Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3334/2021 10.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı AccessBank QSC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı AccessBank QSC-in cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit razılaşmasının ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı AccessBank QSC cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit razılaşmalarının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 006R********** saylı kredit razılaşması üzrə 1957,76 manat məbləğində kredit borcu, 16,24 manat məbləğində faiz borcu və 612,79 manat məbləğində cərimə, 006R********** saylı kredit müqaviləsi üzrə 7051,37 manat məbləğində kredit borcu, 59,98 manat məbləğində faiz borcu və 2207,09 manat məbləğində cərimə olmaqla, cəmi 11905,23 (on bir min doqquz yüz beş manat 23 qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq AccessBank QSC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı AccessBank QSC-in nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlərdən Cavabdeh1 ilə AccessBank QSC arasında bağlanmış 15.03.2013-cü il tarixli 06L000004585 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 01.08.2019-cu il tarixli 06L000004585S saylı sazişlə, kredit xəttinin müddəti 137 (yüz otuz yeddi) ay müddətində, kredit xəttinin məbləği 50000 (əlli min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə bank arasında bağlanmış 01.08.2019-cu il tarixli 006R********** saylı kredit razılaşmasına əsasən cavabdeh 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1998.15 (min doqquz yüz doxsan səkkiz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.10.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 40.39 manat ödəmiş, onun 1957.76 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Belə ki, cavabdehin kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 10.08.2021-ci il tarixə 313 gün üçün hesablanmış faiz borcu 16.24 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 10.08.2021-ci il tarixə 313 gün üçün hesablanmış cərimə 612.79 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə bank arasında bağlanmış 01.08.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə aylıq faiz dərəcəsi 0,0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdeh 7198,57 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1 2cı bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01.10.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 147,2 manat ödəmiş, onun 7051.37 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Belə ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 16.08.2021-ci il tarixə 313 gün üçün hesablanmış İaiz borcu 59.98 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 16.08.2021 -ci il tarixə 313 gün üçün hesablanmış cərimə 2207.09 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a« yarımhəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğin, faiz borcu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən zaminlər bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər.İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq bldirişi qəbul etməkdən imtina etmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 137.2 və 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 15.03.2013-cü il tarixli, 06L000004585 saylı kredit xətti müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı AccessBank QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmış, kreditin verilməsi tərəflər arasında «Kredit razılaşması» «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanacaq ayrıca razılaşma əsasında verilməsi şərtləndirilmişdir. 01.08.2019-cu il tarixli, 06L000004585S saylı sazişdən görünür ki, 15.03.2013-cü il tarixli, 06L000004585 saylı kredit xətti müqaviləsinə dəyişiklik edilmiş müqavilənin müddəti 137 ay müddətinə uzadılmışdır. 01.08.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmasından görünür ki, cavabdehin 15.03.2013-cü il tarixli, 06L000004585 saylı kredit xətti müqaviləsi üzrə vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədi ilə iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 01 faiz olmaqla 60 ay müddətinə 1998,15 manat məbləğində kredit verilmişdir. 01.08.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmasından görünür ki, cavabdehin 15.03.2013-cü il tarixli, 06L000004585 saylı kredit xətti müqaviləsi üzrə vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədi ilə iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 01 faiz olmaqla 60 ay müddətinə 7198,57 manat məbləğində kredit verilmişdir. 01.08.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmasına edilən əlavə ödəniş cədvəlindən görünür ki, cavabdeh krediti 01.08.2024-cü il tarixə qədər hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. 01.08.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 1998,15 manat pulu iddiaçı AccessBank QSC tərəfindən köçürmə yolu ilə qəbul etmişdir. 01.08.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmasına edilən əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 götürdüyü krediti 01.08.2024-cü il tarixə qədər hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. 01.08.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 7198,57 manat pulu iddiaçı AccessBank QSC tərəfindən köçürmə yolu ilə qəbul etmişdir. 15.03.2013-cü il tarixli və 01.08.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 kredit müqavilələrindən irəli gələn öhdəliyin icra edilməsinə görə borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. AccessBank QSC ilə Cavabdeh3 arasnda bağlanmış 01.08.2019-cu il tarixli, zaminlik müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, zaminlik müqaviləsinin müddəti 137 ay müddətə qədər uzadılmışdır. 17.08.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin 01.08.2019cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 1957,76 manat əsas, 16,24 manat faiz, 612,79 manat cərimə, 01.08.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 7051,37 manat əsas, 59,98 manat faiz, 2207,09 manat cərimə borcu vardır. Xəbərdarlıqlardan görünür ki, cavabdehlərə kredit borcunun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh1 oğlundan və zaminlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zaminlər bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehlərin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 01.08.2019cu il tarixli, 006R********** saylı razılaşma üzrə tutulmalı olan 612,79 manat cərimə məbləği azaldılaraq 12,79 manat həddində, 01.08.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə tutulmalı olan 2207,09 manat cərimə məbləği azaldılaraq 7,09 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etmədikləri üçün iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 01.08.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 1957,76 manat məbləğində əsas, 16,24 manat faiz, 12,79 manat cərimə, 01.08.2019-cu il il tarixli,006R********** saylı kredit razılaşması üzrə 7051,37 manat məbləğində əsas, 59,98 manat faiz, 7,09 manat cərimə olmaqla hər iki razılaşma üzrə cəmi 9105,23 (doqquz min yüz beş manat 23 qəpik) manat kredit borcu cavabdehlər Cavabdeh1 oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq AccessBank QSC-in xeyrinə ödənilməlidir. Kredit razılaşmalarının ləğv olunmasına gəldikdə isə məhkəmə qeyd edir ki, kredit xətti müqaviləsinin 3.1.2-ci bəndində nəzərdə tutulduğundan habelə cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozaraq iddiaçını ümid etməyə haqqı çatandan məhrum etdiyi üçün AccessBank QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 01.08.2019-cu il tarixli, 006R********** saylı və 01.08.2019-cu il il tarixli,006R********** saylı kredit razılaşmaları ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. İddiaçı AccessBank QSC ilə cavabdeh Cavabdeh1 oğlu arasında bağlanmış 01.08.2019-cu il tarixli, 006R********** saylı və 01.08.2019-cu il il tarixli,006R********** saylı kredit razılaşmaları ləğv edilsin. Cavabdehlər Cavabdeh1 oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 01.08.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 1957,76 manat məbləğində əsas, 16,24 manat faiz, 12,79 manat cərimə, 01.08.2019-cu il il tarixli,006R********** saylı kredit razılaşması üzrə 7051,37 manat məbləğində əsas, 59,98 manat faiz, 7,09 manat cərimə olmaqla, cəmi 9105,23 (doqquz min yüz beş manat 23 qəpik) manat kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı AccessBank QSC-nin xeyriə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3334/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3334/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver