Məhkəmə qərarları › İş №2(043)-3341/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3341/2020

14.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3341/2020 14.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin və əlavə xərclərin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin və əlavə xərclərin məbləğinin artırılması tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qətnaməsi ilə təyin olunmuş hər ay hər uşağa 100 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün sabirt pul məbləği ilə 170 manat olmaqla, cəmi 340 manat aliment, X2 mualicəsi üçün təyin olunmuş hər ay 10 manat məbləğində əlavə xərc üçün pul alınaraq ayda 50 manat əlavə xərc tutlub öna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh aliment və əlavə xərclərin tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2015-ci ildən başlayaraq Cavabdehxx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment, X2 müalicəsi üçün hər ay 10 manat məbləğində pul onun xeyrinə tutulması qət edilmişdir. Bu gün yaşayış minimumu qalxdığı üçün cavabdehdən tutulan alimentin miqdarı hər uşaq üçün sabit pul məbləği ilə 170 manat məbləğinə kimi qaldırılmalıdır. Cavabdehin bu məbləği ödəməyə imkanı vardır. Eləcə də oğulları Məhəmmədin səhhətində ciddi problemi olduğu üçün mütəmadi olaraq həkim müayinəsindən keçərək, müalicə qəbul edir. Odur ki, cavabdehin oğlunun müalicə xərci üçün təyin edilmiş 10 manat məbləği də artırılaraq ayda 50 manat olmaqla,cəmi 390 manat cavabdehdən tutulub ona ödənməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, uşaqlardan imtina etmədiyini hər ay 100 manat aliment ödədiyini və gələcəkdə də bu məbləğdə aliment ödəyəcəyini, həmçinin evli olduğunu, əlavə iki uşağının olduğunu və onlara da baxdığını bildirərək, ayda 100 manat alimet ödəməyə imkanının çatdığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2011-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2012-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1335/2015 saylı, xx xxxxx 2015-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 100 manat sabit pul məbləğində alimentin və X2 müalicəsi üçün hər ay 10 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş X6 verilmiş xx.xx.2019-cu il tarixli ambulator kitabçadan çıxarışdan məlum olur ki, X3 yüngül dərəcəli əqli gerilik, nitq inkişafı spesifik pozuntu diaqnozu qoyulmuş və loqoped məsləhəti təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Səhiyyə İdarəsi Ü.Musabəyli adına şəhər Oftalmoloji xəstəxanasından verilmiş tibbi rəydən görünür ki, X4 həkim müayinəsindən keçmiş və ona sağ gözdə mürəkkəb hipermetropik astiqmatizm, sol gözdə sadə hipermetropik astiqmatizm müəyyən edilmişdir. Hər iki gözdə refraksion ambliopiya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə 100 manat sabit pul məbləği ilə alimentin təyin edilməsindən sonra keçən müddət ərzində minimum dolanacaq xərclərində baş vermiş artımı nəzərə almaqla məhkəmə xx.xx.2011-ci il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa 130 manat müəyyən olunmasını və artırılmış miqdarda alimentin tutulmasının başlanğıcının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Ailə Məcələsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinin tələbinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsində göstərilir ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddianın uşağın xəstəliyi ilə bağlı cavabdehdən əlavə xərclərə görə tutulan məbləğin artırılması hissəsində məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar olaraq vaxtaşırı müayinə olunması və müalicə alması müəyyən edilmişdir. İddiaçı uşağın müalicəsi ilə bağlı çəkdiyi və çəkməli olduğu əlavə xərclərin konkret miqdarı ilə bağlı sənədlər təqdim edə bilmədiyindən, lakin xərclərin çəkilməsi zəruri və labüd olduğundan məhkəmə hesab edir ki, cavabdehdən əlavə xərclərdə iştirak məqsədilə tutulan məbləğ ağlabatan miqdarda müəyyən edilməlidir. Gəncə şəhəri Kəpəz Rayon qətnaməsindən keçən müddətdə inflyasiyanın tibb xidmətləri və dərman preparatlarının qiymətinə təsirini nəzərə almaqla həmin məbləğin artırılaraq 40 manat müəyyən edilməsini məhkəmə məqsədəuyğun sayır. İş üzrə məhkəmə xərcləri ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddiaçının tələbi alimentin alınması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddianın qiyməti aylıq ödəmələrin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 15 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflərin nikahından doğulmuş X2 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin və onun müalicəsi üçün əlavə xərclərə görə tutulan pulun miqdarı artırılsın. xx.xx.2011-ci il təvəllüdlü X2 və xx xxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləği ilə aliment tutularaq İddiaçı ödənilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 40 (qırx) manat miqdarında pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Artırılmış miqdarda alimentin və əlavə xərclərə görə pul məbləğinin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar