Məhkəmə qərarları › İş №2(043)-3320/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3320/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3320/2020 28.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi ilə, İddiaçı «xxxxxxxxxxxxxx» ASC-in Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı «xxxxxxxxxxxxxx» ASC Cavabdeh qarşı iddiaərizəsiilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehdən 1733,64 (bir min yeddi yüz otuz üç manat 64 qəpik) manat əsas, 61,90 (altmış bir manat 90 qəpik) manat faiz borcu olmaqla, cəmi 1795,54 (bir min yeddi yüz doxsan beş manat 54 qəpik) manat borcun, iş üzrə ödənilmiş ödənilmiş 20,40 (iyirmi manat 40 qəpik) manat dövlət rüsumunun iddiaçı«xxxxxxxxxxxxxx» ASC xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək işə iştirakları olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə nəğd şəkildə istifadə olunmaqla 3000 (üç min) manat məbləğində kredit verilmiş və bununla bağlı «xxxxxxxxxxxxxx» ASC-ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.5-ci bəndinə əsasən Bank kredit müqaviləsində müəyyən edilmiş faiz hədlərinə əsasən hesablanmış, lakin vaxtında ödənilməmiş faizləri kapitallaşdıraraq borcalanın borcunu artıra bilər. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixə olan əsas borcu 1733,64 (bir min yeddi yüz otuz üç manat 64 qəpik) manat, 61,90 (altmış bir manat 90 qəpik) manat faiz borcu, cəmi 1795,54 (bir min yeddi yüz doxsan beş manat 54 qəpik) manat təşkil edir.Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh götürdüyü borcun qaytarılmasıüçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları cavabsız qalmışdır. Bununla da cavabdeh, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin, kredit müqaviləsinə əsasən «xxxxxxxxxxxxxx» ASC-yə olan əsas və ona hesablanmış faiz borcu 1795,54 (bir min yeddi yüz doxsan beş manat 54 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. İddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehəistehlak məqsədləri üçün 24 ay müddətinə, illik 20 faiz ödəmək şərtilə 3000 AZN məbləğində kredit verilmişdir; ******* nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh «xxxxxxxxxxxxxx» ASC-yə xx.xx.2020-ci il tarixə 1733,64 (bir min yeddi yüz otuz üç manat 64 qəpik) manat əsas borc, 61,90 (altmış bir manat 90 qəpik) manat faiz borcu olmaqla, cəmi 1795,54 (bir min yeddi yüz doxsan beş manat 54 qəpik) manat borcu vardır; xx.xx.2020-cu il tarixli pretenziyanın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinin gecikdirildiyi halda məhkəməyə müraciət olunacağına dair xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildiki, xx.xx.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə «xxxxxxxxxxxxxx» ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə 20 faiz ödəmək şərti ilə 3000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə cavabdeh həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağıöhdəsinə götürmüşdür. Lakin cavabdeh müqaviləninşərtlərinəəməl etmədiyindən 1733,64 (bir min yeddi yüz otuz üç manat 64 qəpik) manat əsas 61,90 (altmış bir manat 90 qəpik) manat faiz borcu olmaqla, cəmi 1795,54 (bir min yeddi yüz doxsan beş manat 54 qəpik) manat kredit borcu yaranmışdır. Məhkəmə işüçün əhəmiyyətli olan halları araşdırıb, mülki işəəlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməkləödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanmasıüçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı cavabdehə illikfaizdərəcəsi20 faiz olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verməkləüzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli xx.xx.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə 1733,64 (bir min yeddi yüz otuz üç manat 64 qəpik) manat əsas borc, 61,90 (altmış bir manat 90 qəpik) manat faiz borcu olmaqla, cəmi 1795,54 (bir min yeddi yüz doxsan beş manat 54 qəpik) manat kredit borcu Cavabdeh alınaraq İddiaçı ASC-yəödənilməlidir. Kredit müqaviləsinin ləğv olunmasına gəldikdə isə məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün iddia tələbi həmin hissədə də təmin olunaraq tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsi ləğv olunmalıdır. (MM mad. 421.2) MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı«xxxxxxxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə 1733,64 (bir min yeddi yüz otuz üç manat 64 qəpik) manat əsas 61,90 (altmış bir manat 90 qəpik) manat faiz borcu olmaqla, cəmi 1795,54 (bir min yeddi yüz doxsan beş manat 54 qəpik) manat kredit borcu və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxxxxx» ASC-in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar