Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3337/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3600 (üç min altı yüz) manat pulun və 31 (otuz bir) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehdən 1750 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddia həcminin azaldılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə «Lukoyl» yanacaq doldurma məntəqəsində çay evində tanış olmuşlar. Cavabdehlə söhbət zamanı müharibədə iştirak etdiyini lakin müharibə veteranı vəsiqəsi ala bilmədiyini cavabdehə bildirdikdə cavabdeh bir neçə vaxt ərzində onun sənədlərini düzəltmək imkanının olduğunu və bunun üçün müəyyən xərc tələb olunduğunu bildirmişdir. Bununla bağlı cavabdehə onun adından sənədlərin düzəldilməsi üçün etibarnəmə vermiş və ayrıayrı vaxtlarda 3600 manat pul vermişdir. Lakin cavabdeh ondan 3600 manat pul almasına baxmayaraq sənədləri tam olaraq düzəltməmişdir. O, dəflərlə cavabdehdən pulunu geri tələb etmiş lakin cavabdeh onun pulunu geri qaytarmamışdır. Bununla bağlı polisə müraciət edərkən cavabdeh 850 manat qaytarmışdır. Polisdə araşdırma aparıldıqdan sonra ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Hesab edir ki, cavabdeh onun tapşırığı ilə sənədləri tam şəkildə düzəltməmiş,yəni ona veteran vəsiqəsi düzəltmədiyi üçün qalan 1750 manat pulu ona qaytarmalıdır.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, iddiaçı ilə 2017-ci ilin axırlarında tanış olmuşdur. Aralarında normal münasibət yarandıqdan sonra iddiaçı onun müharibədə iştirak etməsi ilə əlaqədar veteran vəsiqəsinin düzəldilməsində ona köməklik etməsini xahiş etmiş və bu barədə onun adından iştirak etməsi üçün ona etibarnamə vermişdir. Bundan başqa həmin sənədlərin düzəldilməsi üçün ona müxtəlif vaxtlarda işin görülməsi üçün 1200 manat haqq ödmişdir.Lakin iddiaçıya müharibə veteranı vəsiqəsi düzəltməsə də onun aldığı travmanın hərbi travma olması barədə hərbi həkim komissiyasının qərarını almışdır.İddiaçının polisə şikayət etməsi ilə əlaqədar polisdə araşdırma aparılarkən iddiaçıdan aldığı puldan 850 manatını qaytarmışdır. İddiaçının şikayəti əsasında polisdə araşdırma aparılaraq mülki xaraxterli olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməsi izah olunmuşdur. İddiaçının tələb etdiyi puldan 1000 manatını qaytarmağa etirazı olmadığını bildirdi. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının tapşırıgı əsasında iddiaçıya veteran vəsiqəsinin düzəldilməsi məqsədi ilə tapşırığın həyata keçirilməsini öhdəsinə götürmüş və bunun müqabilində müzd olaraq iddiaçıdan 3600 manat pul almışdır. Lakin cavabdeh iddiaçının tapşırığını yerinə yetirmədiyi üçün iddiaçı ödədiyi pulun (muzdun) geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək tapşırığı qismən yerinə yetirərək iddiaçının aldığı travmanın hərbi travma olması barədə hərbi həkim komissiyasının qərarının aldığını habelə iddiaçıdan 1200 manat aldığını və ondan 850 manatını iddiaçının polisə şikayəti zamanı ödədəiyini 1000 manatını isə iddiaçıya qaytarmağa etirazı olmadığını göstərmişdir. Məhkəmə cavabdehin iddiaçıdan 1200 manat muzd aldığını və həmin məbləğdən 850 manatını qaytardığını və 1000 manatını isə qaytarmağa etirazı olmadığına dair göstərdiklərini işin müəyyən olunmuş hallarına uyğun olmadığını qeyd edir. Belə ki, cavabdehin iddiaçıdan 1200 manat muzd almasını və iddiaçının tapşırığı əsasında müəyyən işlər gördüktən sonra iddiaçıya artıqlaması ilə 1850 manat qaytarmasını həqiqətə uyğun hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. MM-in 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. MM-in 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh 1750,00 (bir min yeddi yüz əlli) manat pul 30 manat dövlət rüsumu və 1 manat xidmət haqqı alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3337/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3337/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver