Məhkəmə qərarları › İş №2(043)-3296/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3296/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3296/2020 21.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Ərazi idarəsinə qarşı «alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, A.Zeynallı küçəsi ev 17 saylı mülk üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin mülkə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Gəncə şəhəri, Nizami rayonu, A.Zeynallı küçəsi ev 17 saylı mülkü 1979-cu il tarixdə 18800 (on səkkiz min səkkiz yüz) manat pul ödəməklə X1 almışdır. Alqı-satqını öz aralarında akt vasitəsi ilə bağlamışdırlar. Həmin tarixdən etibarən qeyd edilən mülkdə yaşayır. Qeyd edilən mülkə çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin oradan ona Gəncə şəhəri, Nizami rayonu, A.Zeynallı küçəsi ev 17 saylı mülkə çıxarışın verilməsinin mümkün olmadığını bildirmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 185.6-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıxx.xx.1938-ci ildə Xanlar rayonunda anadan olmaqla, ünvan 1 ünvanında qeydiyyatdadır; xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. xx.xx.1979-cu il tarixdə şahidlərin iştirakı ilə bağlanmış aktdan görünür ki, İddiaçı xx.xx.1979-cu ildə X3 məxsus olan ünvan 2 ünvanında yerləşən evi almışdır. Akta mülkün sahibi X4, mülk sahibinin həyat yoldaşı X4, Qulyan Qrişa, Markaryan Andranik, Verdiyev Nurəddin, Əliyev Bəndər, X5 və X6 imza etmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Gəncə şəhəri, A.Zeynallı küçəsi, 17 saylı fərdi yaşayış evinə dair 1976-cı ildə X2 adına texniki pasport tərtib edilmişdir. Bu mülk dövlət reyestrində qeydə alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, A.Zeynallı küçəsi, 17 saylı fərdi yaşayış evinə dair dövlət reyestrindəm çıxarışın alınması torpaq sahəsinin plan və ölçüsü sənədlərə əlavə olunmadığından mümkün deyildir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdırıb, tərəflər arasında olan hüquq münasibətlərinə tətbiq olunmalı hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin görünür ki, iddiaç ıX4 ilə aralarında olan yazılı akta əsasən, sonuncuya məxsus olan Gəncə şəhəri, A.Zeynallı küçəsi, 17 saylı evi razılaşdıqları qiymətə X1 almışdır. 1979-cu ildən iddiaçı maneəsiz, heç bir mübahisə olmadan fərdi yaşayış evinə faktiki olaraq öz mülkiyyəti kimi sahiblik etmiş, ondan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görəəgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isəəqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. MM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. MM-in 139.2-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. MM-in 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı X2 xüsusi mülkiyyətində olan fərdi yaşayış evini aralarında olan qarşılıqlı razılığa əsasən müəyyən edilmiş dəyərini tam şəkildə ödəmişdir. Bunun əsasında əmlakın əvvəlki sahibi xüsusi mülkiyyətində olan fərdi yaşayış evini iddiaçının faktiki istifadəsinə vermiş və həmin fərdi yaşayış evinə aid olan mülkiyyət hüququnu tanıyan sənədin əslini iddiaçıya təqdim etmişdir. Mübahisə predmetinə aid olan, iddiaçının alqı-satqı əqdinin etibarlı sayılmasını tələb etdiyi fərdi yaşayış evi hazırda uzun illərdir ki, iddiaçının faktiki istifadəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə X4 arasında Gəncə şəhəri, A.Zeynallı küçəsi, 17 saylı fərdi yaşayış evinin alqı-satqısına dair əqdi etibarlı hesab olunmalıdır və İddiaçı Gəncə şəhəri, A.Zeynallı küçəsi, 17 saylı fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ tanınmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. İddiaçı ilə X4 arasında Gəncə şəhəri, A.Zeynallı küçəsi, 17 saylı fərdi yaşayış evinin alqı satqısına dair olan əqd etibarlı hesab olunsun və İddiaçı Gəncə şəhəri, A.Zeynallı küçəsi, 17 saylı fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ tanınsın. İş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar