Məhkəmə qərarları › İş №2(043)-3288/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3288/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3288/2021 05.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 11170 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 28.12.2019-cu il, 28.12.2019-cu il, 20.05.2020-ci il, 11.03.2020-ci il, 16.05.2020-ci il, 18.05.2020-ci il, 18.05.2020-ci il, 20.05.2020-ci il tarixli müqavilələrə əsasən, Xiaomi Mi band 4 markalı 2 ədəd qulaqlıq, Smart Segway, İMEİ kodu **********39245 Samsung Galaxy S20+ DUAL markalı telefon, X5 markalı qulaqlıq, Samsung LED markalı televizor, Samsung LED markalı televizor, LG markalı soyuducu, paltaryuyan, Samsung markalı soyuducu, LG markalı paltaryuyan, İMEİ kodu **********78508 Samsung Galaxy A31 markalı telefon, Headphones Samsung, Keyboard Logitech, Headphones JBL markalı aksesuarlar, DECT PANASONİC markalı ev telefonu almış və nəticədə 11170 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 189.6 manat (12 ay x 15.8 manat + 0 manat ilkin ödəniş) olan Xiaomi Mi band 4 markalı 2 ədəd qulaqlıq üçün ümumilikdə, 144 manat olmaqla ondan 112.6 manat ödənilməmiş hissə, 31.4 manat dəbbə pulu; 28.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 346.8 manat (6 ay x 57.8 manat + 0 manat ilkin ödəniş) olan Smart Segway üçün ümumilikdə, 210 manat olmaqla ondan 158.8 manat ödənilməmiş hissə, 51.2 manat dəbbə pulu; 08.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2415.6 manat (12 ay x 170.3 manat + 372 manat ilkin ödəniş) olan İMEİ kodu **********39245 Samsung Galaxy S20+ DUAL markalı telefon, X5 markalı qulaqlıq üçün ümumilikdə, 2435 manat olmaqla ondan 1873.3 manat ödənilməmiş hissə, 561.7 manat dəbbə pulu; 11.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1852.2 manat (18 ay x 102.9 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED markalı televizor üçün ümumilikdə, 2209 manat olmaqla ondan 1749.3 manat ödənilməmiş hissə, 459.7 manat dəbbə pulu; 16.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4474.8 manat (18 ay x 207.1 manat + 747 manat ilkin ödəniş) olan Samsung LED markalı televizor, LG markalı soyuducu, paltaryuyan üçün ümumilikdə, 1613 manat olmaqla ondan 1364.4 manat ödənilməmiş hissə, 248.6 manat dəbbə pulu; 18.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1717.4 manat (18 ay x 91.8 manat + 65 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün ümumilikdə, 2035 manat olmaqla ondan 1652.4 manat ödənilməmiş hissə, 382.6 manat dəbbə pulu; 18.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1471.8 manat (18 ay x 71.6 manat + 1 8 3 manat ilkin ödəniş) olan LG markalı paltaryuyan üçün ümumilikdə, 1587 manat olmaqla ondan 1288.8 manat ödənilməmiş hissə, 298.2 manat dəbbə pulu; 20.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1015.2 manat (2 ay x 360.1 manat + 295 manat ilkin ödəniş) olan İMEİ kodu **********78508 Samsung Galaxy A31 markalı telefon, Headphones Samsung, Keyboard Logitech, Headphones JBL markalı aksesuarlar, DECT PANASONİC markalı ev telefonu üçün ümumilikdə, 937 manat olmaqla ondan 720.2 manat ödənilməmiş hissə, 216.8 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin 16.05.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 316 manat, məhsulun qaytarıldıqdan sonra qoyulan qiyməti 2794.4 manat, ümumilikdə 3110.4 manat təşkil edir. Digər müqavilə üzrə cəmi ödədiyi məbləğ isə 1453.2 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28.12.2019-cu il tarixli 01166094 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən alqı-satqı qiyməti 189,6 manat olan məhsulları (Xiaomi Mi band 4 markalı 2 ədəd qulaqlıq) ilkin ödəniş etmədən, aylıq ödəniş 15,8 manat olmaqla 12 ay müddətinə ödəmək şərtilə almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 28.12.2019-cu il tarixli 01166235 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMCdən alqı-satqı qiyməti 346,8 manat olan məhsulu (Smart Segway holder) ilkin ödəniş etmədən, aylıq ödəniş 57,8 manat olmaqla 6 ay müddətinə ödəmək şərtilə almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 08.03.2020-ci il tarixli 20160572 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 2415,6 manat olan məhsulları (Samsung Galaxy S20 markalı telefon və Samsung Buds markalı qulaqlıq) 372 manat ilkin ödəniş etməklə, qalan məbləği, aylıq ödəniş 170,3 manat olmaqla 12 ay müddətinə ödəmək şərtilə almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 11.03.2020-ci il tarixli 20168398 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1852,2 manat olan məhsulu (Smart Segway holder) ilkin ödəniş etmədən, aylıq ödəniş 102,9 manat olmaqla 18 ay müddətinə ödəmək şərtilə almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 16.05.2020-ci il tarixli 20283982 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 4474,8 manat olan məhsulları (Samsung LED markalı televizor, LG markalı soyuducu, LG markalı paltaruyan) 747 manat ilkin ödəniş etməklə, qalan məbləği, aylıq ödəniş 207,1 manat olmaqla 18 ay müddətinə ödəmək şərtilə almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 18.05.2020-ci il tarixli 20288472 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1717,4 manat olan məhsulu (Samsung markalı soyuducu) 65 manat ilkin ödəniş etməklə, qalan məbləği, aylıq ödəniş 91,8 manat olmaqla 18 ay müddətinə ödəmək şərtilə almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 18.05.2020-ci il tarixli 20288554 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1717,4 manat olan məhsulu (LG markalı paltaryuyan) 183 manat ilkin ödəniş etməklə, qalan məbləği, aylıq ödəniş 71,6 manat olmaqla 18 ay müddətinə ödəmək şərtilə almışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 20.05.2020-ci il tarixli 20291628 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1015,2 manat olan məhsulları (Samsung Galaxy A31 markalı Headphones, Samsung markalı X3 JBL markalı aksesuarlar, DECT Panasonic markalı ev telefonu) 295 manat ilkin ödəniş etməklə, qalan məbləği, aylıq ödəniş 360,1 manat olmaqla 2 ay müddətinə ödəmək şərtilə almışdır. Tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində cərimə (penya) ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 28.12.2019-cu il tarixli 01166094 nömrəli, 28.12.2019-cu il tarixli 01166235 nömrəli, 08.03.2020-ci il tarixli 20160572 nömrəli, 11.03.2020-ci il tarixli 20168398 nömrəli, 16.05.2020-ci il tarixli 20283982 nömrəli, 18.05.2020-ci il tarixli 20288472 nömrəli, 18.05.2020-ci il tarixli 20288554 nömrəli və 20.05.2020-ci il tarixli 20291628 nömrəli müqavilələr üzrə cavabdeh cəmi 4563,6 manat ödəniş etmiş, onun hal-hazırda 11170 manat (8919,8 manat əsas borc və 2250,2 manat cərimə) ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı satdığı əşyaların dəyərini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqavilələrə isnad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 28.12.2019-cu il tarixli 01166094 nömrəli müqavilə üzrə 31,4 manat; 28.12.2019-cu il tarixli 01166235 nömrəli müqavilə üzrə 51,2 manat; 08.03.2020-ci il tarixli 20160572 nömrəli müqavilə üzrə 561,7 manat; 11.03.2020-ci il tarixli 20168398 nömrəli müqavilə üzrə 459,7 manat; 16.05.2020-ci il tarixli 20283982 nömrəli müqavilə üzrə 248,6 manat; 18.05.2020-ci il tarixli 20288472 nömrəli müqavilə üzrə 382,6 manat; 18.05.2020-ci il tarixli 20288554 nömrəli müqavilə üzrə 298,2 manat; 20.05.2020-ci il tarixli 20291628 nömrəli müqavilə üzrə isə 216,8 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun 08.03.2020-ci il tarixli 20160572 nömrəli müqavilə üzrə 100 manat; 11.03.2020-ci il tarixli 20168398 nömrəli müqavilə üzrə 80 manat; 16.05.2020-ci il tarixli 20283982 nömrəli müqavilə üzrə 60 manat; 18.05.2020-ci il tarixli 20288472 nömrəli müqavilə üzrə 70 manat; 18.05.2020-ci il tarixli 20288554 nömrəli müqavilə üzrə 60 manat; 20.05.2020-ci il tarixli 20291628 nömrəli müqavilə üzrə isə 50 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 8919,8 manat ödənilməmiş borc və 502,60 manat cərimə olmaqla, cəmi 9422,40 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 28.12.2019-cu il tarixli 01166094 nömrəli 28.12.2019-cu il tarixli 01166235 nömrəli, 08.03.2020-ci il tarixli 20160572 nömrəli, 11.03.2020-ci il tarixli 20168398 nömrəli, 16.05.2020-ci il tarixli 20283982 nömrəli, 18.05.2020-ci il tarixli 20288472 nömrəli, 18.05.2020-ci il tarixli 20288554 nömrəli və 20.05.2020-ci il tarixli 20291628 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 8919,80 manat əsas borc və 502,60 manat cərimə olmaqla, cəmi 9422,40 manat (doqquz min dörd yüz iyirmi iki manat qırx qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar