Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3299/2020 10.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı «xxxxxxxxxxxxxxxxxx» MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəlal qızına qarşı borcun tutulması tələbinə dair kiçik iddia üzrə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı «xxxxxxxxxxxxxxxxxx» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəlal qızına qarşı kiçik iddia üzrə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1891.77 manat əsas borcun, 11 manat hesablanmış faiz borcunun, cəmi:- 1902.77 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun «xxxxxxxxxxxxxxxxxx» MMC -in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsini nəzərdən keçirərkən müəyyən olundu ki, iddiaçı öz tələbini əsaslandırdığı sənədi (pulun verilməsinə dair kassa məxaric oderini) ərizəyə əlavə etməmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-MPM) 284-3-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənəd ərizədə göstərilməlidir. MPM-in 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul olunmasından imtina edir. MPM-in 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul olunmasından imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Beləliklə, məhkəmə qanunun göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, iddiaçı «xxxxxxxxxxxxxxxxxx» MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəlal qızına qarşı borcun tutulması tələbinə dair kiçik iddia üzrə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 165-168, 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA ALDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxx» MMC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəlal qızına qarşı borcun tutulması tələbinə dair kiçik iddia üzrə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3299/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3299/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver