Məhkəmə qərarları › İş №2(043)-3403/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3403/2020

06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3403/2020 06.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməklə cavabdehdən tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçı məhkəməyə ərizə verərək işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə ailə münasibətlərində olduqları zaman anadan olan qızı X1 atalığı müəyyən edilmiş və 150 manat sabit pul məbləğində alimentin və uşağın 3 (üç) yaşına çatana kimi qulluğa görə hər ay 50 manatın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Cavabden qətnamədən narazı qaldığı üçün Gəncə Apelyasiya Məhkəməsinə şikayət vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Kəpəz Rayon Məhkəməsinin qətnaməsi uşağın üç yaşına çatananadək ödənilməli olan 50 manat hissəsində ləğv edilərək qalan hissədə qüvvədə qalmışdır. Hal-hazırda X1 iki yaşı var. Cavabdeh Gəncə şəhərində hərbi polisdə müddətdən artıq hərbi qulluqçu vəzifəsində işləyir. Əmək haqqı 800 manatdır. Kəpəz Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağının heç bir tələbatının ödənilməsinə yetmir. Cavabdeh bu günə kimi də uşağı ilə əlaqə saxlamamış, alimentdən başqa əlavə olaraq heç bir maddi köməklik etməmişdir. Bundan başqa, ölkə üzrəuşaqlarüçünyaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə uşaq üçün 170 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısının ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir.Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, oğlu Səbuhi müddətdən artıq həqiqi hərbi xidmətdə hərbi polis işləməklə 600 manat əmək haqqı alır. Bununla yanaşı oğlu Səbuhinin hazırkı nikahından himayəsində 2019-cu ildə anadan olmuş bir az yaşlı uşağı vardır. İddiaçının yanında qalan uşağın saxlanması üçün təyin olunmuş 150 manat alimenti ödədikdən sonra oğlunun əmək haqqından yerdə qalan məbləğ onun ailəsinin tələbatını ödəmir. İdianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi və əlavə olaraq göstərdiki, oğlu Səbuhi hazırda döyüş bölgəsindədir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-524/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)178/2019 saylı qətnaməsi üzrə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü Mələyin 3 yaşına çatanadək 50 manat məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməmişdir. AD ******* nömrəli xx.xx.2017-ci il tarixli şəxsi vəsiqənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh müddətdən artıq həqiqi hərbi xidmət edir. AZ-T 030662 seriyalı xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamənin notaril qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuşdur. AZ-T 141058 nömrəli, xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X6 anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-178/2019 nömrəli qətnaməsinə əsasən tərəflərin ailə münasibətlərindən anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanılmasıı üçün 150 (bir yüz əlli) manat aliment və uşağın 3 yaşına çatana kimi hər ay 50 manat pul cavabdehdən alınaraq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(104)-524/2020 nömrəli qətnaməsinə əsasən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-178/2019 nömrəli qətnaməsinə əsasən uşağın 3 yaşına çatana kimi hər ay 50 manat alimentin tutulması hissəsi ləğv edilmişdir. Məhkəmə təqdim olunmuş sənədləri araşdırıb iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı şərtləndirmişdir. Lakin iddiaçı aliment təyin olunduqdan sonra cavabdehin əmlak vəziyyətində hər hansı bir dəyişiklik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Əksinə aliment təyin olunduqdan sonra cavabdehin başqa nikahdan bir uşağı anadan olmaqla cavabdehin ailə vəziyyətində dəyişiklik olmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar