Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3322/2020 18.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu X8 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X1 Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, sentyabr müəyyənetdim: X8 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X3 Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi Səbuhi Mustafayev tərəfindən imzalanmışdır. İddia ərizəsinə xx.xx.2020-ci il tarixli etibarnamə əlavə edilmişdir. Həmin etibarnamə ilə X2 Cəmiyyəti məhkəmədə təmsil etmək üçün bir sıra səlahiyyətlər, o cümlədən iddia ərizəsinin imzalanması səlahiyyəti etibar edilmişdir. Etibarnamə BOKT “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin X5 X7 tərəfindən imzalanmışdır.Məhkəmə qeyd edir ki, bu etibarnamə lazımi qaydada səlahiyyətin verilməsini təsdiq edən sənəd hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin rəhbəri onun İdarə Heyətinin sədri X4r. İddia ərizəsinə X5 müavininin hüquqi şəxsin adından etibarnamə vermək səlahiyyətinin olmasına dair heç bir sənəd əlavə edilməmişdir. Beləliklə, iddia ərizəsi mülki-prosessual qanunvericiliyə uyğun olaraq səlahiyyət verilməmiş şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263-264 və 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı m: X8 Kredit Təşkilatı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» X1 Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3322/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3322/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver