Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3314/2020 13.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçıBANK «xxx» ASC -in cavabdeh Bayramova (İbrahimova) Ayşən Vüqar qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m üə y y ə n e t d i m : İddiaçı BANK «xxx» ASC cavabdeh Bayramova (İbrahimova) Ayşən Vüqar qızına qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank “xxx” ASC-nin “Gəncə” filialı ilə cavabdeh Bayramova (İbrahimova) Ayşən Vüqar qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli FN- 00399-06/18A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 445.29 (dörd yüz qırx beş manat iyirmi doqquz qəpik) manat əsas borc, 69.72 (altmış doqquz manat yetmiş iki qəpik) manat faiz borcu, 8.4 (səkkiz manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 523.41 (beş yüz iyirmi üç manat qırx bir qəpik) manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdeh Bayramova (İbrahimova) Ayşən Vüqar qızından iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank “xxx’' ASC-nin "‘Gəncə” filialı ilə cavabdeh Bayramova (İbrahimova) Ayşən Vüqar qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli FN- 00399-06/18A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 31 faiz ödəmək şərti ilə 1700 (bir min yeddi yüz) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh Bayramova (İbrahimova) Ayşən Vüqar qızı kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinəəsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə hesablanmış və ödənilməmiş 445.29 manat əsas borc, 69.72 manat faiz borcu, 8.4 manat dəbbə borcu vardır.Beləliklə cavabdehin xx.xx.2020-ci il tarixinə cəmi borcu 523.41 manat təşkil edir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Ərizəyəəlavə olunmuş xx.xx.2018-ci il tarixli FN- 00399-06/18A nömrəli müqavilədən görünür ki, cavabdehə 24 ay müddətinə, illik 31faiz ödəmək şərtilə 1700 (bir min yeddi yüz) manat məbləğində kredit verilmişdir; xx.xx.2020-ci il tarixli RİED 2020/4916 nömrəli maliyyə arayışından görünür ki, Bayramova (İbrahimova) Ayşən Vüqar qızının BANK «xxx» ASC -yəödənilməmiş 445.29 manat əsas borc, 69.72 manat faiz borcu, 8.4 manat dəbbə borcu vardır.Beləliklə cavabdehin cəmi borcu 523.41 manatdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. xx.xx.2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Bayramova (İbrahimova) Ayşən Vüqar qızı BANK «xxx» ASC -nin xəzinədarlığından 1700 (bir min yeddi yüz) manat krediti götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284-1-ci maddəsinəəsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnaməçıxarılmalıdır. Bayramova (İbrahimova) Ayşən Vüqar qızına yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinəəsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə verilən kredit müqabilindəödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməliəsas məbləğüzrə 445.29 (dörd yüz qırx beş manat iyirmi doqquz qəpik) manat əsas borc, 69.72 (altmış doqquz manat yetmiş iki qəpik) manat faiz borcu, 8.4 (səkkiz manat qırx qəpik) manat dəbbə borcu olmaqla cəmi borc 523.41 (beş yüz iyirmi üç manat qırx bir qəpik) manat kredit borcu Bayramova (İbrahimova) Ayşən Vüqar qızından alınaraq iddiaçıBANK «xxx» ASC yəödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bayramova (İbrahimova) Ayşən Vüqar qızından xx.xx.2018-ci il tarixli FN- 00399-06/18A nömrəli kredit müqaviləsi üzrə 445.29 (dörd yüz qırx beş manat iyirmi doqquz qəpik) manat əsas borc, 69.72 (altmış doqquz manat yetmiş iki qəpik) manat faiz borcu, 8.4 (səkkiz manat qırx qəpik) manat cərimə olmaqla, cəmi 523.41 (beş yüz iyirmi üç manat qırx bir qəpik) manat kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidməti tutularaq iddiaçı BANK «xxx» ASC -in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X1 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3314/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3314/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver