Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3319/2020 18.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu iddiaçı Bank olmayan kredit təşkilatı İddiaçı Cavabdeh qarşı «kredit borcu» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyənetdim: İddiaçı Bank olmayan kredit təşkilatı «xxxxxxxx» MMC Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddia ərizəsinə tələbi təsdiq edən sənədlər qismində Cavabdeh ilə bağlanmış kredit müqaviləsi və 1100 manat məbləğində pulun X2 adlı şəxsə verilməsinə dair kassa məxaric orderi əlavə edilmişdir. İş üzrə Cavabdeh olduğu halda kredit müqaviləsi üzrə pulun Cavabdeh verilməsinə dair sübut ərizəyə əlavə edilməmişdir. Başqa şəxsə pul ödənilməsinə dair sənəd hazırkı tələbi təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284- 4.1.3, və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Bank olmayan kredit təşkilatı İddiaçı Cavabdeh qarşı «kredit borcu» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3319/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3319/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver