Məhkəmə qərarları › İş №2(043)-337/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-337/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-337/2020 22.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərov Vüsal Suliddin oğlunun katibliyi, İddiaçı x2 etibarnamə üzrə nümayəndəsi x1 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-in Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1796,43 manat məbləğində əsas borcun və 269,7 manat faiz borcu olmaqla, cəmi 2066,13 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-in nümayəndəsi x3 iddianı müdafiə edərək, izahatında göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2019-cu il tarixli, kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 1900 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısında götürdüyü öhdəliyi tam icra etməmiş və borclu olduğu pulu qrafik üzrə ödəməmişdir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu olduğu pulu ödəməmişdir. Hazırda cavabdehin banka 05.11.2019-cu il tarixə kredit müqaviləsi üzrə 1796,43 manat əsas, 269,7 manat faiz olmaqla, cəmi 2066,13 manat borcu yaranmışdır. Ona görə də məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, 01 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən ona 36 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 1900 manat məbləğində kredit verilmişdir. Kredit borcundan bir hissəsini ödəmiş, qalan borcunu isə uşağı xəstə olduğu üçün ödəyə bilməmişdir. Borclu olduğu pulu hissə-hissə ödəyəcəkdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 01.03.2019-cu il tarixli, 800804-660895/1 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən illik faiz dərəcəsi 29 faiz olmaqla 36 ay müddətinə 1900 (min doqquz yüz) manat məbləğində kredit götürmüşdür; 05.11.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05.11.2019-cu il tarixə banka 1796,43 manat əsas borc və 269,7 manat faiz borcu olmaqla, cəmi 2066,13 manat borcu mövcuddur; 12.07.2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə banka olan borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir; Məhkəməiclasındamüəyyənedildiki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01.03.2019-cu il tarixli, 800804-660895/1 nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh 36 ay müddətinə, illik faiz dərəcəsi 29 faiz olmaqla 1900 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit borcunun bir qismini ödəmiş, qalan borcunu ödəməməklə banka borcu qalmış, edilmiş xəbərdarlığa baxmayaraq bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün bankın məhkəmə müdafiəsindən istifadə hüququ yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in739.1-cimaddəsinəəsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı cavabdehə illik faiz dərəcəsi 29 faiz olmaqla 36 ay müddətinə 1900 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi tam icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; MPM-in 218.3-ci maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 01.03.2019-cu il tarixli, 800804-660895/1 nömrəli nömrəli kredit müqaviləsi üzrə 1796,43 manat əsas, 269,7 manat faiz borcu olmaqla, cəmi:-2066,13 (iki min altmış altı manat 13 qəpik) manat məbləğində kredit borcu tutularaq İddiaçı ASC-in xeyrinə verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 01.03.2019-cu il tarixli, 800804-660895/1 nömrəli kredit müqaviləsi üzrə 1796,43 manat əsas, 269,7 manat faiz borcu olmaqla, cəmi:-2066,13 (iki min altmış altı manat 13 qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-in xeyrinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar