Məhkəmə qərarları › İş №2(043)-3260/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3260/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3260/2020 07.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı«xxxxxxxxxxx» MMC-in Cavabdeh qarşı müqaviləüzrə yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m üə y y ə n e t d i m : İddiaçı «xxxxxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxxxxxxxxx» MMC-in xeyrinə HOFFMANN markalı aspirator, Philips markalı saçqırxan, Braun markalı ütü, HOFFMANN markalı plitə üçün 141 (bir yüz qırx bir) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə; İMEİ kodu **********37525 Samsung J2 markalı telefon üçün 176 (bir yüz yetmiş altı) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla ümumilikdə 349 (üç yüz qırx doqquz) manat borcun və 20 manat dövlət rüsumunun xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeharasında xx.xx.2018-ci i tarixli, 00321408 nömrəli və xx.xx.2019-cu il tarixli, 00535017 nömrəli müqavilələr bağlanmışdır. İddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci i tarixli, 00321408 nömrəli müqaviləyə əsasən HOFFMANN markalı aspirator, Philips markalı saçqırxan, Braun markalı ütü, HOFFMANN markalı plitə və xx.xx.2019-cu il tarixli, 00535017 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********37525 Samsung J2 markalı telefonu cavabdeh iddiaçıdan almışdır. Cavabdeh əşyaları qəbul etmiş, onların qiymətini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə də Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, cavabdehin xx.xx.2018-ci i tarixli, 00321408 nömrəli müqavilə üzrə141 (bir yüz qırx bir) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə və xx.xx.2019-cu il tarixli, 00535017 nömrəli müqavilə üzrə 176 (bir yüz yetmiş altı) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla ümumilikdə 349 (üç yüz qırx doqquz) manat borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş xx.xx.2018-ci i tarixli, 00321408 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 846 manat, HOFFMANN markalı aspirator, Philips markalı saçqırxan, Braun markalıütü, HOFFMANN markalı plitəni hissə-hissəödəmək şərti ilə almışdır. xx.xx.2018-ci i tarixli, 00321408 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən (ödəniş cədvəli) görünür ki, Cavabdeh ona verilmişəşyaların əvəzinin ödənilməsini qrafiki üzrə hər ay dəyişilməz olaraq 47 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 00535017 nömrəli müqavilədən görünür ki, cavabdeh «xxxxxxxxxxx» MMC-dən alqı-satqı qiyməti 396 manat, İMEİ kodu **********37525 Samsung J2 markalı telefonu hissə-hissə ödəmək şərti ilə almışdır. xx.xx.2019-cu il tarixli, 00535017 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədən (ödəniş cədvəli) görünür ki, Cavabdeh ona verilmiş əşyanın əvəzinin ödənilməsini qrafiki üzrə hər ay dəyişilməz olaraq 22 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə vəödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci i tarixli, 00321408 nömrəli müqavilə üzrə 141 (bir yüz qırx bir) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, xx.xx.2019-cu il tarixli, 00535017 nömrəli müqaviləüzrə 176 (bir yüz yetmiş altı) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla ümumilikdə 349 (üç yüz qırx doqquz) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehə göndərilmiş bildiriş geri qaytarıldığıüçün bildirişin ona təqdim olunmasıüçün sonuncu yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmişdir. Cavabdeh bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etiraznı və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə iləödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilənlərəəsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli xx.xx.2018-ci i tarixli, 00321408 nömrəli müqavilə üzrə 141 (bir yüz qırx bir) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə və xx.xx.2019-cu il tarixli, 00535017 nömrəli müqaviləüzrə 176 (bir yüz yetmiş altı) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla ümumilikdə 349 (üç yüz qırx doqquz) manat borc Cavabdeh alınaraq iddiaçı«xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 600-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci i tarixli, 00321408 nömrəli müqavilə üzrə 141 (bir yüz qırx bir) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə və xx.xx.2019-cu il tarixli, 00535017 nömrəli müqavilə üzrə176 (bir yüz yetmiş altı) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla ümumilikdə 349 (üç yüz qırx doqquz) manat pul və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X1 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar