Məhkəmə qərarları › İş №2(043)-3359/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3359/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3359/2020 28.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i: İddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********32291 olan Samsung J2 markalı telefon , X6 üçün 68 (altmış səkkiz) manat ödənilməmiş məbləğ, 21 (iyirmi bir) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********95965 olan Samsung J2 markalı telefon üçün 155 (yüz əlli beş) manat ödənilməmiş məbləğ, 47 (qırx yeddi) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN markalı LED televizor, Flash drive GOODRAM 32GB yaddaş kartı üçün 490 (dörd yüz doxsan) manat ödənilməmiş məbləğ, 116 (yüz on altı) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə,İMEİ kodu **********08369 olan Samsung galaxy A10 markalı telefon üçün 216 (iki yüz on altı) manat ödənilməmiş məbləğ, 65 (altmış beş) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********54310 olan Samsung galaxy A10 markalı telefon üçün269 (iki yüz altmış doqquz) manat ödənilməmiş məbləğ, 81 (səksən bir) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********59450 olan Samsung Galaxy A30 markalı telefon , X2 üçün 624,00 (altı yüz iyirmi dörd) manat ödənilməmiş məbləğ, 172 (yüz yetmiş iki) manat dəbbə pulu olmaqla cəmi 2324 (iki min üç yüz iyirmi dörd) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-in nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2018-ci il tarixli, 00374604 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 420 manat dəyərində İMEİ kodu **********32291 Samsung J2 markalı telefon və X6 satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 35 manat olmaqla ödəniş cədvəli üzrə hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli, 00526712 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 372 manat dəyərindəİMEİ kodu **********95965 Samsung J2 markalı telefon satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 31 manat olmaqla ödəniş cədvəli üzrə hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli, 00637246 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 630 manat dəyərində HOFFMANN markalıLED televizor Flash drive GOODRAM 32GB yaddaş kartı satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 18 ay ərzində hər ay 35 manat olmaqla ödəniş cədvəli üzrə hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli, 00691867 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 356 manat dəyərində İMEİ kodu **********08369 Samsung Galaxy A10 markalı telefon satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 9 ay ərzində hər ay 36 manat olmaqla ödəniş cədvəli üzrə hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli, 00750971 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 389 manat dəyərində İMEİ kodu **********54310 Samsung Galaxy A10 markalı telefon satmışdır. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 30 manat olmaqla ödəniş cədvəli üzrə hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli, 00916986 nömrəli müqavilədən görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı cavabdehə 669 manat dəyərində İMEİ kodu **********59450 Samsung Galaxy A30 markalı telefon, X1. Həmin müqaviləyə dair ödəniş cədvəlindən görünür ki, ödənişlər qrafik üzrə 12 ay ərzində hər ay 52 manat olmaqla ödəniş cədvəli üzrə hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-yəxx.xx.2018-ci il tarixli müqaviləyəəsasən 68 manat ödənilməmiş məbləğ, 21 manat dəbbə pulu olmaqla cəmi 89 manat, xx.xx.2019-cu il tarixli müqaviləyəəsasən 155 manat ödənilməmiş məbləğ 47 manat dəbbə pulu olmaqla cəmi 202 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 490 manat ödənilməmiş məbləğ 116 manat dəbbə pulu olmaqla cəmi 606 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 216 manat ödənilməmiş məbləğ 65 manat dəbbə pulu olmaqla cəmi 281 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 269 manat ödənilməmiş məbləğ 81 manat dəbbə pulu olmaqla cəmi 350 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 624 manat ödənilməmiş məbləğ 172 manat dəbbə pulu olmaqla cəmi 796 manat, ümumilikdə:- 2324,00 manat borcu qalmışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi xəbərdarlıq etmişdir. Məhkəmə iclasında müəyyən edildiki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında əşyalarının nisyə satışına dairxx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə müqavilələr bağlanaraq,iddiaçı tərəfindən cavabdehə əşyalar satılmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir.. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcıəşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görəəşyanın nisyə satılması haqqında müqavilədə onun məbləğ -məbləğ ödənilməsi nəzərdə tutula bilər, məbləğ -məbləğ ödəməşərti iləəşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşıəşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məbləğ -məbləğ ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdəödəmək vəzifəsini icra etmədikdə satıcı verilmişəşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in77.1-ci maddəsinə əsasən hər bir tərəf öztələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin cərimə məbləği ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəməcavabdehin yüksək məbləğdə cəriməödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli, 00526712 nömrəli müqaviləüzrə tutulmalı olan 47 manat cərimə məbləği azaldılaraq 7 manat, xx.xx.2019-cu il tarixli 00637246 nömrəli müqaviləüzrə tutulmalı olan 116 manat cərimə məbləği azaldılaraq 16 manat, xx.xx.2019-cu il tarixli 00691867 nömrəli müqaviləüzrə tutulmalı olan 65 manat cərimə məbləği azaldılaraq 5 manat,xx.xx.2019-cu il tarixli 00750971 nömrəli müqaviləüzrə tutulmalı olan 81 manat cərimə məbləği azaldılaraq 10 manat, xx.xx.2019-cu il tarixli 00916986 nömrəli müqaviləüzrə tutulmalı olan 172 manat cərimə məbləği azaldılaraq 72 manat həddində müəyyən edilməlidir. Beləliklə işüzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehin müqaviləüzrəöhdəliyini vaxtında icra etməməsi nəticəsində borcu yaranmışdır. Belə olan halda xx.xx.2018-ci il tarixli 00374604 nömrəli müqaviləüzrə 68 manat ödənilməmiş məbləğ 21 manat cərimə, xx.xx.2019-cu il tarixli 00526712 nömrəli müqaviləüzrə 155 manat ödənilməmiş məbləğ 7 manat cərimə, xx.xx.2019-cu il tarixli 00637246 nömrəli müqaviləüzrə 490 manat ödənilməmiş məbləğ 16 manat cərimə, xx.xx.2019-cu il tarixli 00691867 nömrəli müqaviləüzrə 216 manat ödənilməmiş məbləğ 5 manat cərimə, xx.xx.2019-cu il tarixli 00750971 nömrəli müqaviləüzrə 269 manat ödənilməmiş məbləğ10 manat cərimə, xx.xx.2019-cu il tarixli 00916986 nömrəli müqaviləüzrə 624 manat ödənilməmiş məbləğ 72 manat cərimə olmaqla ümumilikdə 1953 (bir min doqquz yüz əlli üç ) manat pulcavabdehdən alınaraq «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinəəsasən ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 00374604 nömrəli müqaviləüzrə 68 manat ödənilməmiş məbləğ 21 manat cərimə, xx.xx.2019-cu il tarixli 00526712 nömrəli müqavilə üzrə 155 manat ödənilməmiş məbləğ 7 manat cərimə, xx.xx.2019-cu il tarixli 00637246 nömrəli müqavilə üzrə 490 manat ödənilməmiş məbləğ 16 manat cərimə, xx.xx.2019-cu il tarixli 00691867 nömrəli müqavilə üzrə 216 manat ödənilməmiş məbləğ 5 manat cərimə, xx.xx.2019-cu il tarixli 00750971 nömrəli müqavilə üzrə 269 manat ödənilməmiş məbləğ 10 manat cərimə, xx.xx.2019-cu il tarixli 00916986 nömrəli müqavilə üzrə 624 manat ödənilməmiş məbləğ 72 manat cərimə olmaqla,ümumilikdə 1953 (bir min doqquz yüz əlli üç ) manat pul və 30 manat dövlət rüsumu alınaraq «xxxxxxxxxxx» MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar