Məhkəmə qərarları › İş №2(043)-3319/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3319/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3319/2021 25.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokola görə "xxxx" MMC tərəfindən ödənilmiş 640 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2017-ci il tarixdə AL-1428 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən istifadəsinə 2013-cü il buraxılışlı, “Saipa 132 EX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NAS4211E1 140753 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla bağlı olaraq İddiaçı MMC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Kəpəz rayon məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(043)-4251/2018 saylı qətnaməsi ilə (hakim F.Mirabov) İddiaçı MMC-nin iddiası qismən təmin edilərək Cavabdeh ümumilikdə 190 manat məbləğində dəymiş zərərin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə üzrə lizinq obyekti olan “Saipa 132 EX” markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində sürücü Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə saylı protokolla inzibati qaydada cərimələnmişdir. Bu faktı Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindən təqdim olunmuş qərarın surəti və DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Nəzərə çatdırılır ki, 07 noyabr 2017-ci il tarixli KYP 290661 saylı protokola görə 640 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırılır ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokol əsasında yaranmış cərimə tərəflərindən ödənilmişdir. Həmin cərimə ödənilmədiyi təqdirdə X3 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. İddiaçı MMC-nin direktoru X1 məhkəməyə daxil olmuş 22.09.2021-ci il tarixli ərizəsindən görünür ki, mülki işə onların iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh ifadəsində bildirdi ki, o, İddiaçı MMC ilə bağladığı 24 iyul 2017-ci il tarixdə AL-1428 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən istifadəsinə 2013cü il buraxılışlı, “Saipa 132 EX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil verilmişdir. Lakin sonradan müqavilənin şərtlərinə əməl etmədiyindən həmin avtomobil ondan geri alınmışdır. Həmin avtomobil onun tərəfindən idarə olunarkən DYPnin əməkdaşları tərəfindən sərxoşluqla bağlı cərimə olunmuş, inzibati xətanı özü törətmişdir. İddiaçı olan İddiaçı MMC-nin cərimədən sonradan xəbəri olmuş, onun tərəfindən həmin cərimə ödənilməmişdir. Hazırda həmin cəriməni ödəməyə maddi imkanı yoxdur. Odur ki, qanun tələblərinə uyğun olaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 24.07.2017-ci il tarixli, AL-1428 nömrəli daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində 2013-cü buraxılışlı, “SAİPA 132 EX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NAS4211E114073 ban ******* mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4251/2018 saylı, 13 noyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 190,0 (bir yüz doxsan) manat məbləğində pul vəsaiti (dəymiş zərər) alınaraq, İddiaçı xeyrinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun 20,0 (iyirmi manat) Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş 06.12.2017-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, Cavabdeh 07.11.2017-ci il tarixdə saat 17:34-də “SAİPA 132EX” minik markalı, **-PJ-*** Dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “X3” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə KYP290661 saylı protokol üzrə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən 400 manat məbləğində inzibati cərimə edilmişdir; İş materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin çıxarışının surətindən görünür ki, Cavabdeh “SAİPA 132EX” minik markalı, **-PJ-*** Dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman törətdiyi inzibati xətaya görə təyin edilmiş 400 manat cəriməni ödəmədiyi üçün 240 manat məbləğində dəbbə pulu hesablanmışdır. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, 19.01.2021-ci il tarixdə KYP290661 saylı protokol üzrə 640 manat pul dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 iyul 2017-ci il tarixdə AL-1428 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən istifadəsinə 2013-cü il buraxılışlı, “Saipa 132 EX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NAS4211E1 140753 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. “Daxili Lizinq” müqaviləsi qüvvədə olan zaman cavabdehin istifadəsinə olan “Saipa 132 EX” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “X3” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən 400 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra cavabdeh müqavilə şərtlərinə əməl etmədiyindən avtomobil iddiaçıya qaytarılmışdır. Lakin cavabdeh törətdiyi inzibati xətaya görə cəriməni ödəmədiyi üçün həmin məbləğə 240 manat məbləğində dəbbə pulu hesablanmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün İddiaçı MMC mülkiyyətində olan nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokol əsasında yaranmış cəriməni və hesablanmış dəbbə pulunu ödəmək məcburiyyətində qalmışdır. Həmin cərimə ödənilmədiyi təqdirdə isə “X3” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul ediləcəkdi. Cavabdeh cəriməni ödəmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh isə qeyd edilən inzibati xətanı törətdiyini və maddi imkanı olmadığı üçün cərimə məbləğini ödəyə bilmədiyini bildirmişdir. Müəyyən olunmuş işin faktiki halları ilə balı məhkəmə qeyd edir ki, iş üzrə iddiaçının mülkiyyətində olan avtomobil cavabdehin istifadəsində olarkən, cavabdeh həmin avtomobil ilə inzibati xəta törətdiyi üçün cərimə olunmuş, lakin cavabdeh cəriməni ödəmədiyi üçün iddiaçı mülkiyyətində olan avtomobilin cərimə meydançasında saxlanılmaması üçün törədilmiş inzibati xəta haqqında qərar əsasında yaranmış 640 manat cərimə və dəbbə pulunu özü dövlət büdcəsinə ödəmək məcburiyyətində qalmış, iddiaçı tərəfindən həmin cərimənin ödənilməsi üçün tərəflər arasında müqavilə və ya qanuni əsas olmamışdır. Bununla da cavabdehin vəsaiti hesabına qeyd edilən cərimə məbləği ödənilməli olduğu halda, cavabdehin vəsaitində azalma baş verməmiş, o, iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir, Cavabdeh 640 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 640 (altı yüz qırx) manat məbləğində pul və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq, İddiaçınə verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar