törəmə Səhmdar Cəmiyyətinə təqdim edə bilməmişdir. O, “X19” TSC-nin rəisinə borcun silinməsi barədə müraciət etsə də sonuncu bu barədə məhkəməyə müraciət etməsini bildirmişdir. Odur ki, qeyd olunan su pulu isə qeydiyyatda olan şəxslərə münasibətdə hesablandığından iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC “X19” TSC-nin nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara su ölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təstiq edən sənədi ən geci yeddi iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablanması sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparılmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. ünvan 2 saylı mülkiyyətçisi İradə Namazova ilə 2005-ci il tarixdə sudan istifadə və tullantı suların axıdılmasına dair müqavilə bağlanaraq, **********3300 abonent kodu verilmişdir və bu günədək müqavilədə heç bir dəyişiklik aparılmamışdır. Belə ki, “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən abonent ailə tərkibi ilə bağlı aparılmış hesabatlara etiraz etdikdə ondan müvafiq arayış tələb edilir. Arayış təqdim edildiyi tarixdən etibarən ailə tərkibi barədə yeni məlumat sistemə işlənir. Abonent əvvəlki dövrlərə aid ailə tərkibi ilə bağlı əvvəllər təqdim edilmiş arayış və yaxud yaşayış yeri üzrə qeydiyyatda olduğu müvafiq təşkilatlar tərəfindən təqdim edilmiş rəsmi məlumatlar (dislokasiya) əsasında sistemə qeyd olunmuşsa, yeni ailə tərkibi barəsində arayış təqdim etdiyi tarixdən sonrakı hesabat dövrü üçün nəzərə alınır. Bununla «Gəncə Sukanal» TSC üzərinə düşən vəzifələri istehlakçı qarşısında yerinə yetirmişdir, lakin istehlakçı tərəfindən üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır. Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş; AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, ünvan 2-da qeydiyyatdadır. 04.12.2021-ci il tarixli abonent kartından görünür ki, İddiaçı su və çirkab xidmətlərinə görə hazırki tarixədək 881.16 manat borcu yaranmış, ondan 08.07.2020-ci il tarixdə 10 manatını ödəmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-814/2016 nömrəli 23 dekabr 2016-cı il tarixli qətnməsindən X4 ünvan 2 ünvaında olan istifadə hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli, 21 dekabr 2021-ci il tarixli arayışından ünvan 2 ünvaında İddiaçı başqa həmin ünvanda 11.02.1972-ci il təvəllüdlü X8, 17.08.1997-ci il təvəllüdlü X6 və 06.08.2004-cü il təvəllüdlü X2 qeydiyyatda olması göstərilmişdir. Mülki işə əlavə edilmiş 136746 nömrəli, 09 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən və 004243 nömrəli, 08.04.2021-ci il tarixli şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı X1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “İİ Qarabağ Müharibəsində” iştirak etmiş və şəhid olduğundan ona şəhid ailəsi statusu verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı, Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Göründüyü kimi qanunvericilik yalnız göstərilən xidmətlərin əvəzinin ödənilməsini istehlakçıların üzərinə vəzifə kimi qoymuşdur. Lakin işin müəyyən olunmuş hallarından görünür ki, X9 və digər iki ailə üzvü ünvan 2 ünvanda yaşamadığı və sudan və çirkab suyun axıdılması xidmətləridən istifadə etmədiyi halda cavabdeh tərəfindən iddiaçıya sudan və çirkab suyun axıdılması xidmətləridən istifadəyə görə 2012-ci ilin sentyabr ayından 2015-ci ilin mart ayına kimi borc hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, istehlakçıya məxsus mənzildə 4 nəfərə görə verilmiş suyun və çirkab suyun axıdılması xidmətləridən istifadənin dəyərinin 7 nəfərə görə hesablanması mülkiyyətçini əlverişsiz vəziyyətə salır. Başqa sözlə məhkəmə qeyd edir ki, 2012-ci ilin sentyabr ayından 2015-ci ilin mart ayına müəyyən olunmuş illər üzrə dörd nəfərə görə ödənilməli olan su pulunun dəyəri 223,20 manat təşkil etdiyi halda 390,10 manat hesablanması əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən iddia qismən təmin olunmalı, Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, 33 nömrəli evin, 30 nömrəli mənzilində sudan və çirkab suyun axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış borcdan 167,40 (bir yüz altmış yeddi manat qırx qəpik) manatı silinməli, iddia tələbi qalan hissədə isə təmin olunmamalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, 33 nömrəli evin, 30 nömrəli mənzilində sudan və çirkab suyun axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış borcdan 167,40 (bir yüz altmış yeddi manat qırx qəpik) manatı silinsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-325/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-325/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver