Məhkəmə qərarları › İş №2(043)-3308/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3308/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3308/2021 06.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-in Cavabdeh oğluna qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" QSC Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 15.07.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehdən 3872,98 manat məbləğində əsas, 31,52 manat faiz və 1309,55 manat cərimə olmaqla, cəmi 5214,05 (beş min iki yüz on dörd manat 05 qəpik) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" QSC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli fərmanına əsasən vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədi ilə, cavabdeh Cavabdeh oğlu ilə bank arasında bağlanmış 15.07.2019-cu il tarixli, 006A********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə, 1 il güzəşt müddəti ilə 3953,36 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 15.09.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 80,38 manat ödəniş etmiş və onun iddiaçıya 3872,98 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Belə ki, cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 13.08.2021-ci il tarixə 332 gün üçün hesablanmış faiz borcu 31,52 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 13.08.2021-ci il tarixə 332 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1309,55 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəflərlə xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə öhdəliyi icra etməkdən yayındığı üçün məcbur olub məhkəməyə müraciət etmişlər. Müqavilənin 4.1.2-ci maddəsinə əsasən kredit alan krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə bankın müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini müqaviləyə xitam verildiyi günə qədər hesablanmış faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri borc alandan geri qaytarmağı tələb etmək hüququ vardır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçıdan aldığı kredit borcunu maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməmişdir. Borcunu hissə-hissə ödəməyə etiraz etmir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 15.07.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsidən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh oğluna 60 ay müddətinə, illik fiz dərəcəsi 1% faiz olmaqla 3953,36 manat məbləğində kredit verilmişdir. 13.07.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh oğlu iddiaçı "xxxx" QSC-in xəzinədarlığından 3953,56 manat pulu qəbul etmişdir. 15.07.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu iddiaçı "xxxx" QSC-dən götürdüyü 3953,36 manat kredit məbləğini 15.07.2024-cü il tarixə qədər hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. 19.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 15.07.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 3872,98 manat məbləğində əsas, 31,52 manat faiz və 1309,55 manat cərimə olmaqla cəmi 5214,05 (beş min iki yüz on dörd manat 05 qəpik) manat məbləğində borcu qalmışdır. 06.08.2021-ci il tarixli , 30.04.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehə kredit borcunun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" QSC ilə Cavabdeh arasında 15.07.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1 % faiz dərəcəsi ilə 3953,36 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəli icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tutulmalı olan 1309,55 manat cərimə məbləği azaldılaraq 9,55 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 15.07.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 3872,98 manat məbləğində əsas, 31,52 manat faiz və 9,55 manat cərimə olmaqla, cəmi 3914,05 (üç min doqquz yüz on dörd manat 05 qəpik) manat məbləğində kredit borcu Cavabdeh oğlundan, tutularaq "xxxx" QSC-in xeyrinə ödənilməlidir. Kredit müqaviləsinin ləğv olunmasına gəldikdə isə məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün iddia tələbi həmin hissədə də təmin olunaraq tərəflər arasında bağlanmış 15.07.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi ləğv olunmalıdır. (MM mad. 421.2) MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdəaid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. İddiaçı "xxxx" QSC ilə Cavabdeh oğlu arasında bağlanmış 15.07.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi ləğv olunsun. Cavabdehlər Cavabdeh, 15.07.2019-cu il tarixli, 006A********** nömrəli kredit müqaviləsi üzrə 3872,98 manat məbləğində əsas, 31,52 manat faiz və 9,55 manat cərimə olmaqla, cəmi 3914,05 (üç min doqquz yüz on dörd manat 05 qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq iddiaçı "xxxx" QSC-in xeyirinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar